26-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rusiya Xankəndidə niyə konsulluq açmaq istəyir?

29 May 2024, 14:55
Gündəm, Manşet
A A
Rusiya Xankəndidə niyə konsulluq açmaq istəyir?

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib ki, Rusiya Xankəndində Baş konsulluq açmaq niyyətindədir.

“Rusiya Xankəndidə yaxın vaxtlarda başlayacaq Rusiya Baş Konsulluğunun açılışına hazırlıq işlərində Azərbaycanın dəstəyinə ümid edir. Biz yaxın vaxtlarda bunun üçün hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”, – deyə rusiyalı senator bildirib.

Onun sözlərinə görə, bu baş konsulluğun 2024-cü ildə açılması ideal olardı.

“Bu, bizə qarşılıqlı konsulluqdakı fərqi aradan qaldırmağa imkan verəcək”, – deyə Karasin əlavə edib.

Rusiyav rəsmisinin açıqlamasını “AzPolitika”-ya şərh edən politoloq Fərahad Məmmədov hesab edr ki, Qriqori Karasinin dediyi fikir aktual deyil.

“O zaman aktual olardı ki, Xankəndində Rusiya vətəndaşları olardı”, – o əlavə edib

 

 

“Hazırda orada ruslar yoxdur. Ona görədə şəhərdə Baş konsulluq açıqması məntiqə sığımır. Nəzərə almaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə hər hansı ölkənin konsulluğu yoxdur. Sadəcə Türkiyənin Şuşada Baş konsulluğunun açılması barədə qərar var. Ona görə də düşünmürəm ki, hazırda bu mövzu aktual olsun. Bu, ancaq birtərəfli istək ola bilər” – deyə, F.Məmmədov vurğulayıb.

 

 

Keçmiş xarici işlər naziri Toviq Zülfüqarov isə “moderator.az” saytına deyib ki, hər halda bu, Rusiya tərəfindən Azərbaycana edilən qəribə bir təklifdir: “Bəlkə səhv salıblar? Moskva hesab edir ki, guya Azərbaycanla bir-birinin ərazisindəki konsulluqların sayı məsələsində disbalans var, paritet pozulub. Yəni Azərbaycanın Rusiyanın iki şəhərində baş konsulluğu olsa da, Rusiyanın ölkəmizin ərazisində yalnız Bakıda səfirliyi və konsulluğu var, baş konsulluğu yoxdur. Amma o da var ki, paritet konsulluqların sayı ilə götürülməməlidir. Xarici ölkənin ərazidəki vətəndaşlarının sayı ilə, başqa sözlə, onlarla real görülməli olan işlərlə ölçülməlidir. Qarşı tərəf nəzərə almalıdır ki, Rusiya ərazisində yaşayan Azərbaycan vətəndaşlarının sayı da çoxdur. Son rəsmi məlumatlara görə, şimal qonşumuzun ərazisində 630 mindən çox vətəndaşımız yaşayır. Azərbaycanda isə uzun müddətə yaşayan Rusiya vətəndaşlarının sayı çox azdır. Onların da əksəriyyəti, çox güman ki, Bakıdadır. Bakıda isə bu ölkənin, dediyimiz kimi, səfirlik və konsulluğu daimi fəaliyyət göstərir və onlar viza, pasport, lazımi arayışlar verilməsi və s. məsələri həll edirlər”.

T.Zülfüqarov xatırladır ki, dövlətlərarası siyasi məsələlər səfirliklərin diplomatları vasitəsilə həyata keçirilir.

“Azərbaycanın siyasi idarəçiliyi də paytaxtımız Bakıdadır. Əgər xarici ölkə kimi Rusiyanın ölkəmizin regionlarına marağı varsa, onun Azərbaycandakı səfiri, diplomatları ya özləri ayrıca, ya da Xarici İşlər Nazirliyinin diplomatik korpus üçün təşkil etdiyi turlar vasitəsilə bölgələrimizə, o cümlədən işğaldan azad edilmiş Qarabağa, həmçinin Xankəndinə də səfər edə bilərlər. Hesab edirəm ki, bu mənasız bir məsələdir və baş tutmayacaq”, – deyə keçmiş nazir vurğulayıb.

O, hesab edirəm ki, Azərbaycan tərəfi bu məsələnin müzakirəsi zamanı cəmiyyətdən ünvanlanan sualları, yəni Xankəndində Rusiyanın baş konsulluğun açılmasının məqsədi barədə sualları qarşı tərəfə verəcək: “Adətən konsulluğun vəzifəsi mənsub olduğu ölkənin vətəndaşları olan xarici ölkələrdə həmin vətəndaşlara xidmətlər göstərməkdir. Ancaq əgər, məsələn, Azərbaycanda yaşayan ruslar, Azərbaycan vətəndaşıdırlarsa, onlara konsulluq yurisdiksiyası düşmür”.

Əvvəlki yazı

Nəsrin Türkiyədə ilin tərz qadını seçildi – FOTO+VİDEO

Sonrakı yazı

Baqrat geri çəkilir, bu yola əl atır – kritik ssenari

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.