Rusiyanın Kramatorsk dəmir yolu vağzalına raket hücumu nəticəsində 30-dan çox insan həlak olub.
Axar.az xəbər verir ki, bu barədə “Ukrzaliznitsiya” şirkətinin idarə heyətinin rəhbəri Aleksandr Kamışin Teleqramda yazıb.
“Kramatorsk dəmir yolu stansiyasına raket hücumu nəticəsində 30-dan çox insan həlak olub, 100-dən çox insan yaralanıb. Bu, dəmir yolunun sərnişin infrastrukturuna və Kramatorsk şəhərinin sakinlərinə məqsədyönlü zərbədir”, – o bildirib.
Qeyd edək ki, Zelenski vağzalın “Toçka-U” raketi ilə vurulduğu açıqlayıb.




















