09-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rusiya və Suriya türk konvoyunu bombaladı – Dəhşətli müharibə

23 Avqust 2019, 11:25
Dünya, Manşet
A A
Rusiya və Suriya türk konvoyunu bombaladı – Dəhşətli müharibə

Əsədin ordusu İdlib vilayətinin cənubundakı Xan Şeyxun şəhərini tam nəzarətə götürüb. Şam-Hələb yolu (M-5 şossesi) üzərində nəzarət bərpa olunub və nəticədə Türkiyə ordusunun Xan Şeyxunun cənub istiqamətində yerləşən Morek qəsəbəsindəki 9 saylı müşahidə məntəqəsi mühasirəyə düşüb.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. O bildirib ki, üç gün əvvəl Türkiyədən bu məntəqəyə göndərilən hərbi yardım konvoyu Suriya (bəzi iddialara görə, həm də Rusiya) aviasiyası tərəfindən bombalanıb: “Türkiyə Baş Qərargahının açıqlamasına görə, bombalanma nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Türkiyə ölənlərin və yaralananların mülki şəxs, Suriya və Rusiya isə “Feylak üş Şam” terrorçuları olduğunu bildirir. Bombardmandan sonra Türkiyə F-16-ları Suriya hava məkanına daxil olsalar da, Suriyanın öz HHM sistemlərini aktivləşdirməsi və Rusiyanın Hmeymim aviabazasından 2 ədəd Su-35 təyyarəsinin havaya qalxmasından sonra geri dönüblər.

Bu gün isə Suriya hərbi təyyarələri türk ordusunun Xan Şeyxundan şimalda, Maarrat ən-Numan şəhəri yaxınlığında yerləşən 8 saylı müşahidə məntəqəsi yaxınlığına xəbərdarlıq atəşi açıb. Türkiyə Astana prosesi çərçivəsində Suriyada 4 deeskalasiya bölgəsinin yaradılması qərara alındıqdan sonra bu razılaşmaya uyğun olaraq İdlibdə atəşkəsə nəzarət üçün 12 müşahidə məntəqəsi qurmuşdu. Üç deeskalasiya zonası Əsəd rejiminin nəzarətindədir, yalnız İdlib qalıb”.

Politoloqun sözlərinə görə, Rusiya və İran Türkiyəyə qarşı Bəşər Əsədə dəstək verir:

“Əsəd bütün terrorçu və müxalif silahlı dəstələrin toplaşdığı İdlibi də geri almaq üçün hərəkətə keçib və türk hərbi kontingentinin buradan çəkilməsini istəyir. Rusiya və İran da ona dəstək verir. Hətta Rusiya hərbçiləri bilavasitə yerdəki döyüşlərdə iştirak etməyə başlayıb”.

Ş.Cəfərli bildirib ki, bu gəlişmələrdən sonra Ankara-Moskva münasibətlərindəki bahar havasını soyuq rüzgarlar əvəzləyib:

“Putin və Lavrov son günlər Türkiyənin ünvanına sərt açıqlamalarla çıxış ediblər. Putin bildirib ki, ötən ilin sentyabrında Türkiyə ilə Soçi razılaşması əldə olunarkən terrorçular İdlibin 50 faizinə nəzarət edirdilər, bu anlaşmadan sonra isə vilayətin 90 faizini ələ keçirdilər. (Razılıq belə idi ki, İdlib ətrafında hökumət qüvvələri ilə müxaliflər arasında 15-20 km dərinliyində demilitarizasiya zonası yaradılacaq və oradan bütün silahlı dəstələr, eləcə də hərbi texnika çıxarılacaq.

Lakin Türkiyə bu şərti yerinə yetirə bilmədi). Rusiya bundan narazı olsa da, Türkiyə və ABŞ arasında S-400 böhranının necə yekunlaşacağını gözləyirdi və bu müddətdə Suriya ordusunun İdlibdə hərbi əməliyyatlar keçirməsini ləngidirdi.

S-400 ZRK-nın hissələrinin Türkiyəyə gətirilməsi Ankara-Vaşinqton münasibətlərində gərginlik yaratsa da, Moskvanın umduğu səviyyədə dərin böhrana səbəb olmadı, Tramp Konqresdən gələn basqılara rəğmən Türkiyəyə sanksiya tətbiq etmədi. (Sanksiya ehtimalı hələ ki tam aradan qaxmayıb).

Üstəlik, Türkiyə və ABŞ Suriyanın şimalında, Fərat çayının şərqində təhlükəsizlik zonasının yaradılması barədə razılığa gəldilər.

Bundan başqa, Türkiyə Maduro rejimi ilə iqtisadi əlaqələrini demək olar ki, dayandırıb. 2018-ci ildə Türkiyənin Venesueladan idxalatı 879 milyon dollar həcmində olduğu halda, bu ilin 6 ayında cəmi 4 milyon dollar təşkil edib. Qarşılıqlı ticarət dövriyyəsi 95 faiz azalıb. Səbəb ABŞ sanksiyaları ilə əlaqədar Türkiyənin Maduro rejimindən qızıl almağa son verməsidir.

Bütün bunların nəticəsində Putin Əsədə İdlib əməliyyatları üçün yaşıl işıq yandırdı.

İdlibdəki kritik durum və Türkiyə sərhədinə doğru yavaş-yavaş köç başlaması ilə əlaqədar Ankara Ərdoğan-Putin telefon danışığının təşkili üçün Moskvaya müraciət edib. (Üç gündür cavab yoxdur). Belə xəbərlər var ki, Rusiya Türkiyəyə 8 və 9 saylı müşahidə məntəqələrindəki əsgərlərini geri çəkməyi təklif edib, lakin Ankara rədd edib. Bütün bunlar da iki ölkə arasında gərginliyə səbəb olur”.

Politoloq gələn ay Astana prosesi çərçivəsində prezidentlərin növbəti üçtərəfli görüşünün keçiriləcəyini bildirib: “Putin və Ruhani Ərdoğanın həmin görüşə mümkün qədər əli zəifləmiş halda gəlməsində maraqlıdır.

İdlibin Əsədin nəzarətinə keçməsi Türkiyə üçün risklər yaratmaqla bərabər, 7 il əvvəl Şamdakı əməvi camisində namaz qılmaq hədəfi ilə yola çıxmış Ərdoğanın şəxsi məğlubiyyəti anlamına da gələcək”.

Əvvəlki yazı

“Bağçalarda rüşvətlə mübarizə aparılmalıdır” – Asim Mollazadə

Sonrakı yazı

Akşenerdən Elçibəyə: “Dəyərli böyüyüm…”

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

09 Sentyabr 2025, 13:20
Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

09 Sentyabr 2025, 13:18
Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.