Rusiya ordusu bazar ertəsi səhər saatlarında Ukraynaya çoxsaylı raket zərbələri endirib.
“AzPolitika” xəbər verir ki, nəticədə Kiyev və Krivoy Roq da daxil olmaqla bir neçə şəhərdə 20-dən çox insan həlak olub. 50 nəfəırə yaxın yaralı var.
Kiyevdə Oxmadit uşaq xəstəxanasının binalarından biri dağıdılıb. Burada ən azı 5 nəfərin həlak olması haqda məlumat var. Dağıntılar altında qalanların olduğu bildirilir
Raketlərin Xəzər dənizi üzərindən strateji bombardmançı təyyarələrdən atıldığı bildirilir. Bütün Ukraynada həyəcan siqnalları verilib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun 40-dan çox raket atdığını bildirib.
Şəhər administrasiyasının məlumatına görə, vurulan raketlərin qalıqları Kiyevin bir neçə rayonuna, o cümlədən mərkəzinə düşüb. Bir neçə binaya ziyan dəyib, danğınlar var.