Rusiyanın Silahlı Qüvvələri bu gün Dneprdə yerləşən və Ukraynanın ən böyük maşınqayırma zavodu hesab olunan “Yujmaş”ı hədəf alıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “Telegram” kanallarında videogörüntülər yayılıb.
Hücumun dəqiq silahlarla həyata keçirildiyi və bunun yerli mənbələr tərəfindən də təsdiqləndiyi bildirilir. Hücum nəticəsində bir neçə sexə, eləcə də zavodun infrastrukturuna ciddi ziyan dəyib. Şirkət işçiləri arasında itkilər barədə isə hələlik məlumat yoxdur. Qeyd olunur ki, bu zavod uzun müddətdir ki, Ukrayna müdafiə sənayesi üçün strateji əhəmiyyətli obyekt hesab olunurdu. Bildirilir ki, zavodun vurulması Ukraynanın silah istehsalı imkanlarına əhəmiyyətli dərəcədə təsir göstərə bilər