Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi müharibədə Ukrayna ordusunun əks-hücuma keçəcəyi müzakirə edilərkən, Rusiya Müdafiə Nazirliyi əks əməliyyatın ötən gecə başladığı barədə açıqlama verib.
‘BƏHMUTDA TƏRƏQİF EDİRİK’
“Bazar günü gecə Kiyev administrasiyası gözlənilən əks-hücum əməliyyatına başladı”, – nazirliyin açıqlamasında deyilir. Ukrayna ordusunun 23 və 31-ci motoatıcı briqadaları Donetsk vilayətinin cənubuna yürüş edib. Açdığımız əks-atəş sayəsində Ukrayna qüvvələri hədəflərinə çatmamış geri qaytarıldı. Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirski qoşunların Bəhmut istiqamətində irəlilədiyini açıqlayıb. Ukrayna lideri Vladimir Zelenski də videomüraciət paylaşaraq, Ukrayna əsgərlərini Bəhmut cəbhəsindəki irəliləyişlərinə görə təbrik edib. Müdafiə nazirinin müavini Hanna Maliar da rusların “diqqəti Bəhmutdakı məğlubiyyətlərindən yayındırmaq üçün” əks-hücum haqqında dezinformasiya etdiyini iddia etdi.
class=”medianet-inline-adv”>
RUSİYADA QƏRİBƏT HADİSƏ
Digər tərəfdən, Rusiyada bir sıra radiostansiyaların tezlikləri sındırılıb və Putinin səsi ilə hərbi vəziyyət və müharibə vəziyyətinin elan edildiyi elan edilib. Kreml Sarayı rəsmi açıqlamasında radiotezliklərə müdaxilə edildiyini və Putinin belə bir açıqlama vermədiyini bildirib.