Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, “Qərb Hərbi Dairəsində Ukrayna mövqeləri BM-21 Qrad tipli reaktiv yaylım atəşi sistemləri (MLRS) ilə vurulub. Raket buraxılış sistemlərinin ekipajı gecə-gündüz növbətçilik edir. Bu vəzifə tez reaksiya və maksimum konsentrasiya tələb edir. Kəşfiyyat bölmələri Qərb Hərbi Dairəsində çoxlu sayda düşmən aşkarlayıb. İHA hesablamaları ilə hədəfi məhv etmək üçün atış aparılıb”.
RUSİYADA MEŞƏ YANGINI
Digər tərəfdən, Rusiya Federasiyasının Qazaxıstanla sərhədində yerləşən Başqırdıstan Respublikasında meşə yanğını baş verib. Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada yanğının mayın 28-də başladığı bildirilib, “Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri Kuyanovo kəndində müdaxiləni davam etdirir. Yanğınsöndürən helikopterlər yanğına 87 ton su ilə müdaxilə edib. Müdaxilədə 53 yanğınsöndürən iştirak etdiyi halda, 300 rayon sakini də yanğınsöndürənlərə dəstək verir.
