Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Manşet

Rusiya politoloqu Moskvanın İrəvana işlənmiş qırıcılar satmaq qərarı haqda:“Hərbi-texniki üstünük açıqca Azərbaycanın tərəfindədir” – Təhlil

2019-02-13
in Manşet
0
Rusiya politoloqu Moskvanın İrəvana işlənmiş qırıcılar satmaq qərarı haqda:“Hərbi-texniki üstünük açıqca Azərbaycanın tərəfindədir” – Təhlil
0
Paylaşılıb
22
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

İrina Corbenadze

Bənzər Yazılar

“Qazilərimizi tezliklə normal həyata qaytaracağıq” – İlham Əliyev

İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verdi

Müsavatdan İlqar Məmmədova reaksiya – Ağ edib…

rosbalt.ru, 12.02.2019

 

Düzdürmü ki, RF silah tədarükləri ilə Ermənistanı “preventiv üstünlük”lə təmin edəcək, ya bu, hər iki tərəfi müvəqqəti qane edən uydurmadır?

Güman etmirəm ki, Ermənistan HHQ hətta dörd SU-30SM qırıcısı alarsa, bu, “üstünlüyü” təmin edəcək.

Rusiya və Ermənistan müdafiə nazirlərinin Moskva görüşü İrəvanda böyük səs-küy doğurub. Ermənistan KİV-ləri məlumat verir ki, Sergey Şoyqu və David Tonoyan hərbi-texniki işbirliyinin geniş spektrini, o cümlədən “ER Silahlı Qüvvələrinin preventiv üstünlüyünü təmin edən ən yeni və dəqiq silahlarla komplektləşdirilməsini” müzakirə ediblər. Söhbətin məhz hansı silahdan getdiyi dəqiqləşdirilmir, amma ehtimal ki, Moskvanın ayırdığı 100 milyon dollar güzəştli kreditin hesabına  Ermənistanın “qəpik-quruşa” almaq üçün gözlədiyi dörd SU-30SM qırıcısı nəzərdə tutulur.

Qırıcıların imkanları haqqında çox mübahisə edirlər – bu haqda aşağıda danışılacaq. Burada isə qeyd edək ki, İrəvanda “preventiv üstünlük” formulundan yapışıblar. Özəlliklə də “Lragir” “Ermənistan tərəfinin yeritdiyi yeni Ermənistan-Rusiya gündəliyindəki keyfiyytcə başqa bir durum”dan yazır. Nəşrin fikrincə, “Bu gündəlik təkcə ikitərəfli münasibətlərin xarkaterini keyfiyyətcə deyil, həm də bölgədəki hərbi-siyasi perspektivi və bölgəsəl təhlükəsizlik sisteminin inkişaf tendensiyalarını dəyişir”. Buna görə də “Ermənistan silahlı güclərinin preventiv üstünlüyü” bunun başlıca amilidir.

Lakin Ermənistanın “preventiv üstünlüyü” nəyi bildirir? Qarabağ və Ermənistan-Azərbaycan münaqişəsi kontekstində yalnız havadamı güclərin “üstünlüyünü”?  Amma yox: fikir səslənir ki, bu, “Qafqazda bölgəsəl siyasətdə Türkiyə və Azərbaycanla mübarizədə uduzan” “Rusiyanın preventiv üstünlüyünə” oxşayır. Ümumiyyətlə, belə çıxır ki, Rusiya özü üçün əlləşir və Ermənistan ona heç nədə borclu deyil. Xüsusən də Ermənistanın bəzi hərbi-siyasi çevrələrində indiyədək illüziyadan ayrıla bilmirlər ki, Birləşmiş Ştatlar həvəslə respublikanı silahla “dolduracaq”. Amma o, uyğun yöndə heç bir addım atmayıb. Və atılmayacaq – Rusiya öz silahı vasitəsilə güclər balansı qurmaq görüntüsünü saxlamağı davam etdirərsə. İrəvan və Stepanakertin (Xankəndi-red.) Bakıyla həll edilməmiş münaqişəsi şəraitində SU-30SM-i isə zorla olsa da, bu balansın özünün “yönəldicisi” saymaq olar, çünki o, hər halda Ermənistanın müdafiə potensialını artıracaq.

Əslinə baxılsa, qırıcılar, doğrudan da, yetərincə ciddidir – Suriyada uğurla işlədilib. Anlaşılan səbəblərə görə SU-30SM-nin bütün imkanları açıqlanmır, amma günün istənilən vaxtında və istənilən hava şəraitində düşmənin uçuş aparatlarını vurmaq, hava kəşfiyyatı aparmaq və hərbi hədəfləri məhv etmək bacarığı məlumdur. Ekspertlərin bir qədər köhnəlmiş saydıqları (çünki Rusiyada qırıcıların daha “təzə” nəsli yaradılıb) bu texnikadan Hindistan 270 ədəd alıb. Ermənistana gələn ilə nəzərdə tutulan tədarüklər isə daha azdır – 4 ədəd.

Hərbi ekspert Pavel Felgenhauer Ermənistana SU-30SM-in satışı məsələsini şərh edərək (haqqin.az ondan sitat gətirir) bildirib ki, söhbət ən yeni qırıcılardan deyil, istifadədə olmuş və modernləşdirilmişlərdən gedir – bunlar ucuzdur. Və istənilən halda Azərbaycanın müsair silah əldə etmək imkanları daha təsirlidir. Dünya silah ticarəti reytinqini misal gətirmək bəs edər ki, əmin olasan: Bakı sovetsonrası məkanda ən böyük silah idxalatçısıdır. Belə ki, “Azərbaycan qarşısına belə bir məqsəd qoyarsa, bu sövdələşməyə güclü cavab verməkdə böyük imkanları var. O, Rusiya, Türkiyə və İsraildən silah ixracatını çoxdan yoluna qoyub. Rusiya həmin SU-30SM-i, amma ola bilsin, Ermənistanınkından daha bahalı və daha yaxşı variantı Azərbaycana təklif edəcək. Bundan savayı, Rusiyanın bu yaxında Çinə satdığı, xeyli dərəcədə baha və irəli getmiş SU-35 qırıcısı var”.

Ekspert hesab edir – üumiyyətlə, SU-30SM hərbi əməliyyatların bölgə teatrı üçün son dərəcə böyük, ağır və bahadır.

Amma görünür, bu söhbətlərin hamısı “kasıbların xeyrinədir”: Ermənistan Şoyqunun Tonoyanla görüşdə onu Rusiyanın Cənubi Qafqazda əsas müttəfiqi və tərəfdaşı adlandırmağından ruhlanıb, ya da görüntü yaradıb. Ermənistan naziri öz növbəsində inam ifadə edib ki, “Rusiya Silahlı Qüvvələri bölgədə bütünlükdə münaqişələrin və hərbi əməliyyatların təzələnməsinin azalmasında çox böyük rol oynayır”.

Amma burası da var ki, belə bir “iltifat” aldadıcıdır. Rusiyanın Cənubi Qafqazdakı “əsas müttəfiqləri”ndən danışmaq ümumiyyətlə gərəksizdir: ümumi maraqlar əsasında tərəfdaşlıq başqa məsələdir. Bu günki Ermənistanın gerçək maraqları isə – bu, ölkənin Rusiya hərbçiləri tərəfindən müdafiəsi müstəvisindədir – yenə də Qərb vektoruna “qoyulur”, amma nəticəsiz: bunun üçün İrəvanın, ən azı, Rusiyadan üz çevirməyi gərəkdir, bu isə intihara bərabərdir.

Əlbəttə, Moskva məsələlərin gerçək durumundan faydalanır, Ermənistanı gah silahla, gah da başqa “ən mühüm ehtiyac”la “yemləyir”, bununla Qərbə siqnal verir ki, Cənubi Qafqazın bu məkanındakı yer artıq tutulub. Özü də bu, hərbi baxımdan Azərbaycanın ziyanına edilmir: “preventiv üstünlük” nişanlanmış siyasi kartlarla oyun, blefdən özgə bir şey deyil və bunu onun bütün iştirakçıları da, Bakı da çox gözəl anlayır. Axı hətta kürəsəl anlamda bölgəsəl təhlükəsizlik məsələsindən fikrən ayrılsaq, bu gün hamıya aydındır – Rusiyanın iştirakından qıraqda qüvvələrin heç bir balansı yoxdur, hərbi-texniki üstünük açıqca Azərbaycanın tərəfindədir. Ermənistana da bu durumla yalnız barışmaq qalır.

Əlbəttə, etiraz etmək olar ki, Ermənistan Azərbaycanla münaqişə kontekstində “əlverişli” vəziyyətdədir: axı Azərbaycan torpaqlarını işğal edib və geri qaytarmır. Amma İrəvan belə bir qələbəylə özünü küncə qovub və daim yarıblokadada və ehtiyacsız və yaxşı silahlanmış,  Azərbaycanla “ruslar yardım olmasalar”, uduzacağı savaşı gözləməklə yaşayır. Amma bu yardım Moskvanın Bakıyla münasibətlərini gerçək təhlükə altında qoyarsa, ruslar yardımı davam etdirəcəklərmi? Çətin ki. Azərbaycanı itirmək Rusiyaya əl vermir: prezident Əliyevin dəmir pəncəsinə baxmayaraq, Qərb onun neft və qazla zəngin respublikasında hansısa anda təşəbbüsü – həm siyasi-ideoloji, həm də iqtisadi energetik – ələ keçirə bilər.

Bu qayda ilə siyasi blef hansısa anda çaşqınlıq verə bilər və oyunçulardan biri, çox ehtinmal ki, Rusiya “ehtiyat süngü”sünü çıxarmalı olacaq ki, durumu həmişəlik tənzimləsin və bununla yanaşı Ermənistanı öz təsir dairəsindən buraxmasın və Azərbaycanı itirməsin. Bu, çox çətindir, amma mümkündür.

Tərcümə Strateq.az-ındır.

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Əli Əhmədov:"Sosial medianın gətirdiyi fəsadlar bizi narahat edir"

Sonrakı yazı

Sülhəddin Əkbərdən sensasion açıqlamalar:"ELÇİBƏYLƏ HEYDƏR ƏLİYEV RUSİYANIN PLANINI POZMUŞDU"

Sonrakı yazı
Sülhəddin Əkbərdən sensasion açıqlamalar:”ELÇİBƏYLƏ HEYDƏR ƏLİYEV RUSİYANIN PLANINI POZMUŞDU”

Sülhəddin Əkbərdən sensasion açıqlamalar:"ELÇİBƏYLƏ HEYDƏR ƏLİYEV RUSİYANIN PLANINI POZMUŞDU"

Prezident İlham Əliyev:”Bu il əlavə iki Olimpiya İdman Kompleksinin açılışı gözlənilir”

Prezident İlham Əliyev:"Bu il əlavə iki Olimpiya İdman Kompleksinin açılışı gözlənilir"

Heydər Əliyev prospektinin köməkçi yolunda hərəkət məhdudlaşdırılır- Qısa müddətə

Heydər Əliyev prospektinin köməkçi yolunda hərəkət məhdudlaşdırılır- Qısa müddətə

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu – SİYAHI

YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu – SİYAHI

2021-03-05
“Qazilərimizi tezliklə normal həyata qaytaracağıq” – İlham Əliyev

“Qazilərimizi tezliklə normal həyata qaytaracağıq” – İlham Əliyev

2021-03-05
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır

Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır

2021-03-05
Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi

Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi

2021-03-05
İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verdi

İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verdi

2021-03-05
Mingəçevirdə məktəbli oğlan itkin düşdü

Mingəçevirdə məktəbli oğlan itkin düşdü

2021-03-05
“Deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil” – Elmar Vəliyevə nə olub?

“Deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil” – Elmar Vəliyevə nə olub?

2021-03-05
Gəncədə şəhidlərə hörmətsizlik: Bayraqlar zibil qutularına atıldı (VİDEO)

Gəncədə şəhidlərə hörmətsizlik: Bayraqlar zibil qutularına atıldı (VİDEO)

2021-03-05
Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

2021-03-05
Müsavatdan İlqar Məmmədova reaksiya – Ağ edib…

Müsavatdan İlqar Məmmədova reaksiya – Ağ edib…

2021-03-05
Xəzər İH-də əməliyyat: Şöbə müdiri həbs edildi – Foto

Xəzər İH-də əməliyyat: Şöbə müdiri həbs edildi – Foto

2021-03-05
“Heç kimdən asılı deyilik” – İlham Əliyev

“Heç kimdən asılı deyilik” – İlham Əliyev

2021-03-05
BNA: Paytaxtın əksər yerləri tıxacdır – Foto

BNA: Paytaxtın əksər yerləri tıxacdır – Foto

2021-03-05
İcra hakimiyyətində əməliyyat: Şöbə müdiri həbs edildi

İcra hakimiyyətində əməliyyat: Şöbə müdiri həbs edildi

2021-03-05
Həbsdə olan qazi azadlığa buraxıldı

Həbsdə olan qazi azadlığa buraxıldı

2021-03-05
Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verdi

Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verdi

2021-03-05
Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin olundu

Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin olundu

2021-03-05
Pandemiyanın bitəcəyi tarix açıqlandı

Pandemiyanın bitəcəyi tarix açıqlandı

2021-03-05
İlqar Məmmədov YAP-dakı dəyişikliklərdən danışdı: “Bizdən öyrənirlər“

İlqar Məmmədov YAP-dakı dəyişikliklərdən danışdı: “Bizdən öyrənirlər“

2021-03-05
Ermənistan Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcək

Ermənistan Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcək

2021-03-05

Seçmə

  • Bütün
  • SEÇMƏ
Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi
SEÇMƏ

Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi

2021-03-05
“Deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil” – Elmar Vəliyevə nə olub?
SEÇMƏ

“Deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil” – Elmar Vəliyevə nə olub?

2021-03-05
Bahar Muradova YAP Qadınlar Şurasının sədri oldu
SEÇMƏ

Bahar Muradova YAP Qadınlar Şurasının sədri oldu

2021-03-05
Vasif Talıbov qurultaya maskasız gəldi – Foto
Banner

Vasif Talıbov qurultaya maskasız gəldi – Foto

2021-03-05
Bahar Muradovanın şübhəli tenderləri – Yeni yaranmış şirkətlə 200 minlik müqavilə
Araşdırma

Bahar Muradovanın şübhəli tenderləri – Yeni yaranmış şirkətlə 200 minlik müqavilə

2021-03-05
Korrupsiya faktları YAP-ın nüfuzuna xələl gətirib – MDHP sədri
SEÇMƏ

Korrupsiya faktları YAP-ın nüfuzuna xələl gətirib – MDHP sədri

2021-03-04
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu – SİYAHI

YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu – SİYAHI

2021-03-05
“Qazilərimizi tezliklə normal həyata qaytaracağıq” – İlham Əliyev

“Qazilərimizi tezliklə normal həyata qaytaracağıq” – İlham Əliyev

2021-03-05
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

© 2020 Qurdqanli Design.