Ukrayna Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Rusiya ordusu gecə saatlarında qanadlı raketlər, “İsgəndər” ballistik raketləri və İran istehsalı olan Şahed-136/131 pilotsuz uçuş aparatları (PUA) ilə Xarkov və Odessa bölgələrini hədəfə alıb.
Hava hücumundan müdafiə sistemləri 2 qanadlı raketlə 20 İHA-nı vurub.
Məhv edilmiş dron hissələri Odessada bir mənzilə dəyərkən, 3 mülki şəxs həyatını itirib, biri hamilə qadın və 2-si uşaq olmaqla 27 nəfər yaralanıb.
Poltava vilayətində həyata keçirilən hücumda Myrqorod hərbi hava limanı vurulub, infrastruktur və texnikaya ziyan dəyib.