Rusiyada da növbədənkənar parlament seçkilərinin keçirilməsi təklif olunub.
Virtualaz.org xəbər verir ki, bu təklifi əvvəlcə LDPR lideri Vladimir Jirinovski irəli sürüb. O bildirib ki, Konstitusiyaya təklif olunan düzəlişlər paketinə görə Dövlət Dumasına yeni, növbədənkənar seçkilərin keçirilməsi vacibdir. Həmin düzəlişlər paketində Dövlət Dumasının və Federasiya Şurasının səlahiyyətlərinin genişləndirilməsi barədə müddəalar da var.
Jirinovskinin təklifinə əsasən növbədənkənar seçkilər sentyabrın 20-də keçirilməlidir.
Jirinovskinin təklifi belə görünür ki, təsadüfi olmayıb və dərhal hakim “Vahid Rusiya” partiyasından deputat Aleksandr Karelin növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə məsələni Dumanın müzakirəsinə təqdim edəcəyini bildirib.
“Prezident partiyaların rolunun artırılmasını təklif edir. Ona görə də hesab edirəm ki, bizim bu cür imkanlarımız altında yeni seçkilərin keçirilməsi ədalətli olardı”,-o deyib.- j