14-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rusiya müharibə hədəflərini dəyişib – TƏHLİL

10 İyun 2022, 13:05
Siyasət, Manşet
A A
Rusiya müharibə hədəflərini dəyişib – TƏHLİL

Ukrayna qüvvələri hazırda Severodonetsk şəhərində Rusiyanın hücumlarını çətinlikləri dəf edirlər, ancaq Moskva şəhərə tam nəzarəti ələ keçirə bilməyib. Severodonetsk və ona əkiz şəhər hesab olunan Lisiçansk Kremlin Ukraynanın Şərqi Donbas regionunu tam ələ keçirməsi üçün strateji əhəmiyyət daşıyır. Rusiya qüvvələri Severodonetksin böyük hissələrini tutublar. Onun tam zəbti isə müharibənin növbəti fazasına böyük təsir göstərə bilər.

Ukrayna rəsmiləri Rusiya qüvvələrinin geri oturdulmasından ötrü daha çox silah, yardım gərəkdiyini deyirlər. ABŞ və Britaniya Kiyevə 80 km-dək məsafəni vurmağa qadir MLRS yaylım atəşi sistemləri göndərəcəyini bildirib. Vaşinqton HIMARS, Britaniya isə M270 sistemləri göndərəcəyini bəyan edib.

Severodonetskdə döyüşün gedişatı haqda Vaşinqtonda yerləşən Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilçisi Corc Barros “Azadlıq” radiosuna müsahibəsindədeyib ki, Kreml prioriteti Severodonetskə yönəldərək Ukraynada cəbhə xəttinin digər yerlərinə diqqəti azaldıb.

Təhlilçi bunu maraqlı məqam adlandırır, çünki Kreml fevralın sonunda Ukraynaya hücuma başlayandan hədəflərini bir neçə dəfə dəyişməli olub. İlkin hədəf Kiyevi, böyük şəhərləri qısa müddətə zəbt etmək idi. Bu alınmadı deyə, döyüşün hədəfləri şərqə yönəldi. Rusiya Donbası bütünlükdə ələ keçirmək istəyir, amma indilik Donetsk vilayətində çox az irəliləyiş əldə edib, daha çox Luqanskda cəbhə xəttinə fokuslanıb.

Təhlilçi rusiyalıların bir şəhərin, yaxud kəndin müəyyən hissələrini belə bir neçə günə və həftəyə tutmasına diqqət çəkir, deyir ki, bu, rusiyalıların çox zəif nəticə göstərdiyini ortaya qoyur: “Müharibə Araşdırmaları İnstitutunun indiki dəyərləndirməsi belədir ki, rusiyalılar Severodonetski tutaraq Luqansk vilayətini tam ələ keçirməyə doğru irəliləyərlərsə, bu zaman Rusiyanın kampaniyası pikə çatacaq, rusiyalılar qüvvələrini yenidən qruplaşdırmaq və nəzarət etdikləri yerlərdə möhkəmlənmək üçün əməliyyat fasiləsi götürməli olacaqlar. Bu məqamda Putin atəşkəsə çalışa bilər.

Ancaq rusiyalıların Luqanskı tam tuta biləcəyi də mənə tam aydın deyil. Severodonetsk Luqanskda ukraynalıların əlində qalan mühüm mövqedir. Siverski Donetsk çayının sol sahilində yerləşir. Rusiyalılar onu tutarlarsa, bu zaman onlar Lisiçansk şəhərinə girmək üçün çayı keçməlidirlər. Ukraynalılar isə bu şəhərdə müdafiə mövqeləri hazırlayıblar”.

Barrosun sözlərinə görə, Lisiçansk yüksəkdə yerləşdiyindən rusiyalıların bu əraziyə hücumu coğrafi baxımdan çətin olacaq. Müharibədə rusiyalılar üçün çayı keçmək, şəhər döyüşü o qədər də asan olmayıb.

“Rusiya ordusunun özünü zəif göstərdiyini deyirsiniz. Amma onlar irəliləyir, tutduqları yerlərə qüvvələrini cəmləyirlər. Tutduqları əraziləri saxlaya bilmələrinə dəlil görürsünüzmü?”

Təhlilçi bu suala cavabında deyib ki, burada əsas məsələ ukraynalıların rusiyalıların tutduğu əraziləri azad etmək üçün əkshücumlara keçmə qabiliyyətindən aslıdır.

“Rusiyanın ciddi şəkildə müdafiə etdiyi ərazini Ukraynanın geri ala bildiyini görməmişik. Ukraynalılar şimalda Kiyev və Xarkov ətrafındakı yerləri ona görə yenidən ələ keçiriblər ki, rusiyalılar geri çəkiliblər. Bir çox hallarda Ukrayna qüvvələrinin bu əraziləri azad etməsinə dair xəbərlər yayılsa da, səbəb sadəcə rusiyalıların geri çəkilməsi və ukraynalıların oraya daxil olmasıdır”, – Barros bildirib.

Onun sözlərinə görə, hazırda rusiyalıların möhkəmlənmək istədikləri bəzi yerlərdə qızğın döyüşlər gedir, məsələn, şimalda Xarkovda, cənubda Mikolayev və Xerson yaxınlığında. Həmin yerlərdə ukraynalılar bəzi yerlərə girirlər, rusiyalıları əkshücuma keçərək əraziləri geri alırlar.

“Yəni, Ukraynanı zəfərləri böyük deyil, Rusiyanın müdafiəsi çox yaxşıdır”, – deyən təhlilçi qeyd edir ki, rusiyalılar üçün yeni ərazi tutmaqdansa zəbt etdiyini əlində saxlamaq qat-qat daha asandır. Ukraynalılar üçünsə ərazini Rusiyanın hücumlarından müdafiə etmək daha asandır, nəinki Rusiyanın artıq tutduğu ərazini işğaldan azad etmək. Ölkənin cənubunda Rusiya qüvvələrinin mövqelərini möhkəmləndirməsi isə həmin əraziləri uzun müddətə nəzarətdə saxlamaq niyyətindən xəbər verir.

Təhlilçi bu məsələnin qəti həll olunduğunu demək istəmədiyini söyləyir, amma qeyd edir ki, həmin ərazilərin geri alınmasından ötrü ukraynalılar yeni döyüş qabiliyyəti sərgiləməlidirlər, bu isə görünmür.

Barros növbəti həftələrdə Qərb hökumətlərindən gələcək silahların həlledici məqam olduğunu vurğulayır. Onun sözlərinə görə, rusiyalılar bəzi yerlərdə cəbhə xəttini xeyli dəyişiblər, ukraynalıların onların logistika karvanlarını, sursat depolarını vurması üçün daha yaxşı, uzaqmənzilli silahlar tələb olunur.

“Buna görə də Putinin özünə sərf edən pat vəziyyəti, yaxud əldə etdiklərini möhkəmlədəcək durumu təmin etməməsi üçün Qərbin hərbi yardımını həlledici faktor hesab edirəm”, – Barros qeyd edir.

Əvvəlki yazı

Lavrov: “Sülh sazişinin imzalanmasına kömək edəcəyik”

Sonrakı yazı

RİA Novosti Beqleryanla müsahibəni sildi

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.