“Rusiya Ukraynada kimyəvi silahdan istifadə edərsə ABŞ cavab verəcək”. KİV-lər xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
“İstifadə etsə, cavab verəcəyik. Cavab bu silahların hansı miqyasda istifadəsindən asılı olacaq”, – deyə prezident Brüsseldə mətbuat konfransında bildirib.
“The New York Times” qəzetinin yazdığına görə, ABŞ “Tiger” adlı xüsusi qrup yaradıb. Vaşinqton bu qurup sayəsində Moskvanın nüvə, bioloji və ya kimyəvi silahlardan istifadəsinə cavab verəcək.




















