26-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“RUSİYA İLƏ DOSTLUQ ETMƏK VAXTI DEYİL” – Gürcüstanın yeni prezidenti

30 Noyabr 2018, 11:11
Manşet
A A
“RUSİYA İLƏ DOSTLUQ ETMƏK VAXTI DEYİL” – Gürcüstanın yeni prezidenti

Gürcüstanda keçirilən prezident seçkilərində qalib gələn Salome Zurabişvilinin fikrincə, hazırda Rusiya ilə əməkdaşlığın doğru zamanı deyil. O, bu barədə BBC-nin Rusca xidmətinə müsahibəsində bildirib.

“Rusiya hələki özünü belə apardığından, insanların oğurlanması da daxil, işğal xətlərində baş verənləri və bu xəttin ərazimizin dərinliyinə, Tbilisinin daha yaxınına… doğru hərəkət etdiyini nəzərə alsaq, Rusiyanın hazırda Ukraynaya qarşı özünü necə aparmasını nəzərə alsaq düşünmürəm ki, bu bizim dərhal əməkdaşlığa başlamağımız deməkdir”– deyə Zurabişvili bildirib.

O, Gürcüstanın Avropa mövqeyini tutduğunu, ölkənin Avropa və Amerikanı təmsil edən Qərb partnyorları Rusiya ilə dialoqa başlayacağı təqdirdə, əlbəttə ki, ölkəsinin kənarda qalmayacağını söyləyib.

Gürcüstan dəfələrlə Rusiyanı Cənubi Osetiya ilə sərhəd xəttində adamları oğurlamaqda ittiham edib. Rusiya Cənubi Osetiyanı müstəqil dövlət kimi qəbul edir, Gürcüstan isə onu öz ərazisinin bir hissəsi hesab edir. Rusiya ilə yanaşı, BMT-nin beş üzvü də Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Öz növbəsində, Rusiya ilə Ukrayna arasında münasibətlər Krımın işğalından və 2014-cü ildə Donbasda başlayan hərbi əməliyyatlardan sonra kəskin sürətdə pisləşib. Ötən bazar günü Rusiya sərhədçilərinin Krım sahillərində Ukraynanın üç gəmisinə atəş açması və saxlaması vəziyyəti daha da gərginləşdirib.

“Kəskin dəyişikliklər gözləmirəm”

Gürcüstan Mərkəzi Seçki Komissiyası dördüncü gün prezident seçkilərinin nəticələrini dərc edib. Zurabişvili 59,52% səs toplayıb. Rəsmi olaraq Zurabişvili müstəqil namizəd hesab edilir. Lakin onu hakim partiya dəstəkləyirdi. Onun opponenti, keçmiş ölkə prezidenti Mixali Saakaşvilinin partiyasının da daxil olduğu “Güc birlikdədir” müxalifət hərakatını təmsil edən Qriqol Vaşadze yalnız 40,48% səs toplayıb.

Dördüncü gün səhər Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Kremldə Gürcüstandakı seçkilərinin nəticələrinin necə qiymətləndirilməsi barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib: “Biz bu məlumatı və Zurabişvilinin qələbə qazanması faktını qəbul edirik. Biz Rusiya ilə Gürcüstan arasındakı münasibətlərin mümkün inkişafının qiymətləndirilməsi barədə hansısa ilkin bəyanatı gözləməyə üstünlük veririk”.

Rusiyanın digər rəsmi nümayəndələri də Gürcüstandakı prezident seçkiləriylə bağlı münasibətlərini bölüşüblər.

“Rusiya ilə bağlı kəskin dəyişikliklər gözləmirəm. Lakin Salome Zurabişvilinin təcrübəli və praqmatik siyasətçi olduğunu nəzərə alsaq, diaoloq üçün məkanın azalmayacağına ümid etmək istəyirəm “,- deyə Federasiya Şurasının xarici işlər üzrə komitəsinin başçısı Konstantin Kosaçev bildirib.

Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasinin bəyanatı isə daha nikbin olub: “Seçkilərin nəticələrinin ikitərəfli münasibətlərin təkmilləşməsi və normallaşması istiqamətində işləri davam etdirməyə imkan verəcəyini gözləyirəm”.

“Belə standartlarla seçkilər Gürcüstanda keçirilməməlidir”

Gürcüstanın hazırkı prezidenti Georgi Marqvelaşvili Mərkəzi Seçki Komissiyası nəticələri elan etdikdən sonra kiçik bəyanatla çıxış edib. Salome Zurabişvilini təbrik edən prezident seçkilərin gedişatını tənqid edib.

“Dünənki seçkiləri müşahidə edərkən, həmçinin müşahidəçilərin qiymətləndirməsini təhlil edən zaman mən demokratik seçkilərin keyfiyyətinin kəskin aşağı düşməsindən narahat olduğumu bildirmək istəyirəm. Birmənalı şəkildə deyə bilərəm ki, bu cür standartlarla seçkilər Gürcüstanda bir daha keçirilməməlidir”, o deyib.

Avropalı müşahidəçilər seçkilərin nəticələrinə əhəmiyyətli təsir göstərəcək qanun pozuntuları qeydə almayıblar. Lakin onlar “seçkiləri tam şəffaf adlandırmaq olmaz” – deyə qeyd ediblər.

“Seçkilərə bir neçə gün qalmış 600 min Gürcüstan vətəndaşının bank borclarının silinməsi barədə qərar da sürpriz oldu “, – deyə Avropa Parlamentinin müşahidəçi missiyasının rəhbəri Laima Andrikiene biıdirib.

Söhbət ölkə rəhbərliyinin borcluların qara siyahısına salınan vətəndaşların bank borclarının ləğv edilməsindən gedir. Müxalifət iddia edir ki, bu hakim partiyanın dəstəklədiyi namizədə faydalı ola bilərdi.

Bundan başqa, müstəqil müşahidəçilər “bir tərəfin məntiqsiz üstünlükdən istifadə etməsindən” narazı qalıblar. KİV-lər mühakimə nümayiş etdirib, seçkiqabağı kampaniya isə “sərt ritorika və qütbləşmə” şəraitində keçib (BBC Azərbaycan).

Əvvəlki yazı

Müdafiə Nazirliyi cəbhə xəttində son vəziyyət barədə

Sonrakı yazı

Dünyanın diqqəti Argentinaya yönəlib –”G-20″ liderlərinin zirvə görüşü başlayıb

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.