25-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rusiya Azərbaycana raket komplekslərini satmaqdan imtina edib? –“Kommersant” qəzetindən sensasiyalı iddia

05 Dekabr 2018, 11:01
Cəmiyyət
A A
Rusiya Azərbaycana raket komplekslərini satmaqdan imtina edib? –“Kommersant” qəzetindən sensasiyalı iddia

Rusiyanın “Kommersant” qəzeti Moskvanın Bakıya raket kompleksləri verməkdən imtina etdiyini yazır. Hərbçilərin fikrincə, “Bal” sahil raket kompleksi Xəzər dənizindəki Rusiya gəmilərinə təhlükə törədə bilər. Digər tərəfdən, qəzetin yazmasına görə, Rusiya bu komplekslərin Dağlıq Qarabağ münaqişəsində istifadə olunmasını istəmir.

“Kommersant” məsələdən agah mənbələrə istinadla yazıb ki, Rusiya “Bal-E” sahil raket kompleksini Azərbaycan hərbçilərinə verməkdən imtina edib.

Bu kompleks ərazi sularına, bazalarına, sahil infrastrukturuna, dəniz kommunikasiyalarına nəzarət üçün hazırlanıb. Kompleksə özüyeriyən komanda idarəetmə punktları, özüyeriyən raket buraxıcıları, nəqliyyat-yük maşınları daxildir. Kompleks 120 km məsafədə hədəfi vura bilər.

Qəzetin yazmasına görə, əvvəlcə tərəflər komplekslərin kiçik partiyasının və bir partiya 3M24 raketlərinin çatdırılması barədə kontraktı paraflayıblar. Amma sənəd imzalanmayıb. Rusiya tərəfinin hesablamasına görə, bu raketlərin hətta ixrac modifikasiyası belə Rusiya ərazi sularındakı gəmilərə potensial təhlükə törədə bilər.

“Bu arqumenti mübahisələndirməyin xeyri yox idi, ona görə də paraflanmış sənəd ortadan qaldırıldı, mövqeyimizi eşitdilər”, – hərbi mənbələrdən biri deyib.

Rusiya Müdafiə Nazirliyindən məsələni dərhal şərh etməyiblər. Hərbi-texniki əməkdaşlıq üzrə federal xidmət, eləcə də “Rosoboronekspert” da şərh verməyib.

Qəzet yüksəkçinli mənbəyə istinadla yazır ki, raket kompleksiylə bağlı məsələ qaranlıq qalır, çünki Azərbaycana “Bal”ın verilməsi “tam həssas geosiyasi nüans” səbəbindən müzakirə olunmur. Belə ki, son illər X-35 tipli raketlər elə modernləşdirib ki, təkcə dənizdəki deyil, quru hədəfləri də vura bilər. Və Moskva Bakının bu silahdan Dağlıq Qarabağ münaqişəsində istifadə etməsini istəmir, mənbə belə deyib.

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə əldə olunan atəşkəs razılığına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, bura bitişik 7 rayon və daha bir neçə kənd işğal edilib.

Hazırda Rusiya və Vyetnam ordularında “Bal” kompleksləri mövcuddur. 2010-cu illərin əvvəllərində Rusiya hakimiyyəti bu kompleksdən Liviyaya da göndərmək istəyib, amma 2011-ci ildə vətəndaş müharibəsi başladığından Rusiya hərbi göndərişlərə embarqo qoyub.

Azərbaycan isə 2014-cü ildən “Bal-E” raket kompleksinə maraq göstərməyə başlayıb. Bakı azı bir divizion əldə etməyi planlaşdırırdı.

Ancaq “Kommersant” yazır ki, bu imtina Moskvayla Bakı arasında münasibətləri soyutmamalıdır. Hələ sentyabrda Azərbaycan Prezidenti İlham Əliyev bəyan elədi ki, hərbi-texniki əməkdaşlığın böyük tarixi var, Rusiyayla Azərbaycan arasında reallaşdırılan kontraktların dəyəri 5 milyard dolları keçir və artmaqdadır.

(Azadlıq radiosu)

Əvvəlki yazı

Bakıda sərnişin avtobusunda cibgirliklə məşğul olan şəxslər saxlanılıblar

Sonrakı yazı

Sabiq gömrük şefi Bakı hava limanında saxlanıldı –Adamkul Junusov İnterpol axtarışında olub

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.