11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rusiya, ABŞ və AB-nin neft savaşları – Sensasion faktlar

22 Oktyabr 2019, 14:39
Dünya, Manşet
A A
Rusiya, ABŞ və AB-nin neft savaşları – Sensasion faktlar

Bizimkilər atəşkəs edərək “zəfər qazandıq” deyirlər. PKK-nı xilas edən, İŞİD-i Türkiyəyə itələyən Tramp nə deyir? “Nefti zəmanət altına aldıq” deyir.

Axar.az xəbər verir ki, bu sözlər türkiyəli yazar Yılmaz Özdilin “Sözcü” qəzetində dərc olunan bugünkü köşə yazısında yer alıb. Köşə yazısını təqdim edirik:

“Sizcə, hansı neftdən bəhs edir? İraqda 160 milyard barrel neft rezervi var. Bunun 45 milyard barreli Şimali İraqda, 115 milyard barrelinin isə şiə hakimiyyəti altında olan yataqlarda olduğu bilinir.

Səddam məhv ediləndən sonra Bərzani anidən Dubay şeyxi kimi oldu. “Ekson Mobil”, “Şevron”, BP, “Şel”, “Total” kimi Qərbin nəhəng neft şirkətləriylə razılaşmalar imzaladı. Rus və Çin şirkətləri isə Şimali İraqdan kənardakı bölgələrə girdi. Məsələn, rus nəhəngi “Lukoyl”… Bəsrədə 20 milyard barrel rezervə sahib olan “Qərbi Kurna-2”nin üzərinə oturdu.

10 milyard rezervə sahib olan “Qərbi Kurna-1” əvvəldən “Ekson Mobil”ə aid idi. Çin dövlət şirkəti “Petro Çayn” gəldi, amerikalılara “bir az kənara çəkilin görək” dedi. Çinlilər də oraya çökdülər. İraqı inək kimi sağmağa başladılar. Qərbin payı daha azdı, Rusiya və Çinin payı isə daha çox idi.

Şimali İraqın özbaşına neft ixrac etməsinə izn verməyən Bağdad İraqın gündəlik neft istehsalını 10 milyard barrelə çıxartmağı hədəfləyirdi. Bunu bacarsaydı, neft gəlirində səudiyyəlilərlə bərabər vəziyyətə gələcəkdilər. Səudiyyənin, Qətərin, Kuveytin borusu əvvəlki qədər önəmli olmayacaqdı.

Şak… İŞİD icad olundu! Səudiyyə Ərəbistanı kəşfiyyatı tərəfindən təşkilatlandırıldı. Özlərini ABŞ düşməni zənn edən fundamentalist fanatiklərdən təşkil olunurdu, amma tam tərsinə, ABŞ maraqlarına xidmət edirdilər. Usamə Ben Ladenin terror karyerasını başladan şahzadə əl-Bəndərin fikriydi. Bu, həqiqətən böyük zəka tələb edən, ölümcül gizli fəaliyyət idi. Fanatiklər Əfqanıstanda, Qafqazda, Bosniyada, Livanda, İraqda, Liviyada istifadə edilmişdilər, indi də Suriyaya tranzit olunmuşdular.

Suriyadan İraqa yayıldıar, dəhşət yaratdılar, önlərinə çıxan hər kəsi öldürdülər, Tehran-Bağdad-Şam xəttini qopardılar. Təsadüfə bax. Sadəcə Şimali İraqa toxunmadılar. Bərzaniyə qarşı oyuncaq tapança belə istifadə etmədilər. Əksinə, İraqı ortadan ikiyə böldülər, quzeylə güneyin arasına girdilər, bufer zona yaratdılar. Bu həmlə ilə Bərzaninin Kərkükü almasına şərait yaratdılar.

İŞİD adlandırılan təşkilat sadəcə Səudiyyə və Bərzaniyə yarayırdı.

Şimali İraqın neftini Aralıq dənizinə axıtmaq üçün Şimali Suriyada dəhliz açmaq gərəkirdi. Buna görə də İŞİD qatilləri başlar kəsməyə başladı. Bu məqamda çox qəribə bir şey olurdu. Baş kəsmə görüntülərini Qərb mediası vasitəçiliyi ilə dünyaya çatdırırdılar. Fundamentalist primitiv təşkilat ən müasir texnologiya istifadə edirdi. Əslində Liviyada olduğu kimi, Suriyaya da NATO müdaxiləsi olacaqdı. İŞİD cinayətləriylə dünyanın gözü qorxudulur, bu vəhşi görüntülərlə NATO müdaxiləsinə zəmin hazırlanırdı.

Şak… Rusiya həmlə etdi.

Suriyaya NATO müdaxiləsi an məsələsi olarkən Rusiya Ukraynaya girdi. Əsəd rahat nəfəs aldı. Əslində, Ukrayna sadəcə hədəf yayınması idi. Moskva zaman qazanmağa çalışırdı. Hərbi baxımdan Suriyada yetəri qədər güclü deyildi. Dünyanın diqqəti Ukraynaya fokuslananda bizim boğazları şəhərlərarası gəmi xətti kimi istifadə etməyə başladılar. Qara dənizdə nə qədər hərbi gəmi varsa, hamısını Suriyaya apardılar, Tartus bazasını böyütdülər, aviabaza inşa etdilər. Suriyaya qalxan oldular, NATO müdaxiləsini imkansız hala gətirdilər.

ABŞ və Avropa Birliyi gec də olsa, Putinin nə etmək istədiyini anladı, Ukrayna məsələsini bəhanə edərək, Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməyə başladı. O zaman sürpriz yaşandı. Fransız neft nəhəngi “Total”ın CEO-su Kristof de Marqeri Qərbin Rusiyaya embarqo tətbiqinə qarşı çıxdı. “Total” dediyin, zurna deyil. Dünyanın ən böyük 11-ci şirkətidir, 130 ölkədə fəaliyyət göstərir. “Total”ın nə dediyi bir çox ölkə liderindən önəmli idi.

“Total”ın Fransadan müstəqi qərar verməsi mümkündümü? Əlbəttə deyildi. Fransa bir tərəfdən sanksiya qərarına əməl edir, digər tərəfdən Rusiyanın yanında olduğunu göstərmək istəyirdi. Sonra nə baş verdi, bilirsinizmi?

Marqeri Moskvaya getdi, Putinlə görüşdü, Parisə dönmək üçün Vnukova hava limanına gəldi. Özəl təyyarəyə mindi. Havalanmaq üzrə sürətini artırarkən, qarşılarına qar təmizləyən maşın çıxdı. Dörd metrlik qar təmizləmə maşını təyyarəyə çırpıldı, təyyarənin pərləri kəsildi, yerdə dəydi, alovlandı. “Total”ın CEO-su, pilotlar, stüardessa, təyyarədə olan dörd nəfərin hamısı öldü.

Qərb blokunda yer alıb, Putini dəstəkləyən tək adam özünü ən təhlükəsiz hiss etdiyi yerdə, Putinin paytaxtında can verdi. Fillər təpişəndə otlar əzilir. Bu dəfə fillər təpişərkən kərgədan əzilmişdi.

Üç ay sonra Parisdə satirik “Şarl Hebdo” jurnalı hücuma məruz qaldı. İŞİD görünüşlü iki nəfər hücum etmişdi. Guya Həzrəti Məhəmmədin karikaturalarına reaksiya vermişdilər. Həqiqətən belə idimi?

Heç gözlənilməyən iki ünvandan iki açıqlama gəldi. İran Prezidenti islam adına törədilən terrorizmi qınadı. Hizbullah lideri Nəsrullah isə “radikal islamçılar Həzrəti Məhəmmədə təhqir edən karikaturaçılardan daha çox zərər verirlər” dedi. Yəni? Şiələr sünni əsilli terrorizmi qınayırdılar.

Sonra? İngiltərə, Almaniya, İtaliya, Hollandiya, İspaniya, 50-yə qədər Qərb ölkəsi baş naziri Parisdə etiraz yürüşü etdi. ABŞ yalnız səfiriylə buraya qatıldı. Halbuki ABŞ ədliyyə naziri həmin günlər Parisdəydi. Buna rəğmən qatılmamışdı. Görəsən, qatılmaq istəməmişdi, yoxsa Fransanın reaksiyası ucbatından qatılmamışdı?

Deyəsən, siz həqiqətən 50 ölkənin baş nazirinin karikaturaçılar öldürüldü deyə yürüyüş etdiyini zənn edirsiniz. Fransa mesajı almışdı. “Şarl Hebdo” jurnalına hücumdan dərhal sonra Rusiyanın yanında durmaqdan imtina etdi.

Fransa Rusiya ilə 950 milyon avroluq anlaşma imzalamışdı, iki ədəd helikopter gəmisi satacaqdı. Rusiya pulu nağd ödəmişdi. 210 metr uzunluğundakı gəmilər 70-ə yaxın helikopter daşıya bilirdi və adı vertolyotdaşıyan gəmi idi, amma əslində desant gəmisiydi. Göyərtəsində 16 helikopter daşıya bildiyi halda, yük kimi 55 tank daşıyırdı. “Şarli Hebdo”dan dərhal sonra Paris hökuməti Ukrayna məsələsini səbəb göstərərək, razılaşmanı ləğv etdi, Rusiyaya təslim olunması gəmiləri vermədi, 950 milyon avronu geri qaytardı.

Bunlar kifayət etdimi? Üç ay keçməmiş Parisdə canlı bombalar partladı. İnsanlara avtomatlardan atəş açıldı. 132 kişi həyatını itirdi. Yenə İŞİD idi.

Fransanın nüfuzu daha da azaldı. O gəmilər tez-tələsik Misirə verdi. Putinə niyyət, Sisiyə qismət. Misir o gəmilərin pulunu Səudiyyə fondlarıyla ödədi.

Bilmirəm, Trampın bəhs etdiyi nefti azca da olsun, anlada bildimmi?”

Əvvəlki yazı

Elza: “İlhamənin adına küftə bişirib, ehsan paylamışam”

Sonrakı yazı

Ərdoğan İranı xəyanətdə ittiham etdi

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.