09-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rus generaldan tükürpərdən açıqlamalar – Müsahibə

06 Aprel 2018, 09:27
Dünya
A A
Rus generaldan tükürpərdən açıqlamalar – Müsahibə

ABŞ və Rusiya arasındakı münasibətlər soyuq müharibə dövründəkindən daha təhlükəli həddədir.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Milli maraq” junralına müsahibə verən Rusiya ordusunun ehtiyatda olan generalı Yevgeni Bujinski deyib.

Bujinski 2009-cu ildə Rusiya Silahlı Qüvvələrindən istefaya buraxılıb.

– Siz bir müddət öncə bildirmişdiz ki, “Skripal işi” Rusiya və Böyük Britaniya arasında bəşər tarixinin sonuncu müharibəsinə səbəb ola bilər. Bununla nə demək istəyirdiz?

– Mən bu sözləri BBC telekanalına müsahibə verəndə işlətmişəm. Amma telekanalının korrespondenti bunu düzgün anlamayıb. Müharibə Rusiya və Böyük Britaniya ilə deyil, Rusiya ilə ABŞ-ın rəhbərlik etdiyi birləşmiş Qərb arasında olacaq. Bu insident cinayətdir. Bu işin araşdırılmasında istənilən müstəntiq bir neçə suala aydınlıq gətirməlidir: Bundan kim qalib gələcək? Cinayətin motivi nədir? İnanın mənə, Vladimir Putin prezident seçkiləri və futbol üzrə Dünya Çempionatı ərəfəsində bu olayı törədə biləcək dünyada ən axırıncı adamdır. Bu təxribatdır, bəs məqsədi nədir? Böyük Britaniya hərbi laboratoriyası cinayətdə istifadə edilən maddənin Rusiyada istehsalı ilə bağlı heç bir dəlil aşkar etməyib. Nə sübut, nə də şahid var. Britaniya hökuməti isə deyirdi ki, informasiyalar toplayıblar. Hansı informasiyaları toplayıblar? Hansı dəlillərlə sübut edəcəklər ki, bu işdə Rusiyanın barmağı var?

Son zamanlar tez-tez soyuq müharibənin başlanıb-başlanmaması ilə bağlı suallar verirlər. Mən həmişə deyirəm ki, bugünkü vəziyyət soyuq müharibə dövründəkindən daha pisdir. Soyuq müharibə dövründə hər şey aydın idi: İdeoloji qarşıdurma əsasdır, heç bir təhlükə və sanksiyalar yoxdur. Bir müddət əvvəl amerikalı senator Lindsi Qrem Vaşinqton hökumətinə Rusiyaya təzyiq göstərməyə və küncə sıxışdırmağa çağırıb. Fikrimcə, bu, çox təhlükəli oyundur.

– Siz açıqlamanızda bildirmişdiz ki, Rusiya ilə Qərb arasında real münaqişənin baş verməsi mümkündür. Bu, necə baş verə bilər?

– Belə bir münaqişənin baş verə biləcəyi ilk yer Suriyadır. Bir neçə gün öncə ABŞ qırıcıları Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirdi. Moskva bundan sonra bəyan etdi ki, əgər ABŞ qırıcıları Dəməşqdə Rusiya qərargahının yerləşdiyi və rus ordusunun olduğu yerləri bombalasa, onlara cavab zərbəsi endiriləcək. Cavab zərbələri qanadlı raketlərlə həyata keçiriləcək. Fikrimcə, ən böyük təhlükə budur.

– Siz düşünürsüz ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun bu açıqlaması çox ciddi təhlükədir?

– Bəli, bu ciddidir. Düşünmürəm ki, o, bunu zarafat və ya amerikalıları heyrətləndirmək üçün edib. Əminəm ki, o, çox ciddi idi.

Əgər biz Suriyadan danışırıqsa, burada kimyəvi silahdan istifadəyə də diqqət yetirməliyik. Mən bizim kəşfiyyatçılarımızın bu məsələ ilə bağlı işini yüksək qiymətləndirirəm. Onlar bu cür hücumlarla bağlı dünyanı məlumatlandırırlar. Amma düşünürəm ki, ABŞ bu vəziyyətdə Dəməşqə zərbələr endirə bilər.

– Bu vəziyyətdə rus hərbçiləri general Gerasimovun fikri ilə tam razıdır? ABŞ-da çoxları deyir ki, Rusiyanın çox güclü ordusu var, amma Putin çox praqmatik insandır və belə vəziyyətdə riskə getməz.

– Müharibə zamanı iqtisadiyyat mühüm rol oynamır. Əgər müharibə olsa, bu, qısa müddət davam edəcək. Siz fikirləşirsiz ki, Rusiya ABŞ ilə aylar və ya illərlə davam edən müharibəyə başlayacaq? Xeyr, yanılırsız.

– Fikrinizcə, bu, nüvə müharibəsi olacaq və qısa müddətdə başa çatacaq?

– Bunu demək çətindir. Amma mən əminəm ki, ABŞ və Rusiya arasındakı müharibə nüvə silahından istifadə ilə yekunlaşacaq.

– Siz Suriyadan başqa, daha hansı ölkələrdə təhlükə görürsünüz?

– ABŞ qarışsa, Ukrayna da ola bilər. Amma bu, o qədər də inandırıcı deyil.

– “Skripal işi”nə qayıdaq. Bir çox ölkələr rus diplomatlarını çıxarmaqla bağlı qərar qəbul etdi. Bu, Rusiyanın daxili siyasətinə necə təsir edəcək?

– Bu hadisə təxribatdır. Bilmirəm ki, bunu Britaniya tək fikirləşib, yoxa Qərb ölkələri və ABŞ da ona bu işdə yardım edib. Bu, rus diplomatların ölkədən çıxarılması üçün bəhanədir. Bax buna görə, mən qarşıdurmanın gələcəyini təxmin edə bilmirəm. İndi ABŞ 50 rus diplomatı çıxardı. Rusiya da buna cavab verdi. Bəs sonra nə olacaq? Diplomatik əlaqələr dondurulacaq?

– Rus diplomatların çıxarılması Böyük Britaniya ilə başladı. Sizin fikrinizcə, Britaniya hökumətinin bu iş üçün motivi nə ola bilərdi?

– Əminəm ki, Tereza Mey bu məsələni Vaşinqtonla razılaşdırıb. Motiv necə olub? Açığı, bunu təxmin etmək olar. Britaniya daxili problemlərdən diqqəti yayındırmaq istəyib. Bilirsiz ki, hazırda Breksit ilə bağlı Britaniyada fikir ayrılıqları mövcuddur. Bəs təxribatdan sonra vəziyyət necə oldu? Breksit məsələsi arxa plana keçdi və Avropa ölkələrinin birliyi gündəmə gəldi. Fikrimcə, əsas motiv budur.

Əvvəlki yazı

Abdin Fərzəliyevdən seçki sabotajı: Nərimanov seçiciləri seçkini baykot edir – VIDEO

Sonrakı yazı

Prezidentdən xanımının bişirdiyi yeməklərə – Münasibət

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.