14-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

RÜFƏT ASLANLININ BİR SƏLAHİYYƏTİ DƏ ƏLİNDƏN ALINDI- Yeni xidmət yaradıldı

26 May 2018, 01:41
Gündəm
A A
RÜFƏT ASLANLININ BİR SƏLAHİYYƏTİ DƏ ƏLİNDƏN ALINDI- Yeni xidmət yaradıldı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev müstəqil Maliyyə Monitorinqi Xidmətinin yaradılması ilə bağlı fərman imzalayıb. Fərmanda qeyd olunur ki, Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi üçün sistemli və kompleks tədbirlər həyata keçirilir: “Ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, hesabatlılıq sisteminin yaradılması, qabaqcıl texnologiyanın tətbiqi sahəsində əldə edilmiş nailiyyətləri Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi yüksək dəyərləndirmişdir.

Maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası və beynəlxalq əlaqələrin genişlənməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində də nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı yeni hədəflər müəyyən etmişdir.

Göstərilən hədəflərə nail olmaq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdə dövlət qurumlarının potensialının gücləndirilməsini və bu sahədə fəaliyyətin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılmasını, onlar arasında əməkdaşlığın və məlumat mübadiləsi sisteminin səmərəliliyinin artırılmasını, beynəlxalq əməkdaşlığın genişləndirilməsini zəruri edir”.

Ölkə prezidenti bu zərurəti nəzərə alaraq Maliyyə Monitorinqi Xidmətinin Maliyyə Bazarlarına Nəzarət Palatasının tərkibindən ayrılaraq müstəqil fəaliyyət göstəməsinə qərar verib.

Onu da qeyd edək ki, xidmət Prezident fərmanı ilə 2009-cu ildə Mərkəzi Bank nəzdində yaradılmışdı. 2016-cı ilin fevralından isə onun tabeliyi dəyişdirilərək Maliyyə Bazarlarına Nəzarət Palatasına keçirilmişdi. O zaman gözlənilirdi ki, Rüfət Aslanlının nəzarətində qurumun işi daha da təkmilləşəcək, fəaliyyətində dəyişikliklər baş verəcək. Lakin bunların heç biri baş vermədi.

Əksinə, Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti əvvəlkindən daha da zəiflədi. Halbuki beynəlxalq qurumlar Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə aparan qurumun müstəqil və daha geniş səlahiyyətlərə malik bir qurum kimi fəaliyyət göstərməsini dəfələrlə təklif etmişdilər.

Azərbaycanda çirkli pulların yuyulması ilə bağlı fəaliyyətlər daim beynəlxalq təşkilatların diqqətində olub. Xüsusilə İrana qarşı sanksiyaların qüvvədə olduğu dövrdə Azərbaycanda cənub qonşumuzun pullarının yuyulması ilə bağlı dəfələrlə məsələ qaldırılıb. Hətta “Birlikbank” və “Royalbank”ın məhz İran pullarının yuyulmasında iştiraka görə lisenziyalarının geri alındığı bildirilirdi.

Xatırladak ki, Mərkəzi Bank hər iki bankın lisenziyasını geri çəkərkən “Banklar haqqında” qanunun 16.9-cu maddəsinə – terrorçuluğun maliyyələşdirilməsi və qanunsuz gəlir əldə olunması – istinad etmişdi. “Royalbank”ın sahibi isə İran əsilli iş adamı idi.

İran pullarının Azərbaycan vasitəsilə yuyulması məsələsi ötən ilin sonlarında ABŞ-da Rza Zərrab işi üzrə aparılan məhkəmə istintaqı zamanı da aktuallaşmışdı. Belə ki, məhkəmədə şahid qismində ifadə verən R.Zərrab İran pullarının yuyulmasında Azərbaycandan olan 3 nəfərin də iştirak etdiyini, bu prosesin bir hissəsinin məhz Azərbaycan üzərindən reallaşdırıldığını bildirmişdi. Həmin vaxt bir çox ekspertlər bu ifadə əsasında ABŞ və çirkli pulların yuyulmasına qarşı mübarizəyə nəzarət edən beynəlxalq qurumlardan Azərbaycana müəyyən təkliflərin olacağını proqnozlaşdırmışdılar.

İran-ABŞ münasibətlərinin yenidən gərginləşdiyi, İrana qarşı sanksiyaların tətbiq olunduğu bir dövrdə Azərbaycanın Maliyyə Monitorinqi Xidmətinə müstəqillik verməsi, çirkli pulların yuyulması iddialarının yenidən gündəmə gətirilməsinin qarşısını almaq üçün atılmış addım da hesab oluna bilər(musavat.com).
****
ilhameliyevserencam1506434061Azərbaycan prezidenti İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən və dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.

Prezident Administrasiyasına Xidmətin nizamnaməsinin layihəsini bir ay müddətində hazırlamaq tapşırılıb.
Nazirlər Kabinetinə isə Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Xidmətin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini həll etsin, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Xidmətin fəaliyyətinin həyata keçirilməsinə xidmət edə bilən dövlət əmlakının inventarizasiyasını apararaq, həmin dövlət əmlakının Xidmətin istifadəsinə verilməsi ilə bağlı tədbirlər görmək və bu barədə üç ay müddətində Azərbaycan prezidentinə məlumat vermək həvalə olunub.

Əvvəlki yazı

ABŞ-ın Federal Kəşfiyyat Bürosundan xəbərdarlıq:“Hakerlər yüz minlərlə router cihazlarını sıradan çıxarıb”

Sonrakı yazı

AZƏRBAYCAN ORDUSU NAXÇIVAN İSTİQAMƏTİNDƏ İRƏLİLƏDİ – Böyük ərazini nəzarətə götürüb

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.