Müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov ötən gün keçirilən seçkilərdə Qaraçuxur Bələdiyyəsinin üzvü seçilib.
Axşam.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.
Bildirilib ki, onun adı lider namizədlər siyahısında yer alıb. C.Qafarov 6 min 677 səs toplayıb.
Roza Zərgərlinin oğlu bələdiyyə üzvü seçildi.
