13-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Röya peyvənd olundu, nazirlik klinikanın üstünə atdı

05 Fevral 2021, 14:13
Sosial, Maqazin
A A
Röya peyvənd olundu, nazirlik klinikanın üstünə atdı

Xalq artisti Röya Ayxan koronavirusa qarşı peyvənd olunub. Müğənninin öz instaqram hesabına yerləşdirdiyi görüntülərdən aydın olur ki, vaksinasiya prosesi özəl klinikalardan birində baş tutub, ona könüllü olaraq “Sinovac” vaksini vurulub. 

Reportyor.info xəbər verir ki, bu paylaşım əhalinin vaksinasiya olunmasına yönəlmiş təbliğat xarakteri daşısa da, insanlar arasında bəzi suallar yaradır. İstənilən şəxs poliklinikaya və ya özəl klinikaya gedib könüllü peyvənd oluna bilərmi? Könüllü peyvəndləmə mümkündürsə, o zaman əhalinin vaksinasiyası ilə bağlı mərhələlər nə üçündür?

Bildiyimiz kimi, yanvarın 18-dən başlanan vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətin peyvəndlənməsi nəzərdə tutulurdu. İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, yüksək riskli şəraitli işlərdə çalışanlar və digərləri daxildir. Digər tərəfdən isə, ilkin mərhələdə yalnız dövlət xəstəxanalarında vaksinasiya strategiyası nəzərdə tutulur.

Mövzunu araşdırmaq üçün Bakıda yerləşən bir neçə özəl klinika ilə əlaqə saxladıq. Klinikalardan həmin tibb müəssisələrində əhalinin vaksinasiya edilmədiyini, yalnız işçilərin vaksinasiya prosesinə cəlb olunduğunu bildirdilər. 

Müraciət etdiyimiz dövlət poliklinikalarından bəzilərində hələ tibb işçilərinin vaksinasiyasının davam etdiyi deyilsə də, digərlərində artıq əhalinin vaksinasiyasına başlanıldığını, yaşı 65-dən yuxarı olanların peyvənd olunduğunu öyrəndik. Lakin bunun üçün əvvəlcədən qeydiyyata düşmək lazımdır. Qeydiyyat isə yaşı 65 və yuxarı olan, həmçinin son 1 il ərzində “COVID-19” analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulub.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildiriblər ki, peyvəndlənmə prosesi strategiyaya uyğun olaraq davam edir. Yəni istənilən şəxs könüllü şəkildə poliklinikaya müraciət edib peyvənd oluna bilməz:

“Fevralın 8-dən etibarən “COVID-19” əleyhinə vaksinasiyasının növbəti mərhələsi başlanılacaq. Hazırda qeydiyyat davam edir, yaşı 65-dən yuxarı olan şəxslər randevu.its.gov.az saytından qeydiyyatdan keçməklə vaksinasiya oluna bilərlər. Qeydiyyat ona görə lazımdır ki, pandemiya dövrüdür, növbəsiz gələndə kütləvilik yaranır və qaydalar pozulmuş olur”.

Nazirlikdən o da bildirilib ki, əhali peyvənd üçün özəl klinikalara müraciət edə bilməz, hazırda vaksinasiya yalnız dövlət poliklinikalarında həyata keçirilir. 

Müğənni Röya Ayxanın peyvənd olunmasına gəlincə isə… 

Nazirlikdən onu da öyrəniblər ki, ifaçı fotosunu paylaşdığı özəl tibb müəssisəsinin sadəcə bir işçisi kimi peyvənd olunub:

“Özəl tibb müəssisəsi Səhiyyə Nazirliyinə öz işçilərinin sayını təqdim edir və həmin say əsasında tibb işçilərinin peyvəndlənməsi üçün tibb müəssisəsinə peyvənd təqdim olunur. Əgər hər hansı bir tibb müəssisəsi bu peyvəndi kənar bir şəxsə vurarsa və ya satarsa buna görə müəyyən məsuliyyət nəzərdə tutulub.

Bu işə nəzarət edən qurumlardan biri də Səhiyyə Nazirliyidir. Sözügedən məsələ ilə bağlı özəl tibb müəssisəsinin rəhbəri Barat Yusubov Səhiyyə Nazirliyinə bildirib ki, Röya xanım artıq 1 ildən artıqdır ki, həmin tibb müəssisəsində PR menecer vəzifəsində çalışır. Vergilər xidmətinin portalında da qeydiyyatdan keçib. Onların rəsmi ştatda olan işçisi kimi peyvəndlənmədən keçib”.

Əvvəlki yazı

Xaçmaz Mədəniyyət İdarəsinin müəmmalı tenderi – Fakt

Sonrakı yazı

“Yarım milyarda bina tikmə, ver aclar yesin deyənlər…” – Mirşahin

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36
Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

12 Avqust 2025, 13:35
Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

11 Avqust 2025, 14:27
Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

11 Avqust 2025, 14:11
Vladimir Feketeyə “Dostluq” ordeni verildi

Vladimir Feketeyə “Dostluq” ordeni verildi

11 Avqust 2025, 13:55
Dövlət başçısından daha bir SƏRƏNCAM

Dövlət başçısından daha bir SƏRƏNCAM

11 Avqust 2025, 13:52
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

11 Avqust 2025, 11:30
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

11 Avqust 2025, 11:25
Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

11 Avqust 2025, 11:22
34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

11 Avqust 2025, 11:15
8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

11 Avqust 2025, 11:01

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.