Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted”in futbolçusu 10-cu dəfə Kriştianu Ronaldu Ginnesin Rekordlar Kitabına düşüb.
Reportyor.info xəbər verir ki, bu barədə 36 yaşlı hücumçu şəxsi sosial media hesabında paylaşım edib.
Təcrübəli forvard yığma komandada ən çox qol vuran futbolçu kimi rekordlar kitabına düşüb.
Bu münasibətlə futbolçuya xüsusi sertifikat təqdim olunub.
Xatırladaq ki, İrlandiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyunda dubl edən Ronaldu Portuqaliya millisində 111-ci qoluna imza ataraq, İran seçməsinin Azərbaycan əsilli sabiq forvardı Əli Daeinin rekordunu (109 qol) qırıb.
Discussion about this post