Ziraat Türkiyə Kubokunun yarımfinal mərhələsinin ikinci oyununda “Fənərbağça”ya 3:0 hesabı ilə uduzduğu “Sivasspor” turnirdən kənarlaşdırılıb.
class=”medianet-inline-adv”>
Matçdan sonra “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay mətbuat konfransında açıqlamalar verib. Komandasının yorulduğunu dilə gətirən Çalımbay, “İlk yarıda da mövqelərimiz vardı. Fənərbaxçanın da mövqeləri var idi. Diqqət etməli olduğumuz bəzi şeylər var idi. Birinci hissədən sonra dostlarımıza dedik ki, Valensiya və digər forvard öndə qaçır. Ən çox təəssüf etdiyim şey dediyimiz kimi qol buraxmağımızdır. Bu mövsüm çox yorucu keçdi. Həm liqa, həm Türkiyə kuboku, həm də avrokuboklar komandanı yıxıb. Biz Avropanın ən yaşlı komandasıyıq. Ondan əvvəl “Qalatasaray” matçı keçirmişdik. Sonra Fənərbaxça ilə oynadıq. Fənərbaxça, təbii ki, liqa statusu bəlli olmadığı üçün Türkiyə Kubokuna böyük əhəmiyyət verirdi. Onların keyfiyyətli kadrları var. Geniş heyətimiz yoxdur, amma buna baxmayaraq, əvvəlki illərdə çox uğurlu günlərimiz olub. Avropada yaxşı iş gördük. Klub üçün həm Türkiyə xalları, həm də maddi qazanc əldə etdik, amma bu mövsüm yorğunluq oldu. Liqada istədiyimizi edə bilmədik. Ümid edirəm ki, bunu yaxşı başa vuracağıq”, – deyə o bildirib.
class=”medianet-inline-adv”>