Bu gün Azərbaycanın internet mediası məkanında özünəmxəsus yeri olan Reportyor.info xəbər portalının 4 yaşı tamam olur.
Son 4 il ərzində saytın baş redaktoru Arifə Əliyeva və komandası böyük oxucu auditoriyasının rəğbətini qazanıb.
Bu da operativlik, səhih informasiya vermək və vətəndaşları maraqlandıran məsələlərin işıqlandırılması sayəsində mümkün olub.
Hazırda onlayn media platformasında çoxlu saytlar, portallar, agentliklər fəaliyyət göstərir və günbəgün rəqabət artır. Belə bir zamanda Reportyor.info müstəqil, peşəkar və oxucuların diqqətini cəlb edən iş qurmağı bacarıb.
Həmçinin 4 il ərzində hər zaman vətəndaşların, şikayətçilərin, problemi olan, haqsızlıqla üzləşən insanların ümid qapısı olmuşuq, müraciətlərini ictimailəşdirmişik.
Reportyor.info məhdud heyətlə və maliyyə problemləri ilə böyük redaksiyaların bir çoxunun gördüyü işi reallaşdırmaqdadır. Biz bundan sonra da daha maraqlı layihələr həyata keçirməyi, çevik informasiya mərkəzinə çevrilməyi qarşımıza məqsəd qoymuşuq.