10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rektor oğlu qumarda 70 min uduzan, adı plagiat və rüşvətdə keçən dekanı qoruyur – GDU-da skandal

13 Oktyabr 2021, 14:50
Seçmə
A A
Rektor oğlu qumarda 70 min uduzan, adı plagiat və rüşvətdə keçən dekanı qoruyur – GDU-da skandal

 

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin müəllimləri tərəfindən Reportyor.info-ya müraciət daxil olub. Pedaqoji fakültənin Tədris metodiki şurasının sədri, dosent Ziyafət Vilayət qızı Bayramova adından ünvanlanan məktubda qeyd olunur ki, rektor Yusif Yusibov təlimatı pozaraq həyatının 20 ildən artığını dekan işləmiş Bayram Apoyevi yenidən dekan seçmək istəyir.
Müraciətdə deyilir: “Bayram Apoyev ixtisasına uyğun olmadan Nizami Gəncəvinin yaradıcılığından müdafiə edib, elmlər doktoru olmaq istəyir. Bayram Apoyevin elmi işinin mövzusu elmi şurada müzakirə edilmədən 5 dəfə dəyişdirilib və doktorluq dissertasiyası müdafiə edib.
Doktorluq dissertasiyasını məşhur pedaqoq,professor Akif Abbasov yazıb. Bayram Apoyevin özünün bu dissetasiasiya işindən ümumiyyətlə, xəbəri belə yoxdur. Müdafiə etdiyi işin təsdiqi üçün tələb olunan elmi məqalə saxta Tomson Reyters jurnalında nəşr olunub.
Bayram Fəti ləqəbi ilə vaxtilə kürd dilində yazdığı şerlərdə Azərbaycan xalqını təhqir edən, kürdlərin bizim xalqdan qat-qat üstün olduğunu yazıb, onları respublikamızın daxilində dövlət yaratmağa səsləyən bir dələduz layiq olmadığı elmi dərəcə almaq istəyir. Demək olar ki, elmi tədqiqat işi aparmasa belə, doktorluq dissertasiyası müdafiə edib və təsdiqini gözləyir. Bu dekanın rüşvət yığmaqdan nə vaxt başı açıldı ki, o elmi tədqiqat işi ilə məşğul oldu?”
Məktubda bildirilir ki, hazırda görkəmli filoloqlar Nizami yaradıcılığında nəyi isə axtarıb tapa bilmirlər, çünki bu böyük şair ətraflı tədqiq olunub: “Bu coğrafiya müəlliminin doktorluq dissertasiyasının mövzusu Nizami Gəncəvinin yaradıcılığı ilə əlaqəlidir. Maraqlıdır, coğrafiya müəllimi hara, Nizami yaradıcılığı hara?
Hazır dissertasiya işi tapana qədər elmi şurada müzakirə olunmadan bir neçə dəfə doktorluq dissetasiya işinin adı dəyişdirilmişdir. Dekan işlədiyi 20 ildən artıq müddətdə müavininə belə etibar etmədən tələbələrdən rüşvəti şəxsən özü yığıb. Heç bir elmi yaradıcılıq məzuniyyətində, heç bir kitabxanada olmayıb. Maraqlıdır, elmi-tədqiqat işini bu adam harada aparıb?
Bayram Apoyev özü yaxın ətrafı ilə söhbət edərkən, deyib ki, “Ali Attestasiya Komissiyasında mənim yaxın adamım var, ona 30000 manat vermişəm, ekspertdən də keçmişəm, yaxın vaxtlarda təsdiqimi alacam. Təsdiqini almaq istəyən başqa yoldaşlardan kim istəsə ona da kömək də edə bilərəm. Bütün bunlar Ali Attestasiya Komissiyasında işləyən bəzi şəxslərin korrupsiyaya bulaşdığını göstərir.
Bayram Apoyevin qızı Çinarə və kürəkəni Elvin Atakişiyev də universitetdə işləyirlər. Elvin Atakişiyev franzız dili fakültəsini bitirib.Amma azərbaycan dilindən müdafiə edib, Alman dili kafedrasının müdiridir.Tamam uyğunsuzluqdur…. Elvin Atakişiyevin elmi rəhbəri GDU-nun professoru Telman Quliyev olub. Elvin Atakişiyev Nəsimi adına Dilçilik İnstitutunda müdafiə edib, danışa bilmədiyi üçün həm elmi rəhbəri, həm də özü biabır olub, amma Bayram Apoyevin sehrli barmaqları bu biabırçı işi AAK-da təsdiq elətdirib.
Bayram Apoyevin plagiat sözündən xoşu gəlir. Belə ki, onun kitabları müxtəlif alimlərin kitablarından köçürmə olduğu kimi, plagiat kitablara da özü rəy verib.
Məsələn, Bayram Apoyevin müavini İlqar Haqverdiyevin və GDU-nun Bədən Tərbiyəsi və idman kafedrasının müdiri Ağayev İlham Mansır oğlunun birgə həmmüəllifliyi ilə ərsəyə gələn ” Fiziki tərbiyə dərslərinin təşkili və keçirilməsi metodikası” dərsliyi.
Sözügedən dərs vəsaitinin orijinal variantını – “Fiziki tərbiyənin nəzəri-metodik və praktik işlərinin əsasları”nı yazıb ərsəyə gətirən Azərbaycan Pedaqoji Universitetin dosenti, Pedaqoji elmlər namizədi, Azərbaycan Respublikasının ” Fəxri bədən tərbiyəsi və idman işçisi”, SSRİ idman ustası Baloğlan Quliyevdir.
Hazırda həmin dərs vəsaiti Prezident kitabxanasındadır. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 17 fevral 2010-cu il tarixli, 202 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmiş bu kitab 2009-cu ildə Bakıda, ADPU-da işıq üzü görsə də, sonradan, daha dəqiqi, 2016-cı ildə GDU-nun müəllimləri – İlham Ağayev və İlqar Haqverdiyev həmin kitabdan plagiatlıq edərək yeni bir dərs vəsaiti “ərsəyə gətiriblər”. Bu kitaba rəy verən elə həmin Bayram Apoyev olmuşdur.
Onun rüşvətdən yığdığı pulları yemək də heç özünə qismət olmur. Belə ki, onun heç bir yerdə işləməyən oğlu Şamo keçən il “Topaz”da 70 000 manat uduzub.
Hörmətli cənab Prezident, şikayəti mən yazmışam və bu məktub bütün Pedaqoji fakültənin professor-müəllim heyətinin mövqeyini ifadə edir, telefon nömrələrim də Sizə yazdığım məktubun altında yazılıb. Amma universitetin rektorunun baş müşaviri Asif Cavadovmənim adımdan müxtəlif təşkilatlara məlumat göndərir ki, guya Ziyafət Bayramova izahat verib ki, məktubu mən yazmamışam. Xahiş edirik ki, bu hərc-mərcliyin qarşısını alasınız”. Müraciətdə adı çəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Əvvəlki yazı

Azərbaycan parlamenti Zəfər Günü ilə bağlı bəyanat qəbul edəcək

Sonrakı yazı

Prokuror general-leytenanta 11 il həbs cəzası istədi

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.