07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Reket” jurnalistlərin kökü xeyli azalıb”

29 Oktyabr 2018, 15:50
Gündəm, Seçmə, Uncategorized
A A
“Reket” jurnalistlərin kökü xeyli azalıb”

“Mən tutulan o jurnalisti tanımıram. Ancaq Azərbaycanda “reket” mətbuatına qarşı həm hüquq-mühafizə orqanları tərəfindən, həm Mətbuat Şurası tərəfdən mübarizə aparılır. Əvvəlki illərə baxanda “reket” jurnalistlərin kökü xeyli azalıb”.

Bu sözləri AzEuroNews.com-a millət vəkili, yazıçı-jurnalist Aqil Abbas Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan və “reketçilikdə” ittiham olunan “realliq.info” saytının rəhbəri İkram Rəhimovla bağlı danışarkən bildirib.

Deputatın sözlərinə görə, cəmiyyətdə oğrulara, “reket”lərə qarşı mübarizə aparılır: “Heç Amerikada da onların kökü kəsilmir. Mən buna “reketçilik” yox, dilənçilik deyərdim. İndi biz deyə bilmərik ki, il yarıma onların kökü tamamilə kəsiləcək. Amma əvvəlki dövrə baxanda azalıblar”.

A.Abbas “reket” jurnalistikasının bir səbəbini də çirkaba bulaşan məmurlarda görür: “Həmin saytların, qəzetlərin işçilərindən qorxan məmurlar var. Özləri rüşvətlə məşğuldurlar, büdcədən pul yeyirlər, vergidən yayınırlar, ona görə həmin jurnalistin  dediyini eləməyə məcbur olurlar.

Mətbuat Şurasında “Reket jurnalistika”ya qarşı mübarizə komissiyası fəaliyyət göstərir. Onlara gələn şikayətləri araşdırırlar, “qara siyahı” tərtib edirlər, bəziləri Mətbuat Şurasının səlahiyyətlərindən kənarda olur və prokurorluğa göndərilir”.

Deputat hesab etmir ki, qəzetlərin, saytların, sosial medianın imkanlarını məhdudlaşdırmaqla bunun qarşısını almaq mümkündür:

“Azərbaycan demokratik ölkədir. Kiməsə qəzet, sayt, bloq açmaq olmaz deyə bilmərik. Cənab prezidentin də bu barədə çıxışları olub.

Ancaq sən görürsən ki, Aqil Abbasın “Ədalət” qəzeti bağlanır, o da “Ədalət+” adında təzəsini açır, bax ona imkan vermə. Çünki əvvəl adı “qara siyahı”da olub, çoxlu şikayətlər gəlib və bu cür adamlara nəzarət etmək lazımdır.

Əslində, onların məqsədi tək pul qazanmaq deyil, həm də populyar olmaqdır. Müxtəlif yerlərə gedirlər, özlərini tanıdırlar ki, mən baş redaktoram. Yəni, mübarizə aparılır, sayları azalır.

Mənim gündəlik izlədiyim saytlar var, məsələn musavat.com, trend.az, qol.az və s. portallara daxil oluram, xəbərlərlə tanış oluram”.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində İkram Rəhimovun ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayaraq onlardan vəsait tələb etdiyi, əsasız olaraq Mətbuat Şurasının rəhbərliyini və üzvlərini hədəfə aldığı müəyyən edilib. DTX-nın xüsusi əməliyyatı sayəsində İ.Rəhimov saxlanılıb.

Əvvəlki yazı

Sabiq başçı həbs olunur – məhkəmə qərarı

Sonrakı yazı

“Saakaşvilinin Gürcüstana qayıtması…”

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.