18-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“REAL üçüncü qüvvə ola bilmədi” – VHP sədrinin müavini

11 Mart 2021, 10:32
Siyasət
A A
“REAL üçüncü qüvvə ola bilmədi” – VHP sədrinin müavini
Ötən həftə qəfildən keçirilən hakim Yeni Azərbaycan Partiyasının VII qurultayı hələ də cəmiyyətin əsas mövzularından biridir. PİA.az-ın əməkdaşı hakim partiyanın qurultayını və mövcud siyasi reallıqları Vətəndaş Həmrəyliyi Partiyasının səfr müavini Nəsimi Şərəfxanlı ilə müzakirə edib.
 
– Nəsimi bəy, YAP-ın VII qurultayı hazırda cəmiyyətimizdə ən çox müzakirə olunan məsələlərdən biridir. Bəziləri hesab edir ki, bu qurultay hakim partiyada böyük dəyişikliklərin başlanğıcıdır. Parlamnetin ana müxalifət partiyasının nümayəndəsi olaraq hakim partiyanın son qurultayını necə dəyərlədirirsiz? Hesab edirsinizmi YAP-dakı yenilənmə ölkədə siyasi münasibətləri dəyişmək üçün stimul ola bilər?
 Hakim partiyanın son qurultayı zaman baxımdan gözlənilməz idi, nəticə çoxdan cəmiyyətdə müzakirə olunurdu və hər kəs iqtidarda aparılan kadr dəyişiklliklərinin partiyaya da sirayət edəcəyinin fərqindəydi. Təbii ki, uzun müddət partiya nomenklaturasını işğal etmiş “qocalar qrupunun” əvəzlənməsi hakim partiyada müəyyən dəyişikliklər yaradacaq. Ramiz Mehdiyevin, Əli Həsənovun, Arif Rəhimzadənin, Əli Əhmədovun və beynində hələ də kommunist təfəkkürü saxlayan şəxslərin partiya rəhbərliyindən kənarlaşdırılaraq nisbətən gənc şəxslərin iş başına gətirilməsi təqdirəlayiqdir. Amma anoloji prosesi rəsmi iqtidar strukturlarında da müşahidə etmişik. Amma eyni prosesin iqtitardakı nəticələrinə baxanda böyük ümidlərə yer qalmır. Çünki bu gün də bir çox nazir postlarında yer alan yeni şəxslər “köhnə qvardiya”dan ciddi şəkildə fərqlənmir. Ziya Məmmədov, Səlim Müslümov, Misir Mərdanov və digərləri əvəzləndi nə baş verdi ki? Yenə köhnə hamam, köhnə tas. Yəni təhsil, Səhiyyə, Sosial Müdafiə və digər strukturlarda bunun şahidi olmuşuq. Buna görə şəxslərin əvəzlənməsindənsə idarəçiliyə baxışın dəyişilməsi daha vacibdir. İstər YAP-da, istərsə də hakim komandada aparılan kadr dəyişikliklərinin ölkədə mücbət istiqamətə doğru təkan olacağına bundan sonra ümid etmək olar.
– Azərbaycanın siyasi mühiti əsasən iki qütblü olaraq görülür. Qütblərdən biri hakimiyyət, digəri isə “sistemdən kənar” müxalifət hesan olunur və burda ideologiya, sol, ya da sağ prinsiplər özünü doğrultmur ya da özünə yer tapmır. VHP özünü bu qütblərin hansındasa görə bilirmi, ya da bu qütblərin arasında qalmağı VHP üçün hansısa şans və yaxud şansızlıq kimi dəyərləndirmək olarmı?
– Azərbaycan siyasi sistemində ideologiya problemi var. Siyasi partiyaların böyük əksəriyyətinin proqramı eyni ideoloji dəyərlərə söykənir. Firqə fərqliliyi ideoloji baxışa deyil, siyasi taktikaya və ya liderə görə seçildiyindən Azərbaycanda partiya həyatında anormallıqlar yaşanır. Millətçilik, Liberalizm, Sosial bərabərlik və digər ideoloji prinsipləri əsas götürərək cəmiyyətə fərqli liderlər deyil, fərqli proqramlar, konsepsiyalar, baxışlar təqdim edilmir. Məncə siyasi sistemimizdəki durğunluğun əsas səbəbi budur.
Vətəndaş Həmrəyliyi Partiyası “Nicatımız Vətəndaş Həmrəyliyindədir” şüarı ilə yaranaraq milli birlik, həmrəylik prinsipini əsas götürüb. Əlbəttə bu tam ideoloji sistem sayıla bilməz. Amma bu prinsip bir çox məqamlarda VHP-ni digər siyasi partiyalardan fərqləndirib və etiraf edək ki, hakim partiya da ölkənin həlledici anlarında bu prinsipi əsas tutub. Bu baxımdan VHP-ni kəskin qütbləşməyə qarşı olaraq şanslı partiya sayıram. Bu şanslılıq hər zaman parlamentdə təmsil olunmaqla yekunlaşmayıb, özünün təşkilati strukturlarını qoruyaraq inkişaf etdirməkdə də özünü göstərib.
– Belə bir fikir var ki, Azərbaycan elektoratının böyük hissəsi həm hakimiyyət partiyasını, həm də müxalifəti “qocalmış” olaraq görür. Xüsusən də müxalifəti. Sizcə Azərbaycan siyasətinə yeni qüvvələrin gəlməsi üçün siyasi təlabat varmı və ölkə siyasətində nə zamansa üçüncü qütbün yaranmasını mümkün hesab edirsinizmi?
– Mən siyasətdə qoca-gənc fərqliliyinin, qarşıdurmasının tam əleyhinəyəm. İllərdir ki, müxalifət “qocalıb” deyirlər. Çox yaxşı. Əgər belədirsə hanı gənclik? Kim qarşısını alır ki? Azərbaycanda onlarla gənc partiya sədri var və etiraf edək ki, onların ictimai tanınma imkanları klassik siyasilərimizdən daha çoxdur. Amma ortada nəticə də yoxdur.
Bu gün müxalifət liderləri tablosu Azərbaycanın istiqlalı üçün yol başlayan Meydanın tribunası kimi tanınır. Mən konkret adlar çəkib kimlərisə uğursuz siyasətçi kimi tanıtmaq istəmirəm, amma gəlin qəbul edək ki, cəmiyyət bu gün də Sabir Rüstəmxanlı, İsa Qəmbər, Etibar Məmədov, Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev, Mirmahmud Mirəlioğlu və digər klassik siyasi liderlərimizin fikir və taktikalarına diqqət yetirir.
Azərbaycanda üçüncü qütbün ortaya çıxmasına gəlincə isə, mövcud iki qütb: iqtidar-müxalifət arasında münasibətlər və sistem qaydasına düşməyincə hər hansı yeni qüvvədən danışmağa dəyməz. Bütövlükdə siyasi sistemdə kəskin dəyişikliklər vacibdir. Ölkə əhalisinin siyasi iradəsi partiyaların potensialında parlamentdə və hökümətdə öz əksini tapmalıdır. Bunun ən yaxşı yolu proparsional seçki sistemidir. Bu seçki prinsipi ilə partiyalar gerçək gücünü və siyasi mübarizəsini parlamentə daşımalıdır. Həmin parlamentdə ölkənin problemlərinin həll yollarının ən yaxşı variantları ortaya qoyulacaq.
– Ümumiyyətlə Azərbaycan siyasətində üçüncü qütbün ortaya çıxa bilməsi üçün siyasi mühiti nə qədər əlverişli hesab edirsiniz?
– Bir daha qeyd edirəm ki, mövcud iqtidar-müxalifət münasibətləri üçüncü siyasi güc mərkəzinin ortaya çıxmasını istisna edir. Əslində bu gün parlamentdə təmsil olunanları üçüncü qütb kimi də dəyərləndirmək olar.
Amma biz bilirik ki, bu tam olaraq belə deyil və həmin partiyalara Azərbaycan xalqının etimadı arzu edilən səviyyədə deyil. Bir zamanlar REAL hərəkatı da üçüncü qüvvə olaraq formalaşmaq istəyirdi. Alındıra bilmədilər. Üçüncü qüvvə təbii siyasi proseslə baş verə bilər, bu sifarişlə və ya təhlillə olmur.
– Bəs Azərbaycanda mövcud durumu dəyişdirmək mümkündürmü?
– Mən hazırkı şərtlərdə buna ehtimal vermirəm. Və hesab edirəm ki, buna cəhd etmək Don Kixotun yel dəyirmanı ilə savaşmasını xatırlada bilər. Çünki Azərbaycandakı siyasi mühit hazırda elə formalaşıb ki, ancaq bir-birlərini tamamilə inkar edən iki qütbün birində yer almalısan. Bu qütblərdən kənrda olanlar isə özlərini cəmiyyətə təqdim edə bilmirlər. Bunun yolu da yoxdur. Misal üçün özünə nəyin bahasına olursa olsun karyera qurmaq istəyənlər hakimiyyətin yanında yer alır və ancaq hakimiyyətin bucağından problemlərə yanaşırlar. Azərbaycanı fərqli və daha azad bir vətəndaş cəmiyyəti olaraq görmək istəyənlər isə ancaq “sistemdən kənar” müxalifətin bucağından məsələri həll etmək istəyirlər. Böyük əksəriyyət isə heç bur tərəfə inanmır və fərdi qaydada özlərini xilas etməyə çalışırlar.
– Bəs bu böyük əksəriyyəti üçüncü qüvvə niyə özünə cəlb edə bilmir?
– Bunun səbəbi çox sadədir. Azərbaycanda hakimiyyətin adminstrativ gücü həddindən artıq çoxdur və bu hakimiyyət heç bir halda alternativ qəbul etmir. Bunu hamı bilir və bu üzdən də böyük əksəriyyəd də yaxşı bilir ki, onların üçüncü qüvvəyə verəcəkləri dəstək elə ikinci qüvvə demək olacaq. Yəni normal siyasi mühitdə hakimiyyət alternativliliyi qəbul etmir. Azərbaycanda isə bu olmadığı üçün böyük əksəriyyət özünə heç də əziyyət vermək istəmir.
– VHP parlamentdə üç deputatla ana müxalifəti təmsil edir. Hesab edirsinizmi ki, müxalifət olaraq öz vəzifələrinizi yerinə yetirirsiz?
– Məşhur bir ifadə var. “Siyasət imkanlar daxilində mümkün olanı etmək sənətidir”. Hesab edirəm ki, parlament müxalifəti olaraq VHP-də mövcud imkanlar daxilində mümkün olanları edir. Biz öz imkanlarımız içində mövcudluğa təsir etməyə çalışırıq.
Əvvəlki yazı

“YAP-da köhnələrin gedişi göstərir ki…” – Səmədov

Sonrakı yazı

Arzu Bağırova “İlin işgüzar xanımı” seçildi – FOTOLAR

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31
Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

16 Avqust 2025, 10:29
Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

16 Avqust 2025, 10:26
Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

16 Avqust 2025, 10:24
Trampdan görüşlə bağlı AÇIQLAMA

Trampdan görüşlə bağlı AÇIQLAMA

16 Avqust 2025, 10:21
Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

16 Avqust 2025, 10:20
Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

16 Avqust 2025, 10:18
Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.