06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Real TV”nin təsisçisi İman Quliyevə məxsus şirkətlər

30 May 2020, 14:13
Gündəm
A A
“Real TV”nin təsisçisi İman Quliyevə məxsus şirkətlər

Jurnalist Hafiz Babalı “Real TV”-nin təsisçisi İman Quliyevlə bağlı araşdırma aparıb. Meydan TV “Openazerbaijan.org” saytında dərc olunmuş həmin yazını öz oxucularına təqdim edir.

2018-ci ilin fevralında – “Real Təhlil və İnformasiya Mərkəzi” MMC təsis olunanda çoxu onun sahibi haqqında yanlış fikirdə idi. Yanılmağa səbəb vardı. Əvvəla, şirkətin qeydiyyat ünvanı “Modern Group of Companies” MMC şirkətləri qrupunun (“Modern Hospital”, “Mineral Sular MMC”, “Great Motors”, “Alyans Tekstil” və s. iri şirkətləri birləşdirir) ünvanı ilə eyni idi: Əhməd Rəcəbli, ev 19. Mediada belə fikir tirajlanırdı ki, “ANS TV-nin şinelindən çıxmış Mirşahin Ağayevin direktor təyin olunduğu bu telekanal “Modern Group of Companies” MMC şirkətləri qrupunun çatısı altındadır”. Dolayısı ilə telekanalın birbaşa maliyyə mənbəyinin “Modern Group of Companies” MMC olacağı bildirilirdi. Bu MMC-nin açıq və gizli sahibləri arasında SOCAR-ın menecmentində təmsil olunan şəxslərin də adının çəkildiyini nəzərə alanda deyilənlərə inanmaq olardı. Çünki SOCAR həqiqətən həm ənənəvi, həm də onlayn medianı açıq və dolayı yollarla maliyyə axınları ilə təmin edən “monstr təsisat” (“SOCAR Media” İctimai Birliyi) rolunu oynayır.

İndi isə məlum olub ki, efirə çıxdığı gündən siyasi hakimiyyətin ruporlarından birinə çevrilən “Real TV” tamam başqa bir holdinqin himayəsindədir.

MTRŞ-nın uğursuz müsabiqəsi

İctimai-siyasi mövzularda çıxışları cəmiyyətdə birmənalı qarşılanmayan telejurnalist M. Ağayev iki il ərzində kanalın sahibliyi ilə bağlı publik açıqlama vermirdi. Şayiələrin yayıldığı vaxtdan bəri Modern Şirkətlər Qrupu da çoxsaylı şirkətləri arasında “Real Təhlil və İnformasiya Mərkəzi” MMC-nin olduğunu nə təkzib, nə də təsdiq edirdi. Yalnız bir neçə ildən sonra telekanalın hüquqi ünvanın “texniki səhv” ucbatından “Ə.Rəcəbli, 19” kimi göstərildiyini öyrənə bildik və bir müddət sonra ünvan rəsmi olaraq başqa yerə – Əhməd Rəcəbli-2, 21 nömrəli evə dəyişdirildi.

“Real TV”-nin faktiki sahibinin kimliyi isə bir vaxtlar ANS ÇM radiostansiyasının istifadə etdiyi 102 MHz tezliyinin müsabiqəyə çıxarılması sayəsində bəlli oldu. Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası (MTRŞ) 2019-cu ilin noyabr ayında Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumrespublika radio kanalını açmaqdan ötrü müsabiqə elan etdi. İddiaçılar arasında efirə “Real FM” kimi hazırlaşan “Real Təhlil və İnformasiya Mərkəzi” MMC də vardı. Müsabiqəyə Seyfulla və Vahid Mustafayev qardaşlarının qatılması faktiki olaraq onu eks-ANS-çilərarası rəqabətə çevirdi. Nəticədə MTRŞ bir bəhanə ilə rediotezliyi müsabiqədən çıxardı. Bütün bunların nəticəsində “Real TV”-nin kimə məxsus olduğu aşkara çıxdı.

MTRŞ bu informasiyanı təsisçi fiziki şəxslər barədə qanunvericiliyin tələbinə əməl edərək, iddiaçılara dair məlumatda yaymışdı. Amma informasiya nədənsə ictimaiyyətin gözündən yayındı. Yarım il bundan öncə dərc olunan məlumatda deyilirdi ki, “Real Təhlil və İnformasiya Mərkəzi” MMC-nin təsisçisi İman Nəsirulla oğlu Quliyevdir.

İman Quliyev kimdir?

İ.Quliyev 1960-cı il, noyabrın 5-də Naxçıvanda doğulub. Bakıda, Abbasqulu ağa Bakıxanov küçəsindəki mənzillərdən birində qeydiyyatdadır. Amma son illər Kiyevdə, Svyatoşinski rayonu, Sofiyevskaya Borşaqovka kəndində inşa etdirdiyi “Sofievskaya Sfera” Yaşayış Kompleksindəki mənzilində daha tez-tez görünür.

Biznes aləmində “Qozbel İman” kimi tanınan iş adamı Azərbaycanda və kənarda bir çox şirkətə sahiblik və rəhbərlik edir. İ.Quliyev bir müddət Azərbaycanın ən iri kommersiya banklarından olan “Xalq Bank” ASC-nin Müşahidə Şurasının üzvlərindən biri olaraq, onun fəaliyyətinə nəzarət edib. Bundan başqa “Nyu Sfera Şirkətlər Qrupu”nun sahibi və prezidentidir. Qrupun internet səhifəsində onun 1992-ci ildə yaradıldığı deyilir. Vergilər Nazirliyinin kommersiya hüquqi şəxslərin dövlət reyestrinə görə isə qrupun ön “köhnə” şirkəti (“Şahinlər” MMC) 1994-cü ildə təsis olunub.

İ.Quliyev Azərbaycanda “Nyu Sfera Şirkətlər Qrupu” MMC ilə yanaşı, “Nyu Sfera-Nəqliyyat” MMC, “Nyu Sfera-Turizm” MMC-yə şəxsən rəhbərlik edir. Qrupun özünə isə “Nyu Sfera İnşaat” MMC, “Nyu Sfera Art” MMC, “Nyu Sfera Ticarət” MMC, “Nyu Spera Ltd” MMC, “A.R. Kommersiya” MMC və “Şahinlər” MMC daxildir. Onun mülkiyyətində çoxmərtəbəli “Xalqlar Dostluğu” ticarət mərkəzi, Bakıda 3 şadlıq sarayı (“Romance Palace-1”, “Romance Palace-2″, “Şərq Saray”) və bir restoran da (“Yay” restoranı) var. İsmayıllı rayonundakı “Green House” turizm mərkəzi də İ.Quliyevin şirkətlərindən birinin mülküdür. Sumağallı kəndi yaxınlığında yerləşən bu istirahət və turizm mərkəzi 2 hektar ərazini tutur. 2005-ci ildə istifadəyə verilən kompleksdə 3 ədəd üçmərtəbəli kottec tipli ev, 6 ədəd birmərtəbəli taxta kottec, eləcə də 180 yerlik restoran, açıq hovuz, idman və əyləncə qurğuları var.

“Nyu Sfera Şirkətlər Qrupu” Bakının Suraxanı rayonu ərazisində 1050 mənzildən ibarət “Yeni Zığ Yaşayış Kompleksi” inşa etməkdədir. Layihəyə görə, yaşayış kompleksi 15 ədəd 10 mərtəbəli binadan ibarət olacaq. Kompleksin dörd binası artıq istifadəyə verilib.

2018-ci ildə İ.Quliyevin həm də “Politon” MMC-nin direktoru olduğu aşkarlanıb. 2009-cu ildə yaradılan bu şirkət vasitəsilə o, ölkənin ən iri metaləritmə və metal məmulatı istehsalı müəssisəsi olan “Baku Steel Company” MMC-nin (BSC) 50%-nə nəzarət edir. İldə 1 milyon ton qara metal ətirmək gücü olan BSC isə öz növbəsində aşağıdakı şirkətlərə sahibdir:

“Bakelektroqaynaq” ASC, səhmlərin 99%-i;

“Bakı Oksigen Kompani” ASC, səhmlərin 100%-i;

“Azərboru” ASC, səhmlərin 97%-i,

“Azərtəkrarqarametal” ASC, səhmlərin 96%-i,

“Baku Steel Construction” ASC, səhmlərin 80%-i.Bundan başqa, BSC Bakının “Xəzər-Boru” MMC-ni və “Bakelektroştamp” ASC-ni də nəzarətdə saxlayır.

İ.Quliyevin Ukrayna sərmayələri

İ.Quliyev son illər daha çox Ukraynaya sərmayə qoyur. 2013-cü ildə o, Sumı vilayətinin Şostka şəhərində sutkada 180 tonadək taxıl üyüdə bilən dəyirman tikdirib və istifadəyə verib. İ.Quliyevin bu ölkəyə ən iri sərmayəsi isə Kiyev yaxınlığında kommersiya məqsədilə inşa olunan “Sofievskaya Sfera” çoxmərtəbəli yaşayış kompleksinə qoyulub. Satın aldığı torpaq sahələri üzərində o, 1636 mənzildən, eləcə də çoxsaylı qeyri-yaşayış sahələrindən ibarət iri kompleks ucaldıb, bağça və məktəb tikdirib.

Hazırda İ.Quliyev 31 yaşlı oğlu, “Nyu Sfera” Şirkətlər Qrupunun vitse-prezidenti Araz Quliyevlə birgə Ukraynada daşınmaz əmlak, tikinti, ictimai iaşə, ticarət, silahlı mühafizə və s. sahələrdə fəaliyyət göstərən daha bir neçə şirkətə (“AN-Faber” MMC, “Fish Sphere” MMC, “GİA Sphere” MMC, “Brend Steyk” MMC, “Sphere Security” MMC) sahibdir. Onlar Ukraynada həm də aztəminatlı ailələrə maddi yardım göstərən “Blaqosfera” adlı xeyriyyə cəmiyyəti təsis ediblər.

Əvvəlki yazı

Elmira Axundovadan 28 May hörmətsizliyi – Foto

Sonrakı yazı

Maska və ara məsafəsinə görə cərimələr bilindi – 50 manatdan 400 manatadək

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.