Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Qol.az xəbər verir ki, ikinci oyun günündə 2 matç keçiriləcək. “Çelsi” evdə “Real”ı qəbul edəcək. “Bavariya” isə “Vilyarreal”ın qonağı olacaq.
Bu komandalar arasında cavab görüşləri isə aprelin 12-də keçiriləcək.
Qeyd edək ki, ötən gün oynanılan ilk 2 qarşılaşmada “Liverpul “Benfika”ya 3:1 hesabı ilə, “Mançester Siti” isə “Atletiko”ya 1:0 hesabı ilə qalib gəlib.
İlk oyunlar
6 aprel
23:00. “Çelsi” (İngiltərə) – “Real” (İspaniya)
Baş hakim: Klement Turpin (Fransa)
“Stemford Bridc” stadionu.
23:00. “Vilyarreal” (İspaniya) – “Bavariya” (Almaniya)
Baş Hakim: Entoni Teylor (İngiltərə)
“Estadio de la Keramika” stadionu.
5 aprel
“Mançester Siti” (İngiltərə) – “Atletiko” (İspaniya) – 1:0
“Benfika” (Portuqaliya) – “Liverpul” (İngiltərə) – 1:3