“Real” futbol üzrə İspaniya çempionatının 26-cı turunda “Espanyol”a məğlub olub.
Reportyor.info xəbər verir ki, Barselona şəhərinin “Kornelya-El Prat” stadionunda keçirilən görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu ikinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə Herar Moreno vurub.
Madrid komandası 2007-ci ildən bu yana ilk dəfə olaraq “Espanyol”a məğlub olub. Həmin vaxt Kataloniyanın paytaxtında baş tutan görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Real” (51 xal) turnir cədvəlində hazırda üçüncü, “Espanyol” (31) isə 13-cü yeri tutur.
İspaniya Primerosu. 26-cı tur
“Espanyol” – “Real Madrid” – 1:0
Qol: 1:0 – Moreno – 90+3