19-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

REAL – AXCP qovğası qızışdı: “Afrikada olsaydılar…”

24 Aprel 2020, 14:58
Siyasət, Manşet
A A
REAL – AXCP qovğası qızışdı: “Afrikada olsaydılar…”

REAL Partiyası ilə AXCP arasında yenidən virtual savaş başlayıb. Buna səbəb REAL-ın sədri İlqar Məmmədovun və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərovun aprelin 23-də Ali Məhkəmənin Plenumunda bəraət almalarıdır. Qərara əsasən, dövlət Məmmədova 234 min manat, Rəsul Cəfərova 57 min 400 manat mənəvi təzminat ödəməlidir.

Qərarın ardından sosial şəbəkələri əsasən AXCP-dən ibarət olan Milli Şura tərəfdarlarının ittihamları, iddiaları  bürüyüb. Xüsusilə, Ali Məhkəmənin bəraət qərarlarını REAL-ın hakimiyyətlə dialoq kimi dəyərləndirməsi cəbhəçilərin realçılara qarşı hücumlarını daha da artırıb.  REAL rəhbəri AXCP lideri Əli Kərimlinin internetinin blokadaya alındığı yönündə gəzən iddialara sərgilədiyi mövqe ilə sanki “odun üzərinə neft töküb”.

İ.Məmmədova yönəlik ən böyük ittiham onunla bağlıdır ki, hakimiyyətlə anlaşıb. MŞ tərəfdarları iddia edirlər ki, bu bəraət qərarları məhz bu anlaşmanın nəticəsidir. Hətta REAL rəhbərinin hazırda Milli Məclisdə boş qalan 4 deputat kürsüsündən birinə əyləşdiriləcəyi ilə bağlı da müdhiş iddialar irəli sürülür.

Doğrudur, bu qərarları iqtidarın rəqiblərinə qarşı siyasətində dəyişiklik etməsi ilə əlaqələndirənlər də var. İ.Məmmədovla Müsavatın hazırda həbsdə olan funksioneri Tofiq Yaqublu arasında müqayisə aparanlar isə çoxluq təşkil edirlər.

Buna səbəb 2013-cü ilin yanvarında hər iki şəxsin eyni vaxtda eyni maddələrlə həbs olunmasıdır. Amma bununla belə T.Yaqubluya nəinki bəraət verilmədiyi, əksinə, yenidən həbs olunduğu önə çəkilir, bunun fonunda REAL rəhbəri barəsində bəraət, yüksək məbləğdə təzminat qərarının çıxarıldğı xüsusi vurğulanır.

234 min təzminat cəbhəçilər tərəfindən daha çox ələ salınır. Hətta REAL sədrinin həbsdə yatdığı günlər bu məbləğə bölünür, bir gün həbsxanada olmağının nə qədər vəsaitə başa gəldiyi kimi statuslar yazılır. REAL düşərgəsi isə bu cür hücumların qarşısında geri çəkilmir, əksinə, bumeranq rolunu oynayan cavablar verir.

Belə cavablardan biri REAL-ın icraçı katibi Natiq Cəfərliyə məxsusdur. Onun öz facebook səhifəsində paylaşdığı statusu təqdim edirik: “Bu gün yenə cəmiyyətin bəzi üzvlərinin nə qədər bəsit təfəkkürlü olduğu üzə çıxdı. İlqar Məmmədov və Rəsul Cəfərov günahsız yerə, haqsız olaraq illərdir həbs yatdılar, siyasi fəaliyyətlərinə görə həbs edildilər. Onlar haqqında Avropa Məhkəməsinin və Avropa Şurası Nazirlər Komitəsinin qərarları var – hər ikisi barəsində konvensiyanın 18-ci maddəsinin pozuntusu təsbit edilib. İlqar Məmmədov və digər şəxslərlə bağlı Avropa Şurası Nazirlər Komitəsi ciddi bir prosedur başlatmışdı, nəticədə Azərbaycanın Avropa Şurasında üzvlüyü sual altına düşə bilərdi. Heç kəs, əsas da demokratik adlanan düşərgə məmləkətlərinin Avropa Şurasından çıxarılmasına, ya da fəaliyyətinin dondurulmasına xoş baxa bilməzdi – AŞ-da üzvlük Azərbaycanı sivil dünyaya bağlayan ən vacib xəttdir. Ona görə də, bu məsələnin ölkə hüquq çərçivəsində həlli Azərbaycanla Avropa Şurası arasında olan gərginliyi azaldacaq – bu isə çox yaxşı və vacib məsələdir.

Ali Məhkəmənin Plenumu ölkənin hüquq sistemi çərçivəsində gec də olsa, ədalətli qərar verdi, bu qərar çox əhəmiyyətli, hətta tarixi qərardır:

1) Günahsız insanlar bəraət aldılar,

2) Gözəl bir presedent yarandı ki, siyasi tutumlu işlər ölkənin daxili hüquq məkanında öz ədalətli həllini tapsın,

3) Bu qərar digər siyasi motovli həbs olunanlara da işıq tutan, yol açan qərar olacaq.

Bütün bunlara sevinmək əvəzinə bəzilərinin təənəli yazılarını gördüm, şükür ki, belələri azdır, amma bəzi məsələlərə aydınlıq gətirmək lazımdır:

1) İlqar 5,7 il, 67 ay (!!!) həbs həyatı yaşayıb, qışda soyuq, yayda cəhənnəm istisi olan baraklarda, kameralarda susuz, yeməksiz, internetsiz, TV-siz, məlumatsız, daim təzyiqlərlə üzbəüz yaşamaq uğrunda mübarizə aparıb – buna görə İlqara 234 min yox, hətta 2 mln 340 min də versələr az idi. İndi karantin rejimində evdə-eşikdə, TV-yə baxa, internetə girərək, istəyənda duş qəbul edib, istəyənda divanda uzanaraq qalmaqdan hamı bezib – bəs 67 ay o şəraitdə qalmağı təsəvvür edirsinizmi?

2) REAL həmişə hökumətlə açıq və normal dialoqun, təmasların tərəfdarı olub, ilk gündən bunu demişik, hökumət düşmən deyil, rəqibdir. Rəqibi isə seçkilərdə yenmək lazımdır, amma rəqiblə təmas da qurulmalıdır. Sadəcə bəzi qaranlıq keçmişi olanlar hökumətlə daim gizli-qapalı danışıq aparıb, onlardan çantalarda nəğd pul alıb deyə, onlara açıq siyasi danışıqlar və məhkəmə qərarı ilə ayrılmış halal pul qəribə gəlir. Həmin adamların başında duranlar indi də bu hakimiyyətdən aldığı mənzillərdə yaşayırlar,

3) Bir çoxları Tofiq bəy məsələsini haqlı olaraaq qaldırır – bəli, Tofiq Yaqublu İsmayıllı hadisələrində də, indi də haqsız yerə şərlənib həbs edilib, Tofiq bəy dərhal azad edilməlidir! Amma İsmayıllı hadisələri ilə bağlı Tofiq bəyin Avropa Məhkəməsinə göndərdiyi iş ayrı iş idi (prosedura görə ayrı-ayrı göndərilməli idi), İlqarın işi daha tez göndərildi, vəkillər daha keyfiyyətli iş ortalığa qoydular. İlqarın özü bütün yazışmaları ingilis dilində zindandan aparmağa başladı və nəticədə İlqar və Rəsulla bağlı iş daha tez baxılaraq qərara bağlandı. Amma dediyim kimi, bu gün daxili hüquq çərçivəsində verilmiş qərar hamı üçün, o cümlədən, Tofiq bəy üçün yolaçan və presedent qərardır.

Yaxşı, bəs bu qədər vacib və önəmli qərarla bağlı söz atanlara nə deyəsən indi?! REAL olaraq özümüz bəyanat yazmışıq ki, hökumətlə dialoq vacibdir, danışmaq lazımdır – bəzi fikri olub beyni olmayanlar ağıllı poza alıb, “gördüz, REAL hökumətlə danışır”, yazırlar. A bala, özümüz deyirik də bunu, danışıqlar da vacibdir ki, ölkə sivilləşsin, iqtidar-müxalifət münasibətləri düşmənçilik paradiqmasından çıxsın – bəyəm pisdir bu?! Düşmənçilik olsun?! Bəyəm cəmiyyət olaraq belə güclüyük ki, iqtidarla danışmadan camaata istinad edək?! Seçkiyə də, mitinqə də gəlməyən toplum üçün fərqli çıxış yolları haqqında düşünmək lazımdır, ölkə çox böyük böhran və çağırışlarla üzbəüz qalıb, Dünyada yeni düzən yaranır, bəziləri isə hələ də 88-ci ildə qalıblar. Olmur e belə, olmur ay qardaş, olmur ay bacı, qarayaxmalardansa bir az zaman tanıyın, görün bu işləri necə aparılacaq və bunun vətənə-millətə xeyri nə olacaq. Yəni, olmazmı belə yanaşasınız?!

Nətər adamlar var ala…”.

Bu statusun altında çoxlu sayda rəylər yazılıb və həmin rəylərin demək olar ki, hər biri ciddi iddialar, ittihamlardan ibarətdir.

N.Cəfərli musavat.com-a danışarkən fikirlərinə bu cür davam etdi: “Nelson Mandela 27 il türmədə yatdı. Çıxandan sonra hakimiyyətlə danışıqlar masasına oturdu və danışıqlar nəticəsində Cənubi Afrika Respublikasında yumşaq və sivil keçid baş verdi. Ümumiyyətlə, hakimiyyətlə, hökumətlə danışıqlar heç yerdə satqınlıq simvolu deyil. Bunu vaxtı ilə hakimiyyətlə danışıqlar aparanlar kompleksə çevirirlər. Cənubi Afrika Respublikasında AXCP-çilər olsaydılar, deyərdilər ki, Nelson Mandela satılıb”.

Əvvəlki yazı

Eldar Əzizov səməniyə 26 min xərclədi

Sonrakı yazı

Son 24 saatda ölkədə neçə nəfər koronavirusa yoluxub? (RƏSMİ)

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.