04-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rauf Arifoğlu: “Rusiyanın bu bölgədə qalmasının artıq mənası yoxdur”

17 Aprel 2024, 12:21
Gündəm
A A
Rauf Arifoğlu: “Rusiyanın bu bölgədə qalmasının artıq mənası yoxdur”

“Azərbaycan tərəfi bunu Rusiyanı qıcıqlandıracaq səviyyədə etməməyə çalışırdı. Gerçəkdən bu, Azərbaycanın böyük qələbəsidir. Bölgədən, Qarabağdan, dünyanın gözünün olduğu mübahisəli məkandan Rusiya qoşunlarının çıxarılması sadə bir proses deyil”.

Reportyor.info  xəbər verir ki, bu fikirləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu “TV Müsavat”ın efirind’ deyib.

O əlavə edib ki, bu, mərhələli bir prosesdir: “Bundan əvvəl xeyli müddət danışıqlar gedib, razılaşmalar əldə olunub. İndi isə onun görüntülü tərəfləri ortaya çıxmaqdadır. Bu da ondan ibarətdir ki, Rusiya kontingenti artıq Kəlbəcər kimi mühüm strateji və xristian dünyası üçün son dərəcə mənəvi olan Xudavəng postunu tərk edib. Burada artıq heç bir problem olmadan Azərbaycan polisləri xidmət həyata keçirirlər. O cümlədən, Xocalıda cəmlənmiş, Xocalı aeroportunu da tam olaraq öz istifadəsində saxlamış Rusiya kontingenti artıq oranı da tərk etməyə başlayıb. Proses artıq başlayıb. Narahatlığa heç bir əsas yoxdur. Biz bunu media qurumu olaraq ən mötəbər mənbələrdən dəqiqləşdirməsək yaymazdıq. İndi hansı mərhələdə Rusiya Müdafiə Nazirliyi və  Azərbaycan Dövləti tərəfindən rəsmən elan olunacaq, bu, dövlətlərarası anlaşmanın və münasib zamanı gözləməyin nəticəsində baş verəcək. Amma media quruluşlarının işi prosesi, məlumatı zamanında, rəsmi xəbərlərdən daha öncə ictimaiyyətə çatdırmaqdır ki, biz də bunu həyata keçiririk. Burada önəmli tərəflərdən biri odur ki, Rusiya sülhməramlıları bölgədən çıxmaq istəmirdilər. Azərbaycandan özləri üçün xüsusi sülhməramlı qanunu belə tələb edirdilər və istəyirdilər ki, Azərbaycan parlamenti onların buradakı varlığını təsdiqləsin, qanuniləşdirsin. Bu, mümkün olmadı. Azərbaycan dövləti buna müqavimət göstərdi və danışıqlar nəticəsində biz bugünkü nəticəyə gəlmişik.

İkincisi, sülhməramlıların orada qalması erməni əhalisinin nə zamansa Rusiya dövləti vasitəsilə “rus sülhməramı” adı altında fəaliyyət göstərən rus əsgərinin süngüsü vasitəsilə qayıda bilərdi. Ehtimallar var idi, biz də bu barədə dəfələrlə danışmışdıq. Hətta Rusiya Xarici İşlər nazirinin birinci müavini Qalozinin, Rusiyanın Ermənistandakı səfiri Kopirkinin bu məsələlərlə bağlı iki dəfə açıqlamaları oldu ki, ancaq Rusiya erməniləri Qarabağ ərazisinə qaytara bilər. Ermənilərə rüşvət təklif edirdilər ki, Rusiya yönünüzü davam etdirin. Rusiya ilə münasibətləri normallaşdırın, öz başınızdakı qərbyönümlü hakimiyyəti kənara atın. Bu zaman Rusiya Qarabağdan köçmüş, qaçmış erməniləri geri qaytara bilər. Artıq bu mexanizm də yoxdur. Bu layihədən də Rusiya imtina etmiş durumdadır”.

Rauf Arifoğlu onu da qeyd etdi ki, Rusiyanın bu bölgədə qalmasının artıq mənası yoxdur: “Rusiya yükdən başqa bir nəsnə deyil. Hazırda Ukrayna cəbhəsində əsgərə ehtiyacı olan Rusiyanın Qarabağda heç bir əsas olmadan Azərbaycanın bir köşəsində böyük hərbi kontingent saxlaması da hərbi nöqteyi-nəzərdən ağılsızlıqdır. Bu proses ən yaxın günlərdə bitəcək. Azərbaycan növbəti parlament seçkilərinə ərazisində heç bir yabançı əsgər olmadan gedəcək. Azərbaycan öz suveren haqlarını Qarabağ ərazisində tam və birmənalı şəkildə təmin etmiş olacaq”.

Əvvəlki yazı

62 yaşlı Nailə İslamzadə heyran etdi – Foto

Sonrakı yazı

“Lora Dent” klinikası məhkəməyə verilib

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09
Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

03 Sentyabr 2025, 16:07
“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

03 Sentyabr 2025, 16:05
17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

03 Sentyabr 2025, 16:00
Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

03 Sentyabr 2025, 15:57
Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

03 Sentyabr 2025, 15:55
Qaxda yanğın — VİDEO

Qaxda yanğın — VİDEO

03 Sentyabr 2025, 13:41
Azərbaycanda müğənni narkotikə görə həbs edildi

Azərbaycanda müğənni narkotikə görə həbs edildi

03 Sentyabr 2025, 13:04
Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

03 Sentyabr 2025, 13:02
“Telegram” üzərindən yeni dələduzluq halları müşahidə olunur

“Telegram” üzərindən yeni dələduzluq halları müşahidə olunur

03 Sentyabr 2025, 13:01
Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

03 Sentyabr 2025, 12:43
İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

03 Sentyabr 2025, 12:32
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

03 Sentyabr 2025, 12:30
Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.