13-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rauf Arifoğlu: “O məmurlarla radikal müxalifətin bağlantısı var”

25 Oktyabr 2019, 16:03
Gündəm, Seçmə
A A
Rauf Arifoğlu: “O məmurlarla radikal müxalifətin bağlantısı var”

 

“Prezident ölkəni yeni bir mərhələyə, daha müasir bir ölkə, daha çevik bir idarəetmə, daha gənc kadrların öhdəsində olan dövlət modelinə keçirir”.

Bu sözləri 24 oktyabrda Real TV-yə müsahibəsində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib. R.Arifoğlu bu müsahibəsində prezident İlham Əliyevin son günlər kadr islahatları ilə bağlı atdığı addımları şərh edib.

Musavat.com sözügedən müsahibənin qəzet versiyasını oxuculara təqdim edir.

“Prezident Azərbaycanı yeniləyir”, deyən R.Arifoğlu müsahibəsinin girişində dövlət başçısının son addımlarını bu cür özətləyib. O, Prezidentin son çıxışlarına dayanaraq, bildirib ki, İham Əliyev  Azərbaycanın “postneft” mərhələsinə daxil olduğunu elan edib və hazırda bu mərhələ üçün hazırladığı yeni strategiya ilə hərəkət edir. “Yeni Müsavat” Media Qrupunun rəhbəri hesab edir ki, ictimaiyyətin xəbər vasitələrində gördüyü fraqmentlər İlham Əliyevin hazırladığı strategiyanın mühüm, çox önəmli parçalarıdır: “Prezident dövlət idarəçiliyini daha yeni, daha gənc və daha modern kadrların öhdəsinə verir. Azərbaycanın idarəedilməsinə yeni model gətirilir. Eyni zamanda Prezident kriteriyalarını da bəyan edib: xarici təsirlərdən uzaq, vətənpərvər, yeni dövrün tələblərinə cavab verə biləcək kadrlarla işləyəcək. Bu dəyişim incə, həssas, həm də tamamilə yeni bir taktika ilə həyata keçirilir. Mən və media qrupumuzdakı ekspertlər o fikirdəyik ki, hakimiyyətdə bu qədər genişmiqyaslı və ardıcıl dəyişikliklərin hazırlanmasına kifayət qədər zaman ayrılıb. Yəni indi az qala hər gün izlədiyimiz struktur və kadr dəyişiklikləri spontan hərəkətlər deyil, tətbiq zamanı da xüsusi olaraq seçilmiş bir prosesdir. Bizim qəti qənaətimizcə, İlham Əliyevin kadr dəyişikliyində seçdiyi incə taktika dövlət idarəçiliyində öyrəniləcək, hətta kitablara salınacaq təcrübədir. Ona görə ki, iqtidardakı ən köklü “ağacları” əhatə edən radikal kadr dəyişikliyi kimsəni incitmədən əməyi keçənlərin, xidmət göstərənlərin (hətta bəzən islahatlara mane olanların) qiymətini və dövlət mükafatlarını verərək, tətbiq edilir. Digər bir fraqmentdə isə biz həmin prosesin davamını seyr edirik, irəliyə çəkilən, rəhbərliyə gətirilən kadrları görürük. O kadrlarla Prezidentin təmaslarını izləyirik. Prezident həmin şəxslərin timsalında Azərbaycanımıza, bizim hər birimizə mesaj verir, xitab edir. Hər kəs o mesajlardan özünə aid olan həm vəzifələri, həm qənaətləri çıxarır”.

R.Arifoğlunun fikrincə, İqtisadiyyat Nazirliyinin başına gətirilən Mikayıl Cabbarovla prezidentin görüşü hər kəs üçün ciddi bir məlumat qaynağıdır. O, hesab edir ki, burada verilən mesajlar eyni zamanda Azərbaycanın gələcəyinin şəkilləndirilməsi, yenilənməsi istiqamətində hansı addımların atılacağının göstəricisidir. “Ən önəmlisi də, xalq gördü ki, islahatların davam edəcəyinə dair ali iradə ortadadır. Prezident açıq bəyan etdi ki, hər hansı bir faktor bu iradəyə, bu kursa təsir etməyəcək. Bu cür dialoq-mesajlar sayəsində ictimaiyyət anlayır ki, Prezident hər şeyi hesablayıb və bu dəyişikliklərin strategiyasını öncədən hazırlayıb.

Burada önəmli həm də odur ki, məlumatların ildırım sürətilə yayıldığı indiki zamanda bu informasiyalar nyu-media vasitələrinə, sosial şəbəkələrə düşməyib, ötürülməyib. Görünür, iqtidarda olan və planlaşdırılan dəyişimlərin əhatəsinə düşəcək vəzifəli məmurların çoxu bu cür strateji məlumatlara yaxın buraxılmayıb. Bu da Prezident planının önəmini, ciddiyyətini göstərən və eyni zamanda onlara qarşı müqavimət təşkil olunmasını önləyən bir faktordur. Bu məsələdə də gözümüzün önündə yeni bir praktika ilə üz-üzəyik. 18 oktyabrda Prezidentin yanında keçirilən müşavirədə müəyyən dəyişikliklərin anonsu verilmişdi. İlham Əliyevin mediaya manşet olan məşhur çıxışından hər kəs anlamışdı ki, yaxın zamanlarda Azərbaycanı nələrsə gözləyir. Lakin bu qədərini kimsə gözləmirdi. Prezident o çıxışında yenilənmənin həm kriteriyalarını, həm də strategiyasını bəyan etmişdi: iqtidar komandasının gəncləşəcəyi, modernləşəcəyi, yeni dövrün, yeni çağın tələblərinə uyğun kadrların irəli çəkiləcəyi, həmin tələblərə cavab verməyəcək kadrların isə yola salınacağı açıq şəkildə bəyan olundu. Prezident ilk dəfə orda göstərdi ki, iqtidarın daxilində bu islahatlara mane olan qüvvələr var.

“Yeni Müsavat”ın baş redaktorunun sözlərinə görə, prezidentin qərar və addımlarına toplu halda baxanda, onun nə istədiyi və Azərbaycanı hara apardığı bəlli olur: “İlham Əliyevin Azərbaycanın bugününə və gələcəyinə baxışı nədir? Bu suala cavab tapmaq üçün Prezidentin Azərbaycana gətirdiyi ASAN Xidmət modelinə, DOST Agentliyi konsepsiyasına baxmaq yetərlidir. O, Azərbaycanın gələcəyini bu platformalarda modelləşdirdi və indi həmin modelin miqyasını böyüdür. Yəni, vətəndaş məmnuniyyətinə hesablanmış siyasət, şəffaflıq, yeni texnologiyaların tətbiqi ilə xalqa sosial xidmətin təşkili iqtidarın bütün sferalarına gətirilir. İlham Əliyev neft ölkəsini, neft iqtisadiyyatlı dövləti sosial dövlət modelinə keçirdir. Bu istiqamətdə artıq böyük islahatlar aparılıb və indi onlar dərinləşdirilir. Biz hamımız istəyirik ki, Azərbaycan yenilənsin, daha yaxşı və daha modern bir ölkə olsun. Bu baxımdan da bunu istəyən hər kəs Prezidentin  xəttinə dəstək verməlidir”.

R.Arifoğlu müsahibədə eyni zamanda müxalifətə də səslənib. O, vurğulayıb ki, Prezidentin “islahatlara iqtidar daxilindən də bəzi məmurların müqaviməti var” ifadəsinin ardınca, müxalifətin bəzi kəsiminin küçələrə çıxmasının eyni zamana təsadüf etməsi qəribədir: “Sanki o kəsimlə – müqavimət göstərən məmurlarla müxalifətin radikal kəsiminin bağlantısı var. Sanki iqtidar daxilindəki müqaviməti məhz onlar küçəyə daşıyırlar. Azərbaycanı və komandasını  yeniləmək istəyən bir Prezidentə ölkə və dünya miqyasında problem yaratmaq istəyirlər. 14 ildir küçəyə çıxmayan bir lider (AXCP sədri Əli Kərimli nəzərdə tutulur – red.) qəfil küçəyə çıxır. İndiyədək bu qədər aksiya olmuşdu, amma o adam küçələrə çıxmamışdı. Oktyabrın 19-da çıxdı, skandallar yaratdı, polisi toqquşmaya təhrik etdi… Ardınca da dünya miqyasında bir kampaniya başladıldı. Elə bil hazır durub, gözləyirdilər. Sanki iqtidarın öz içindən gizli müqavimət göstərən bir kəsim müxalifətin içindəki bir kəsimlə əlbir şəkildə Azərbaycanda islahatları dayandırmaq istəyir. Mən vətəndaşlarımızın bu məqamda ayıq-sayıq olmasını istəyirəm. Səmimi müxalifətçilərin, mənim dostlarımın ayıq-sayıq olmasını istəyirəm. Bizlərə hər kəsdən daha çox lazım olan, əslində hər kəsə lazım olan bu prosesə açıq gözlə baxsınlar, dəstək verməsələr də, əngəl olmasınlar”.

Əvvəlki yazı

32 yaşlı Elvinin meyiti quyudan çıxarıldı

Sonrakı yazı

İradə Gülməmmədova Mehdiabad sakinlərilə görüşdü

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.