02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rasim Məmmədov: “Ramiz Mehdiyevə həmişə atam kimi baxmışam, işdən sonra onu gəzdirmişəm…”

12 Sentyabr 2022, 16:46
Gündəm, Manşet
A A
Rasim Məmmədov: “Ramiz Mehdiyevə həmişə atam kimi baxmışam, işdən sonra onu gəzdirmişəm…”

“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən bugünkü iclasda Rasim Məmmədovun vəkilləri vəsatət qaldıraraq digər vəkil Elçin Sadıqovun ofisində axtarış aparılan zaman sənədlərin götürüldüyü bildirib, bu səbəbdən prosesin təxirə salınmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra təqsirləndirilən şəxs sərbəst ifadə verib.

Rasim Məmmədov bildirib ki, 2008-ci ildən “Baku Steel Company”-də işləməyə başlayıb. 2011-ci ildə isə 30 milyon manat ödəyərək şirkətin tək sahibi olub: “Əvvəl zavodun 25 faiz payı mənə, 75 faizi əcnəbilərə məxsus idi. 3-4 milyon gəlir həmin adamlar üçün maraqlı deyildi. Dedilər ki, “Balaxanı Oil” yatağına maraqları var, kömək edim, oranı alsınlar. Mən də kömək etdim. Sonradan “Baku Steel”dəki paylarını 30 milyon manata mənə satdılar. “Balaxanı Oil” məsələsinə görə o vaxt Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşüb, detalları razılaşdırdıq. Əvvəl 300 milyona razılaşdıq, sonra məbləği 350, daha sonra 400, ardınca da 450 milyona qaldırdılar. Hər dəfə qiymət artdığı üçün razılaşmada problemlər yaranıb”.

Bu yerdə prokuror təqsirləndirilən şəxsin ittiham olunduğu epizod üzrə danışmasını istəyib.

Rasim Məmmədov bildirib ki, “Baku Stell Company”-ni alanda pis vəziyyətdə olub: “Mən zavodu alanda o qədər pis vəziyyətdə idi ki, heç kimə lazım deyildi. Mənə heç kim pul ödəməyib, zavodu tək almışam. Deyirlər ki, zavodu talan eləmisən, əksinə mən oranı düzəltmişəm. Əvəz Zeynallı da ancaq mənim pis işlərimi işıqlandırıb. Deyir, türmədə mənə şərait yaradıblar. Hansı şərait? Mən iki ildir ana-atamı görmürəm”.

Rasim Məmmədov məhkəmədə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin də adını çəkib: “Mən Ramiz Mehdiyev və Bəylər Əyyubovu həmişə atam qədər istəmişəm. İşdən sonra Ramiz Mehdiyevi gəzdirmişəm, xəstə olub yanına getmişəm”.

Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını da cavablandırıb.

Prokuror ilk olaraq Rasim Məmmədovdan nəyə görə aldığı şirkətləri öz adına rəsmiləşdirmədiyini soruşub.

“Bu cür rahat olur”, – deyə Rasim Məmmədov cavab verib.

“Nəyə görə pis vəziyyətdə olan zavodu almaq qərarına gəldiniz” sualına isə təqsirləndirilən şəxs “oranın potensialına bələd idim” cavabını verib.

Rasim Məmmədov 13 milyon manat mənimsəmə ilə bağlı epizodu qəbul etməyib:

“Mən kassadan pul götürməmişəm, ümumiyyətlə, “Baku Steel Company” şirkətinin kassası olmayıb. Deyirlər ki, xəyanət etmisən… Kimə xəyanət etmişəm?”

Rasim Məmmədova “Baku Steel Company” şirkətində işləyənlərə qanunsuz göstərişlər verilməsi ilə bağlı dediklərinə dair də sual verilib. O, suala cavab vermək istəməyib.

Proses sentyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Əvvəlki yazı

Ordumuzun Qırmızı Bazar istiqamətində atəş açması yalandır – RƏSMİ

Sonrakı yazı

Sabah Əvəz Zeynallının apellyasiya şikayətinə baxılacaq

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.