“Bəzi aktyorlar bir az komediyanı başqa şeylərlə səhv salırlar” demişdim. Ad çəkməmişəm. Fərda, Müşviq də yaxşı uşaqlardı. Hiss olunur ki, istedadlıdırlar. Təəssüf ki, onlar üçün yaxşı ssenari yazan yoxdur”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev “Şən bazar” verilişində deyib. Aktyor müsahibə verərkən dediyi “Fərda, Elməddin, Müşviq meymunluğu sənətlə səhv salıblar” sözlərinə aydınlıq gətirib:
“Rasim Balayev bizim sənətkarımızdır. “Nəsimi”, “Babək”lə böyümüşük. Ağsaqqalımızın sözü qanundur. Yanlışlarımız var: bəzən çəkilişdə, senaridə, özümüzdə problem olur. Zamanla bunları düzəldəcəyik” deyə, verilişdə qonaq olan aktyor Elməddin Cəfərov münasibət bildirib.