10-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Raquf Orucovun xanımı sədr seçildi

30 Mart 2021, 17:47
Cəmiyyət
A A
Raquf Orucovun xanımı sədr seçildi

Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Komitə yanında İctimai Şuranın yeni tərkibdə üzvləri ilə görüşüb.

Reportyor.info xəbər verir ki, Komitə sədri DQİDK yanında İctimai Şuraya seçilmiş üzvləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin ölkəmizdə ictimai iştirakçılığa və ictimai nəzarətə xüsusi diqqət göstərməsini qeyd edərək dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda da vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi ilə bağlı qarşıya yeni vəzifələr qoyulduğunu bildirib. Mübariz Qurbanlı Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutunun vətəndaş cəmiyyətləri institutları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini vurğulayıb.

O, İctimai Şuranın əvvəlki tərkibi kimi, yeni tərkibinin də Azərbaycanın dövlət-din modelinin təşviqi, eləcə də ölkəmizin əldə etdiyi multikultural nailiyyətlərin, erməni vandalizminə məruz qalmış tarix, mədəniyyət və dini abidələr barədə faktların daha geniş şəkildə beynəlxalq ictimaiyyətə təbliği istiqamətində, eyni zamanda dindən sui-istifadə hallarına qarşı maarifləndirmə prosesində sıx əməkdaşlıq şəraitində uğurla fəaliyyət göstərəcəyinə, sözügedən istiqamətdə daim aktiv olacağına, rəy və təkliflərlə çıxış edəcəyinə əminliyini ifadə edib.

Daha sonra İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. İctimai Şuranın təşkilati məsələləri ilə bağlı rəy və təkliflər səsləndirilib. İctimai Şuraya üzvlər arasından səs çoxluğu ilə “Zəfər” şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə (şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı – red) sədr, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov sədr müavini, “Beynəlxalq Dialoq və İnkişaf Alyansı” İctimai Birliyinin sədri Nüşabə Məmmədova isə katib seçilib.

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni dövlət qurumları yanında İctimai Şuraların yaradılmasının önəminə toxunaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq istiqamətində atdığı addımları yüksək qiymətləndirib.

“Bizim nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri Nurəddin Mehdiyev və “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov Dövlət Komitəsi tərəfindən cəmiyyətin maarifləndirilməsi yönündə aparılan işlərin önəmini qeyd edərək İctimai Şuranın bu tədbirlərdə yaxından iştirak edəcəyini bildiriblər.

Sonda çıxış edən “Zəfər” şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə göstərilən etimada görə Şura üzvlərinə təşəkkürünü bildirərək İctimai Şuranın öz vəzifələrini uğurla yerinə yetirəcəyini, dini və mənəvi dəyərlərin təbliği və qorunub saxlanılmasına töhfə vermək əzmi ilə fəaliyyət göstərəcəyini vurğulayıb.

Raquf Orucovun xanımı sədr seçildi
Raquf Orucovun xanımı sədr seçildi
Əvvəlki yazı

Məhv edilən daha 78 erməni hərbçisinin adları məlum oldu

Sonrakı yazı

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.