24-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Ramiz Mehdiyevin orada oturmaq haqqı yoxdur” – Şeyx Əbdül

02 İyul 2020, 16:10
Siyasət
A A
“Ramiz Mehdiyevin orada oturmaq haqqı yoxdur” – Şeyx Əbdül

“Əbülfəs Qarayevin yoldaşı böyük Tofiq Kazımovun qızıdır. Azərbaycan teatr mədəniyyəti tarixinin böyük mərhələsinin övladıdır. Babası Azərbaycan klassik poeziyasının nəhənglərindən olan Səməd Mənsurdur. Bu tərəfdən Qara Qarayev, o tərəfdən Tofiq Kazımov və Səməd Mənsur.

İndi bunların uşaqları cinayətkar oldu?! Bu, nə dərəcədə ədalətlidir? Bu boyda cinayət edənləri aparıb oturdublar Azərbaycan Milli Elmlər Akademiyasında, bundan danışan yoxdur.

Əvəzində düşüblər Əbülfəs Qarayev və xanımının üzərinə. Bura Bakıdır, o adamlar da bakılıdır, Bakı ziyalılarıdır. Əbülfəs indiyə qədər kimə güllə atıb, kimin gözünü vurub çıxarıb ki?”.

Reportyor.info xəbər verir ki, bunu Azərbaycanın Xalq artisti, aktyor və rejissor Şeyx Əbdül Mahmudbəyov Azpolitika.info-ya müsahibəsində deyib.

AMEA prezidenti Ramiz Mehdiyevi hədəfə alan Ə. Mahmudbəyov bildirib ki, vaxtilə Mehdiyevin Şah İsmayıl əsəri haqqında danışan zaman onu az qala düşmən elan etmişdilər. “Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olmağa ixtiyarı yoxdur.

Çünki gərək əvvəl bütün baş verən hadisələrə, məsələlərə aydınlıq gətirilsin, bilinsin ki, kim-kimdir. Ondan sonra qərar verilsin. Bəyəm AMEA cərimə batalyonudur? Mən Ramiz Mehdiyevi tanımıram, salam-kəlamım da olmayıb. Əməllərini də hamı bilir. Bunları qoyduq bir kənara.

Mədəniyyət Nazirliyi Azərbaycanda ən zəif, imkansız, döyülüb-söyülən və üzr istəyirəm, dilənçi nazirlikdir. Baxın, klublar itin günündə, mədəniyyət evləri də o gündə. Kinoteatrlar da həmçinin. Şəhərin mərkəzində 2-3 kinoteatrı özəlləşdirdilər, çoxu oldu kafe-restoran. Şəhərin küçələri hamısı kafe, restoran, bardır, hırraxanadır. Xaricilər kef edir. Bunların hamısı varsa, onda eyibimizə kor olaq. Və heç olmasa, Qara Qarayevin, Səməd Mənsurun, Tofiq Kazımovun nəvələrinə sataşmayaq. Ən azı ona görə ki, sataşanda baxaq görək bizim buna mənəvi haqqımız çatırmı?

Əgər Ramiz Mehdiyev doğrudan da vətənpərvər, milli ruhlu insandırsa, özü vəziyyəti ölçüb-biçməlidir. O mənada ki, yaşının bu vaxtında, bu qədər adına sözlər, tənqidlər deyilir. Cənab Prezident özü də qeyd edib ki, zamanında ona səhv məlumatlar veriblər…

Təsəvvür edin ki, 83 yaşlı bir adam oturub AMEA-nın başında. Hansı ki, bu gün dünyanın taleyi məhz ideoloji mübarizədən keçir. Bu mübarizənin bir tərəfində media, digər tərəfində də elm durur. Deməli, AMEA-nın başında təmiz, milli ruhlu, vətənpərvər, əl-ayağı təmiz, adına heç bir söz deyilməyən adam durmalıdır. Və bütün elm aləmini səfərbər etməlidir. AMEA-nın nəzdində iyirmiyə qədər institut var. Ramiz Mehdiyev bu yaşında gedib onlarla bir-bir tanış ola, hansı institutun missiyasının nədən ibarət olmasıyla, ştatıyla maraqlana bilməz.

Mən onda Ramiz Mehdiyevi alqışlayar, deyərdim ki, bu kişinin ünvanına deyilənlər böhtandır, Ramiz müəllim çıxıb deyərdi ki, cənab Prezident, çox sağ olun, bacardığımı etmişəm, məni yola salın, gedib nəvələrimlə oynayım, təqaüd dövrümü yaşayım, elmi fəaliyyətimi davam etdirim. Baxın, bunlar heç bir halda heç nədən əl çəkmək istəmirlər. Hansı ki, AMEA strateji qurumdur. Bu mənada bir az vətəndaş, ağsaqqal olmaq, vətən və xalq haqqında düşünmək lazımdır. Prezident humanist adamdır. Yaxşı, Prezident öz mədəniyyətini göstərdi, sən də göstər də, Ramiz müəllim! Bəyəm sən bilmirsən ki, AMEA starteji yerdir?

Bütün bunları nəzərə alaraq, belə düşünürəm ki, “hamı yaxşıdır, Əbülfəs Qarayev pisdir” yanaşması doğru deyil”.

Əvvəlki yazı

Məşhur aktyor sevgilisini döydü, telefonunu əlindən aldı – Foto

Sonrakı yazı

Rus mediası Ruhani ilə məzələndi – Tikanlı qeydlər

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.