08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ramiz Mehdiyevin dələduzluq işində – Sensasion faktlar

23 Fevral 2021, 13:58
Seçmə
A A
Ramiz Mehdiyevin dələduzluq işində – Sensasion faktlar

Külli miqdarda dələduzluq, hədə-qorxu ilə tələbetmə kimi əməllərdə suçlanan Cavad Şeydayev deyir ki, özü cinayətin qurbanı olub. Nəticədə gəlib dəmir barmaqlıqlar arxasına düşüb. İddia edir ki, əsas səbəbkar da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin yaxın adamı olduğunu iddia edən Əziz Quliyevdir. Hərçənd, Quliyev bu cinayət işində zərərçəkmiş qismində tanınıb.

Cinayət işinin materiallarında yazılıb ki, Şeydayev onun etibarından sui-istifadə edərək aldadıb, 919 min manatını qaytarmayıb. Təqsirləndirilən şəxs isə iddia edir ki, əksinə, adıçəkilən şəxsin ona bu qədər borcu qalıb. Amma şəxsi əlaqələrindən istifadə edib, işin onun əleyhinə çevrilməsinə nail olub.

Bu cinayət işində Quliyevdən başqa da zərərçəkmiş qismində tanınanlar var. Təqsirləndirilən şəxs isə bildirir ki, 919 min manat Quliyevdə qaldığına görə başqalarına olan borcunu ödəyə bilməyib, nəticədə ağır duruma düşüb.

39-yaşlı Şeydayev Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. O, məhkəmədə ifadəsində bildirib ki, uzun müddət bizneslə məşğul olub, Sumqayıtda klinikası vardı, dayısı da oranın direktoru idi. 2013-cü ildə Türkiyədə biznesində ziyana düşmüşdü, bu üzdən borcları yaranmışdı, ödənilməli böyük məbləğdə krediti vardı. Ona görə də klinikanı satmaq qərarına gəlib, qiymətini də 5 milyon manat müəyyənləşdirib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin ərəfədə Əziz Quliyev gəlib, o dövrdə Prezident Administrasiyasına rəhbərlik edən Mehdiyevin klinikanı alacağını söyləyib: “Ramiz Mehdiyevə “ağsaqqal” deyirdi. Bildirmişdi ki, klinikanın satışıyla bağlı işlər ağsaqqalın köməkçisi Anar vasitəsilə həll olunur. 5 milyon desəm də, 4 milyon 200 min manata razılaşıblar. Düzü, Əziz demişdi ki, klinikanı özü işlədəcək, Ramiz Mehdiyevin sayəsində o da pul qazanacaq”.

 

 

Şeydayev deyir ki, klinikaya görə ilkin olaraq ona 150 min manat ödənilib. Qalan pulun böyük bir hissəsi də “Azəriqazbank”dan götürülüb. Banka da Quliyevlə birlikdə gediblər.

Orada bankın rəhbəri, o vaxt deputat olan Çingiz Əsədullayevlə görüşüblər: “Banka gələndə Əziz məlumat verdi ki, Ramiz Mehdiyevin köməkçisi Anar müəllimin dediyi adamlardır. Çingiz Əsədullayevlə görüşdən sonra pul məsələsi həll olundu. Bankdan götürüb mənə ödədi. Qaldı 919 min manat, onu sonra ödəmədi. Tələb edəndə məni hədələməyə başladı. Dedi ki, söz-söhbət ağsaqqala çatsa, sənin üçün yaxşı olmayacaq…”.

Təqsirləndirilən şəxs bildirib ki, özü Mehdiyevlə əlaqə yaradıb, problemi çatdırmağın yollarını axtarmağa başlayıb. Prezident Administrasiyasının idarə rəisi ilə görüşsə də, bu cəhdi nəticə verməyib.

Daha sonra Mehdiyevin kürəkəni, o zaman deputat olan İlham Əliyevlə əlaqə yarada bilib: “İlham Əliyevlə görüşdük, Əziz Quliyev də orada idi. Məni dinləyəndən sonra Əzizə dedi ki, “bizim adımızdan istifadə edirsən?”. Bu biri tərəfdən də məni günahkar çıxardı ki, niyə Ramiz Mehdiyevin adını çəkmişəm? Çünki o vaxt mən pulumu ala bilməyəndə hüquq-mühafizə orqanlarına şikayət etmişdim, necə var, hər şeyi olduğu kimi bildirmişdim”.

 

 

Bir neçə il öncə yerli media orqanlarında da Şeydayevin Quliyevdən 919 min manata görə Səbail rayon Polis İdarəsinə şikayət etməsi haqda məlumat yayılmışdı.

Mehdiyevin kürəkəni ilə görüşün də nəticə vermədiyini vurğulayan Şeydayev iddia edir ki, şikayətlərindən sonra onu iş yerindən tutub Milli Təhlükəsizlik Nazirliyinə aparıblar. Bir gün orada saxlayıblar, döyüblər: “2014-cü ildə ofisimdə oturduğum vaxt MTN işçiləri başıma torba keçirib apardılar. Dedilər ki, Eldar Mahmudovun əmisi oğlu Vüqarın tapşırığıdır. Nə qədər döydülər… Tələb elədilər ki, Əzizdə pulum olmadığını, onu şantaj etdiyimi yazım. Məcbur qalıb yazdım. Beləliklə, o oldu zərərçəkmiş, mən oldum cinayətkar…”.

Şeydayev ifadəsində bunları danışanda zərərçəkmiş Quliyev və nümayəndəsi heç bir fikir bildirməyib. Amma onlar məhkəmə zalında jurnalistlərin iştirakına qadağa qoyulmasını istəyib. Səbəbi də belə izah edib ki, prosesdə mötəbər şəxslərin adları hallandırılır.

Növbəti məhkəmə iclasında zərərçəkmişlər dindiriləcək.

Şeydayev CM-in 178 (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələbetmə) maddələri ilə ittiham olunur. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. İşdə zərərçəkmiş sayılan Quliyev Əziz Göyüş oğlu Bakıda Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “İstanbul” klinikasının da sahibi olub.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu, nazirlikdə onun köməkçisi olmuş Vüqar Mahmudov mənimsəmə, hakimiyyətdən sui-istifadə və digər ittihamlar üzrə təqsirli bilinsə də, ona həmin maddələr üzrə tutulmuş cəzanın ən aşağı həddindən də yüngül cəza verilib – 2 il həbs kəsilib. Sonradan həbsdən buraxılıb.

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olundu. Sonradan onlar məhkəmə qarşısına çıxarılaraq müxtəlif həbs cəzalarına məhkum edildilər, bir qismi isə bir müddət sonra azadlığa buraxıldı. (azadliq.org)

Əvvəlki yazı

Bakıya qar yağacaq, çovğun olacaq

Sonrakı yazı

FHN-nin zabitinə cinayət işi açıldı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.