11-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ramiz Mehdiyev Qarabağ döyüşləri ilə bağlı niyə susur? – Müəmmalı susqunluğa REAKSİYALAR

01 Oktyabr 2020, 14:50
Gündəm
A A
Ramiz Mehdiyev Qarabağ döyüşləri ilə bağlı niyə susur? – Müəmmalı susqunluğa REAKSİYALAR

“Qısqanclıqdan və belə vəziyyətin onları qane etməməsindən irəli gəlir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatları ilə bağlı ictimai-siyasi sektor təmsilçilərinin birmənalı olaraq Ordumuzun yanında olduğunu ifadə etmələrinə rəğmən, Prezident Adminstrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin müəmmalı susqunluğuna münasibət bildirərkən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib:

“Azərbaycan Ordusu başlanılan hərbi əməliyyatlarda bir sıra uğurlara imza atıb. Bəlkə də Ramiz Mehdiyev və onun tərəfdarları bu uğurlarımızı gözləmirdilər. Hansı ki, bu uğurlar Ali Baş Komandan olaraq Prezident İlham Əliyevlə bağlıdır. Ona görə bəlkə də bu mənada belə vəziyyət onları qane etməyib. Qısqanclıq var”.

“Bu günə qədər Azərbaycan torpaqlarının işğalda qalmasının bir nömrəli günahkarı məhz Ramiz Mehdiyevdir”

Bunu isə sayta açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib:

“Ramiz Mehdiyev heç zaman imkan verməyib ki, Azərbaycanın birinci şəxsi torpaqlarımızın azad edilməsində ortaya qəti mövqe qoysun. Mehdiyev heç zaman istəməyib ki, onun dayısı, xalası uşaqlarına zərər dəysin. Onun vəzifədən uzaqlaşdırılmasından sonra Azərbaycanda bir sıra sahələrdə irəliləyişlər əldə olundu. Bu irəliləyişlərin nəticəsi olaraq da torpaqlarımız işğalçı erməni terrorçularından azad edilir. Buna görə də Ramiz Mehdiyev kimiləri yas saxlayır”.

“Azərbaycan xalqının onun hansısa bir sözünə ehtiyacı yoxdur”.

Bu sözlər isəADP sədri Sərdar Cəlaloğluna aiddir: “Burada “5-ci kolonun üzvləri var ki, dildə Ordumuzun qələbələrini dəstəkləsə də, ürəklərində qan ağlayırlar. Bəziləri də açıq şəkildə mövqe ifadə etmir.

 

Ramiz Mehdiyev uzun illər Qarabağın azad edilməsi yolunda dayanan ən ciddi əngəllərdən biri idi. İndi durub nə deyəcək ki? Həm də durub nəsə desə də belə, Azərbaycan xalqının onun hansısa sözünə ehtiyacı yoxdur.Bu baxımdan kompleksə düşüblər. O heç illər uzunu Qarabağla bağlı bir kəlmə söz danışmayıb. Onlar ağalarının yanında pis olmamaq üçün susur. Düşünür və ümid edirlər ki, bəlkə də Qarabağ ətrafında vəziyyət əvvəlki hala qayıtdı və onlar yenidən bildiklərini etməyə başlayacaqlar”.

“Bu məsələyə hər bir məmurun ayrı-ayrılıqda fikir bildirməsinə ehtiyac yoxdur”

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev isə bu qənaətdədir:

 

“Ramiz Mehdiyevin susması iə bağlı mən niyə fikir bildirməliyəm ki? Ramiz Mehdiyev iqtidar partiyasının nümayəndəsidir, Təhlükəsizlik Şurasının üzvüdür. O hakimiyyətin yüksək rütbəli məmurlarından biridir. Fikrimcə, sözügedən məsələyə hər bir məmurun ayrı-ayrılıqda fikir bildirməsinə də ehtiyac yoxdur. Mehdiyev Prezident İlham Əliyev nə qərar verirsə, onu təsdiqləməlidir. Ona qarşı bir fikir bildirirsə, onda bununla bağlı nəsə deyə bilərəm”.

Əvvəlki yazı

Ermənistan Gorusdan Azərbaycan ərazisini raket atəşinə tutdu

Sonrakı yazı

Füzuli-Cəbrayıl istiqamətində ağır döyüşlər gedir

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.