10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ramiz Mehdiyev müxalifətlə ittifaqa gedir? – Açıqlama

27 Avqust 2020, 09:32
Siyasət
A A
Ramiz Mehdiyev müxalifətlə ittifaqa gedir? – Açıqlama

Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev növbəti bəyanatla çıxış edib. Bəyanatın ruhu təhdid xarakterlidir. R.Mehdiyev bəyanatına konkret adlar da daxil edib. Bu adlar onun “qara siyahısı” hesab oluna bilər. Çünki o, adlarını yazdığı millət vəkillərini, KİV rəhbərlərini və partiya sədrlərini açıq şəkildə hədələyib.

Ramiz Mehdiyev bəyanatında “həqiqi müxalifətə” isə tərif deyib: “Bu qarayaxma kampaniyası göstərdi ki, həqiqi müxalifətin bir siması olduğu halda, özünü iqtidara loyal göstərən bəzi millət vəkillərinin, keçmiş məmurların, jurnalistlərin lazım gəldikdə bir neçə siması ola bilirmiş”. Bununla faktiki olaraq, onlarla işbirliyinə gedə biləcəyinə də işarə etmiş olub.

O, həmçinin Rusiya ilə dolayısı ilə hamını təhdid edib. Bu, şantajdımı, yoxsa arxasında gerçəklik varmı? Ömrü boyu siyasi müxalifətə qarşı olan bir keçmiş məmur nədən belə indi müxalifətin xeyrinə danışsın? Onun müxalifətin hansısa cinahı ilə işbirliyinin baş tutması mümkünmü?

AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, Mehdiyev 84 yaşında olan ahıl adamdır. Onun hər hansı siyasi perspektivindən, müxalifətdaxili səfərbərlik aparmasından danışmaq qeyri-ciddi olar: “Ona görə də Ramiz Mehdiyevin müxalifətlə yaxınlaşmasını əsassız hesab edirəm. Ramiz Mehdiyevin Rusiya ilə bağlı dediklərini də ciddiyə almaq lazım deyil”.

Ramiz Mehdiyevin “qara siyahı”ya saldığı müxalifət də var. Onlardan AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, əslində  Ramiz  Mehdiyevin onları məhkəmə ilə təhdid  etməsi onların əsl  müxalifət  olaraq  doğru  yolda  olduqlarının isbatıdır: “Əksinə, bu  gün Mehdiyev kimi birisi  bizi  tərifləsəydi,  biz  özümüzdən  və  fəaliyyətimizdən  şübhə duymalı idik. Demək  ki, dediklərimiz  tam  hədəfə  dəyib  ki, kinli  akademik  əlimizdən   bu qədər  qəzəblənib. Bizim  Allahdan başqa kimsədən  çəkindiyimiz və qorxduğumuz  yoxdur. Biz  zamanında  gəncliyimizin  ən  gözəl  illərini  Mehdiyevin  saxta  məhkəmə  qərarları ilə zatən  zindanlarda  keçirmiş siyasilərdənik. Bizlər Ramiz  Mehdiyevin  ən  güclü  olduğu  dönəmlərdə belə ona  sözümüzü  ən açıq  formada  demişik  və  bunun  cavabını  ağır  repressiyalara  məruz  qalaraq  vermişik. İndi  bu qəddar qoca  bizi  nəylə  qorxuda  bilər ki? Əslində  biz  gözəl  bilirik  ki, xalqdan  taladığı  milyardlar  hesabına   Mehdiyevin  xidmətində   əli silahlı  qanunsuz  dəstələr də  var  və istəsə,  bizə  qarşı  onlardan da  istifadə  edər. Necə zamanında  müxtəlif  siyasilərə  və  iş adamlarına  qarşı  bu metoddan  istifadə  edir. Mən anlamıram,  necə  ola  bilər  ki,  5-6  ay  öncəyə  qədər  dövlətə və  dövlətçiliyə  xəyanətdə  ittiham  etdiyi,  məhv  etməyə  çalışdığı  müxalifətə  bu  gün  təriflər  desin?  Məncə, burada xalqın   araşdırmalı   və nəticə  çıxarmalı  olduğu  kifayət  qədər  məqamlar  var. Mehdiyev açıq şəkildə müxalifətə  keçər,  ya yox,  onu  deyə  bilmərəm. Çünki onun  belə  qərarlar  vermək  səlahiyyətinin  olduğunu  düşünmürəm, haradansa tapşırıq  gəlsə,  bəlkə  də,  keçər.  Müxalifətdən  kimlərinsə  ona   qucaq  açmasına  gəldikdə  isə,  deməliyəm  ki,  özünə müxalifət  deyən  kimsə  Mehdiyev  kimi  birisi ilə  eyni  sırada  dayana  bilməz. Əgər  bir  sırada  dayanarsa,   demək  ki, o  heç müxalifət  olmayıb. Ancaq bir tərəfdən də  düşünürəm   ki, dünənə qədər  Avropaya  kürü  daşıyanlar,  müxalifət əleyhinə  Avropada  fəaliyyət  göstərənlər, ölkənin  bu günə düşməsində birbaşa  iştirak etmiş  ekslər  bu  gün  kimlərin tərəfindənsə  müxalifət  liderləri  kimi cəmiyyətə  sırınırlarsa ,  onlar  R.Mehdiyevi  niyə də qəbul  etməsinlər?  Hər  halda  hər  varianta  hazır  olmaq   lazımdır. Məni  artıq  Azərbaycan  siyasətində  təəccübləndirəcək  hansısa  hadisənin  olması  mümkün  deyil”.

Əvvəlki yazı

Sabiqlər islahatçılara qarşı – Deputatdan şok

Sonrakı yazı

Lənkəranda bu yol yenidən qurulur – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.