08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ramiz Mehdiyev indi də alimlərin arxasında… – İttiham

17 Sentyabr 2020, 10:07
Gündəm
A A
Ramiz Mehdiyev indi də alimlərin arxasında… – İttiham

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toy qalmaqalı səngiyən ərəfədə özləri tərəfindən yenidən gündəmə gətirilib.

Reportyor.info bildirir ki, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidinin Akademiyanın saytında yayımlanan yeni məqaləsində “akademik toy” yenidən gündəmə gətirilib və Ramiz Mehdiyev yazıda birbaşa müdafiə olunub.

Yazıda diqqətçəkən məqamlardan biri də Solmaz Rüstəmova-Tohidinin Ramiz Mehdiyevi tənqid edənlərə qarşı ittihamıdır:“Hücumçular” sanki unudurlar ki, akademik Ramiz Mehdiyev bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir, on mindən artıq əməkdaşı olan ali elmi müəssisəsinin rəhbəridir və onun ünvanına deyilən təhqir və təhdidlər istər-istəməz akademiyanın hər bir əməkdaşında xoşagəlməz hislər oyadır.

Bütün bu olaylarda yeganə sakitləşdirici hal əsl alimlərin (elmi dərəcəsi olan deputatlar və digərləri nəzərdə tutulmur) bu “toy əhvalatının” doğurduğu miskin tamaşada iştirak etməməsidir. Mümkündür ki, Akademiya kollektivinin bu ümumi sükutu içində kimlərsə müşahidəçi mövqe tutaraq bu işlərin nə ilə bitəcəyini gözləyir.

Amma mən əminəm ki, Elmlər Akademiyasının çoxsaylı kollektivi Ramiz Mehdiyevlə bağlı bu kampaniyanın gedişində respublikada yeganə ali fundamental akademik elm ocağının da ən natəmiz niyyətlərlə haqsız tənqid və əsassız ittihamlara məruz qalmasından olduqca narahatdır”.

Göründüyü kimi, yazıda yenidən akademikin son davranşlarına etiraz edənlər təhdid olunub.

Ümumiyyətlə, hadisələrin səngidiyi, toyun unudulmağa getdiyi bir dönəmdə bu yazı nəyə xidmət edir? Ramiz Mehdiyev indi də “qalaqurma” edir? Yəni Ramiz Mehdiyev yeni müdafiəçilərini danışdırmağa başlayır, özünün tək olmadığını, bütövlükdə AMEA-nın onu müdafiə etdiyini göstərmək istəyir?

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Cebhe.info-ya açıqlamasında deyib ki, bu şəxslərin arxasında Ramiz Mehdiyev dayanır:

“Mən şəxsən onu tanımıram. Ola bilsin ki, xidmətləri var, amma adı mənə tanış deyil. Tarixçi olsaydı, yəqin ki, bilərdim. Görünən odur ki, o, indiyə qədər peşəkar imzası ilə tanınır. Azərbaycanın taleyüklü məsələləri ilə bağlı alim, ziyalı kimi sözünü demədiyinə görə imzası tanınmır. Yaxşı olardı ki, bu fəallığını Azərbaycan dövlətinin, xalqının taleyüklü məsələlərində də göstərərdi, yazı yazıb, imza qoyardı.

Ən azı, işğal olunmuş torpaqlarımızın azad olunması ilə bağlı uzun illərdən bəri Azərbaycan xalqının həm də informasiya məkanında aparmış olduğu mücadilədə öz sözünü desəydi, imzası tanına bilərdi. Bu gün əgər bu fikirləri ifadə edibsə, bu, onun şəxsi, subyektiv mövqeyidir. Özünü təmiz çıxarıb başqasına çirkab yaxmaq heç də ziyalıya üstünlük, hörmət gətirən keyfiyyət deyil. Məsələ bundadır ki, Azərbaycan demokratik ölkədir, söz, mətbuat azadlığı var. Hər kəsin fikrini azad şəkildə ifadə etmək hüququ var.

Bu baxımdan, Ramiz Mehdiyevin ətrafında gedən qalmaqallı toy söhbətindən sonra müxtəlif rəylər, fikirlər səsləndirildi. Onların içərisində bu xanımın dediyi kimi, çirkaba bulaşmış, o məqsədə xidmət edən insanları görmədim. O cür insanları da tanımıram. Tam əminəm ki, belə insanlar da yoxdur. Onların içərisində millət vəkilləri, tanınmış jurnalistlər, ən müxtəlif sahələrdə fəaliyyət göstərən, cəmiyyətdə kifayət qədər nüfuzu olan söz sahibləri, ictimai xadimlər, yazarlar, alimlər var idi. Nə oldu, Solmaz xanım təmiz oldu, bunların hamısı natəmiz oldu?

Bu cür yanaşmanın özü ziyalıya yaraşan kefiyyət deyil. Ona görə də daha dərinə getmədən, dediklərimi təkrar etmədən demək istəyirəm ki, Ramiz Mehdiyev indi də bu cür akademiklərin, alimlərin arxasında dayanaraq yenə də özünün kin-küdurətini cəmiyyətə təqdim etməkdədir. Hər halda arzuolunan hal deyil.

Artıq deyilən deyilib, hər kəs özü üçün nəticə çıxarmalıdır. Özünə, keçmişinə ciddi şəkildə baxıb, onu götür-qoy etməlidir. Elə etməlidir ki, bundan sonra həyatını bu cür tənqidlərlə, iradlarla yaşamasın. Artıq ən müxtəlif səpkili məlumat gedir, şərhlər verilir. Hətta ciddi materiallar sosial şəbəkələrə qoyulur”.

F.Ağamalı bildirib ki, deyilən fikirlərin Akademiyaya qarşı olduğu nəticəsini çıxarmaq doğru deyil:

“Qətiyyən belə deyil. Mən özüm də dəfələrlə fikrimi söyləyərkən demişəm ki, AMEA Azərbaycan elminin məbədidir, bura uzun illər boyu Azərbaycan elminə xidmət edib, elmə nəhəng şəxslər bəxş edib. Çox təəssüf ki, indi o ənənə qırılıb, yoxdur.

Bu baxımdan, deyilən o iradları da qəbul etmirəm. Bir nəfərin üzərinə gedən tənqidi fikirləri ümumiləşdirib AMEA-nın, orada çalışan ziyalıların adına ünvanlamağın özü də tamamilə haqsız və ədalətsiz yanaşmadır”.

Əvvəlki yazı

Zahid Orucun sensasion yazısına – Reaksiyalar

Sonrakı yazı

Nazir polis polkovniklərinin yerini dəyişdi

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.