10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Rahat” MTK Xırdalanda rahatlığı pozub: bir tikintinin qanunsuzluqları

10 Avqust 2021, 21:56
Cəmiyyət
A A
“Rahat” MTK Xırdalanda rahatlığı pozub: bir tikintinin qanunsuzluqları

Xırdalan şəhər, M.Ə.Rəsulzadə küçəsi 1260-cı keçiddə inşa olunan 12 mərtəbəli binanın sakinləri tikinti işlərini həyata keçirən “Rahat” MTK-nın təsisçilərindən, onların qanunsuz əməllərindən şikayətçidirlər. 

Binanın inşası başlanandan rahatlıqlarını itirən sakinlərin AzFakt.com-a göndərdiyi məktubda illərdir heç kimin onların şikayətinə baxmadığını, əvəzində şirkətin təsisçilərinin müdafiə olunduğunu bildirirlər. “Rahat” MTK-nın təsisçisi  və hal hazırda rus kilsəsi ilə üzbəüz yeni binanın inşası ilə məşğul olan Rasim Həsənov illərdir ki, bina sakinlərinin həyatının təhlükə qarşısında olduğuna biganəlik göstərir.

Şikayətçilər bildirir ki, Xırdalan şəhər M.Ə.Rəsulzadə küçəsi 1260-cı keçiddə 2007-ci ildən inşasına başlanan bir mərtəbəsi qeyri-yaşayış, 11 mərtəbəsi yaşayış sahəsi, bir mərtəbəsi isə zirzəmidən ibarət olan 12 mərtəbəli, 5 girişli, 1 korpusdan ibarət  241 mənzilli yaşayış binasını inşa edən “Rahat” MTK 14 ildir ki, hələ də binanı tam təhvil vermir. Binanın 5 girişinin heç birində indiyə qədər yük liftləri quraşdırılmayıb. Amma buna baxmayaraq binanın inşası zamanı layihədən kifayət qədər kənara çıxılıb, özbaşınalıqlara yol verilib.

AzFakt.com-a  daxil olan şikayətdə bildirilir ki,binanın çardaq hissəsinin 96 kvadrat metr sahəsi Elnur adlı şəxsə satılıb. Ümumiyyətlə çardaq hissəsi mənzil inşası üçün nəzərdə tutulmayıb. Həmin hissədə qanunsuz tikilən mənzil isə hər an təhlükə mənbəyidir. Heç bir yanqın əleyhinə təhlükəsizlik tədbiri görülməyib. Allah eləməmiş, hər hansı hadisə baş verərsə bütün bina təhlükə qarşısındadır. Dəfələrlə FHN qaynar xəttinə məlumat verilsə də heç bir tədbir görülməyib. FHN əməkdaşları sadəcə gəlib binaya baxmaqla kifayətləniblər.

Bununla kifayətlənməyən tikinti şirkətinin rəhbərləri binanın zirzəmiyə pilləkən üçün nəzərdə tutulan hissəsinə də “əl gəzdiriblər”. Şikayətçilər bildirir ki, “Rahat” MTK-nın sədri Ələddin Məmmədhəsənov həmin hissəni Zamin adlı şəxsə 20 min manata satıb.

İllərdir ki, yaşadıqları mənzillərə çıxarış ala bilməyən sakinlər bunun ümumiyyətlə mümkün olmadığını bildirirlər. Onlar binanın tikintisi zamanı yol verilən layihədən kənara çıxmalara, həmçinin binanın həyətində qanunsuz, heç bir sənədi olmayan su basseyni, ofis, transformator binasına görə binanın özəlləşdirməyə verilməsinin mümkünsüz olduğunu bildirirlər.

Binanın tikintisi zamanı yol verilən qanunsuzluqlara hal hazırda rüşvət və korrupsiya ittihamı ilə həbsdə yatan Abşeron rayon İh-nin sabiq memarı Akif Əliyevin “xeyir-dua” verdiyini bildirən şikayətçilər bunun əvəzində ona binanın qeyri-yaşayış hissəsindən 58 kvadrat metr hissənin peşkəş edildiyini söyləyirlər.. Həmin sahənin hazırkı bazar qiyməti 110 min manat təşkil edir.

Şikayətçilər tikinti şirkəti təsisçilərinin daha bir dövləti cinayətini qeyd edirlər. “ Binanın ümumi yaşayış hissəsinə görə vergi idarəsinin mütəxəsislərini aldadaraq yaşayış sahəsini bilərəkdən az göstəriblər. Bu isə 100 min manatlarla vəsaitin dövlətdən gizlədilməsi deməkdir. Bunlar vergidən yayınmaqla dövlətə xəyanət ediblər və mütəşəkkil dəstə halında dövlətə külli miqdarda ziyan vurublar. Bütün bunlar isə Cinayət Məcəlləsinin 213, 213.2.1 , 213.2.2 maddələrinin kobud surətdə pozulmasıdır..”

“Rahat” MTK-nın rahatlığını əlindən aldığı sakinlər illərdir ki, bu təhlükələrlə üz-üzə qalıblar. Şirkətin təsisçiləri olan Rasim Həsənov, Ramiz Hümbətov, Nəsib Niftyəliyev, İlham Hümbətov, Rumiyyə Mustafayeva və MTK-nın sədri Ələddin Məmmədhəsənov isə yüzlərlə sakinin həyatını təhlükə qarşısında qoymaqdan sanki zövq alırmış kimi əməllərini davam etdirirlər. Tikinti şirkətlərinin özbaşınalıqlarının nəticəsində yaşanan faciələrlə bağlı onlarla misal çəkmək olar. Görəsən o hansı səbəblərdir ki, “Rahat” MTK-nı bu qədər rahatlıqla qanunsuzluqlara sövq edir, insan həyatlarını heçə sayır? Sabah baş verə biləcək faciələrə görə kim məsuliyyət daşıyacaq?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Əvvəlki yazı

Bu məhsullar bahalaşdı – SİYAHI

Sonrakı yazı

“Yenigundem.az “ın yaradılmasından 4 il ötür

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.