14-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rafael Mehrəliyevin ailə biznesi haqda yeni məlumatlar yayıldı

27 Fevral 2018, 15:04
Manşet
A A
Rafael Mehrəliyevin ailə biznesi haqda yeni məlumatlar yayıldı

Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyevlə bağlı yeni sayıla biləcək məlumatlar yayılıb. AFN xəbər verir ki, bu haqda 365info.az saytında dərc olunan yazıda olduqca ciddi ittihamlar yer alıb. BŞİH-lə bağlı mövzular son günlər gündəm təşkil etdiyindən və yazıda əksini tapan məlumatların marağını nəzərə alıb həmin materialı qısa ixtisarla dərc edirik.
Yazıda bildirilir ki, Rafael Mehrəliyevin yeznəsi Eldar Şirinovun bir neçə tikinti şirkəti var. Hansı ki, həmin şirkətlər keçən ilədək Bakı şəhər İH-in tenderlərinin qalibləri olublar. Əsas tikinti tenderləri Suraxanı rayonunda həyata keçərək məktəb və uşaq bağçalarının layihələri olub. Sayt daha sonra yazır: “Bu il Rafael Mehrəliyevin göstərişi ilə Eldar Şirinova tender verilməyib. Çünki E.Şirinov Rafael Mehrəliyevin ailə biznesinin oyun qaydalarını pozub.
Hətta “Baksovet”dəkilərin dili ilə desək, Rafael Mehrəliyev yeznəsi E.Şirinovu cərimə meydançasına çəkib və bu metodla ona cəza növü seçib.
Bu il onun əvəzinə Suraxanı rayonunun tikinti tenderlərinin qalibləri Bakı şəhər İH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin şöbə rəisi Vidadi Əliyevə yaxın olan şirkətlər olub.
Axı niyə E.Şirinov Rafael Mehrəliyev tərəfindən cərimə meydançasına çəkilsin?
365info saytına daxil olan məlumata görə, Eldar Şirinov “yaxın adamına” Sabunçu qəsəbəsində villa tikdirdiyi üçün Rafael Mehrəliyevin qəzəbinə tuş qəlib. Məlumata görə, Rafael Mehrəliyev Bakı şəhər İH-in Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri vəzifəsinə keçəndə, E.Şirinov bir məclisdə deyib ki, Rafael Mehrəliyevin bu vəzifə üçün səriştəsi çox azdır. Hətta Eldar Şirinovun bu sözünə görə, Rafael Mehrəliyev yeznəsi ilə bir neçə müddət küsülü qalıb.
İndi də E.Şirinov öz “yaxın adamı” üçün tikdiyi villanı Rafael Mehrəliyev görəndən sonra qəzəbini saxlaya bilməyərək E.Şirinovu cəzalandırıb. Ancaq bu cəza növünə baxmayaraq, E.Şirinov Bakı şəhər İH-in tenderlərindən qazandığı milyonlara Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr, Çobanzadə küçəsində yerləşən “Tuqay” adlı restoranı 2,5 milyon manata alaraq, 2.5 milyon manat da təmirinə pul xərcləyib, restoranın adını dəyəşərək “Favorit” qoyub. “Favorit” restoranı E.Şirinovun yaxın dostu Samir adlı şəxs tərəfindən işlədilir.
Bu obyektdən başqa, Balaxanıda Rafael Mehrəliyevə məxsus olan asfalt zavodunun içində E.Şirinovun “tol”, “emusya”, boya və səki daşları istehsal edən sexi var. Asfalt zavoduna Rafael Mehrəliyevin kiçik yeznəsi Xəlil rəhbərlik edir.
Əldə etdiyimiz məlumata görə, hətta E.Şirinovun Günəşli qəsəbəsində mebel fabriki də var. Bir sözlə, Bakı şəhər İH-in tenderləri üçün bu şəxslərin hər bir ləvazimatı hazırdır. Bundan başqa, Rafael Mehrəliyevin digər yeznəsi olan Mübariz də Dərnəgüldə yerləşən Bakı şəhər İH-nin “Qış” qarajının müdiridir.
Bakı şəhərində küçələrə asfalt çəkilişinə Rafael Mehrəliyevin əmisi oğlu Xəqani və qaynı Azər rəhbərlik edirlər. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov həbs olunandan sonra ölkə mətbuatı Vidadi Zeynalovun Rafael Mehrəliyevin dayısı olduğundan çox yazıb.
Ancaq 365info saytı bu şəxslərin qohumluq əlaqələrinə də aydınlıq gətirib. Belə ki, Rafael Mehrəliyevin qardaşı, Naftalan RPŞ-nin keçmiş rəisi Mübariz Mehrəliyev Vidadi Zeynalovun bacısı qızının həyat yoldaşıdır. Mübariz Mehrəliyevin qaynı Yaşar Bakı şəhər İH MKTD-nin 3 saylı xüsusi təyinatlı MKTB-nin rəisi vəzifəsində işləyib. Vidadi Zeynalovun həbsindən üç gün sonra Yaşar Rafael Mehrəliyevin əmri ilə işdən azad olunub. Vidadi Zeynlovun Vahid adlı qardaşı MTN-in Tədris Mərkəzinin rəis əvəzi vəzifəsində işləyib. Vahid Zeynalovun həyatda ən böyük arzusu MTN-in Tədris Mərkəzinin rəisi vəzifəsinə təsdiqlənərək general-mayor rütbəsi almaq olub. Ancaq onun da bu arzusu bəziləri kimi ürəyində qalıb.
365info saytına daxil olan məlumatda bildirilir ki, Vahid Zeynalovun öz yaxın ətrafına dediyinə görə, onu yuxarıya çağırıb deyiblər ki, güya o Amerika yönümlü şəxs olduğu üçün rəis vəzifəsinə təsdiq ola bilməyəcək. Hətta Vidadi Zeynalovun həbsindən sonra Vahid Zeynalov MTN-dən xaric olunub.
Bu yazıda adları çəkilən hər bir şəxsin fikrini dərc etməyə hazırıq.
Araşdırmamız davam edir”.
Mənbə-365.info

Əvvəlki yazı

Əli Həsənov: “Ermənistan hər gün atəşkəsi pozur, bu da hər an müharibəyə çevrilə bilər”

Sonrakı yazı

“Bravo” müştəriləri belə ALDADIR: Eyni mala görə iki dəfə ödəniş – FOTOFAKT

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.