Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Cəmiyyət

Rafael Hüseynovun dönərxanası, şarf dükanı və… – Deputatdan faktlar

2022-02-17
in Cəmiyyət, SEÇMƏ
A A
0
Rafael Hüseynovun dönərxanası, şarf dükanı və… – Deputatdan faktlar
0
SHARES
375
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

 

“AMEA-da Mahmud Kərimovun prezidentliyi dönəmində “Nizami muzeyi”nin direktoru, Ramiz Mehdiyevin “sevimlisi” Rafael Hüseynov binanın birinci mərtəbəsini bazara döndərmişdi. Türkiyənin ünlü alimləri yox, bərbərləri Rafaelin adını tutub Bakıya gəlir, muzeyin birinci mərtəbəsində od qiymətinə yer kirayələyir, 50 manata saç kəsirdilər”. Reportyor.info bildirir ki, bu sözləri jurnalist Aygün Muradxanlı qeyd edib. Onun sözlərinə görə, “Yves Rocher” mağazası dönərxanaya, şərf dükanı təsbeh dükanına qarışmışdı. Sitat: “Rəfael Hüseynov bu qədər mağazanı uzun illər birinci mərtəbədə yerləşən “Azərkitab”ın yerini qarış-qarış daraltmaqla açırdı. İş o yerə gəlmişdi ki, kitab mağazası 25-30 kv metrə sıxışdırılmış, müdir Vüqar Zeynalov bir küncdən taxta pilləkan düzəldib bodrum qatına qalxmış, 7-8 kv metrlik pəncərəsiz bir “otağa” yerləşməyə məcbur olmuşdu”.

Jurnalist haşiyəyə çıxaraq vurğulayır ki, V. Zeynalov hazırda Səbayel rayon icra başçısıdır: ” Elə o damdakı kabinetdən ölkənin ən gözdə rayonunun başçılığına gedən yol da bizim “birgə mübarizəmizdən” başladı. Hərdən görürəm Nizami küçəsində… 6-7 nəfərlə gəzir, gözü də ayağının altını görmür. Sözüm onda yox…
O zaman “Turan” İA-da işləyirdim. Vüqar indi deputat qoyulan bir nəfər vasitəsilə Mehman Əliyevdən xahiş etmişdi ki, Rəfael Hüseynovun Ədəbiyyat Muzeyini bazara döndərməsindən yazaq. Mehman bəy işi mənə tapşırdı. Vəziyyət gerçəkdən bərbad, həm də göz qabağında idi – xüsusi araşdırmaya gərək qalmırdı. Ancaq muzeyə ayrılan büdcə və xərclərlə bağlı faktları mənə ötürmüşdülər… Təkcə birini deyim – Rafael Hüseynov 14 ayda binanın parket döşəməsini 3 dəfə dəyişdirmişdi. Başdan-başa… Təsəvvür edirsiz? O boyda binanın parketini… Hər kəs bilir ki, parket tikinti materialları içərisində ən bahalılarından, həm də ən gec korlananlarındandır. Ən iti dişli siçovul belə bunu bacarmadı. Sonra büdcədən çırpışdırdıqlarını Ramiz əmisinə ötürüb əvəzində mandat aldı. Mandat alana qədər dil boğaza qoymayan, səhnələrdən, efirlərdən düşməyən Hüseynov birdən-birə oldu tikinti “uzmanı”. Vaxt onu belə “ucaltdı”. Sözüm onda da deyil…”

A. Muradxanlı deyir ki, o zaman ölkənin bütün ciddi çap mediası Turanın abunəçisi idi – eyni gündə bütün bu faktların sadalandığı yazı bəlkə, 10 qəzetdə çıxdı:” Neçəsi manşetdən vermişdi. Aləm dəymişdi. Mövzu gündəmdən düşmürdü. Rəfael də o başdan nələrsə döşəyirdi… Amma nə fayda? Yazdıqları birinci mərtəbədəki dönərxanaların tüstüsündə görünməz olurdu. Növbəti yazıda qərara gəldik ki, AMEA prezidentinin də münasibətini öyrənməliyik. Getdim Rəyasət Heyətinə. 1-2 dəfə rəhmətlik Mahmud müəllimi yerində tapmadım. Bir gün saat 12.50-də ordan keçirdim, fikirləşdim ki, burdadırsa, 10 dəqiqəyə çıxıb nahara gedəcək. Düz 13.05-də gördüm akademik binadan çıxdı. Yaxınlaşdım, özümü təqdim elədim, dedim, burdan da görünən Nizami muzeyinin birinci mərtəbəsində nələr baş verdiyindən xəbərdarsınızmı, kitabı sıxışdırıb yerini əl-üz kreminə, dönərə, pərdəyə, şarfa veriblər? Dedi, qalxaq kabinetdə danışaq. O möhtəşəm binanın üçüncü mərtəbəsinə qalxdıq.

AMEA prezidentinin kabinetini ilk dəfə onda gördüm. Mirəsədulla Mirqasımovun, Yusif Məmmədəliyevin iş otağını… Bakının ən möhtəşəm tarixi abidələrindən birinin baş salonunun təkrarsız aurası var. Bundan sonra sağlam adama qismət olsun.

Mahmud Kərimov hər şeyi detallı danışdı. Bəlli oldu ki, Rafael Hüseynov bu işləri onunla məsləhətləşmədən edir, ad çəkmədən anlatdı ki, onun Rafaeli müdafiə edən adama gücü çatmır… Çox pərt idi. Dedi, o tərəfə baxanda xəcalət çəkirəm, amma bir şansımız var – Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı ora dəvət etmək. Rəhmətlik onu da xahiş etdi ki, həm bu, həm də başqa kitab dükanları məsələsini gündəmdə saxlayaq.

Heç 1 həftə keçmədi Mehriban xanım mağazaya baş çəkdi. Düz 1 ay sonra bütün ticarət obyektləri ordan çıxarıldı, yanılmıramsa, 300 kv metr “Azərkitab”a ayrıldı. Vüqar Zeynalov xoşbəxt idi. Sonra onu başqa vəzifələrə irəli çəkdilər. Bakı İH Mədəniyyət İdarəsi, Nizami kinoteatrı ona tapşırıldı, sonda Səbayelə “başçı” təyin edildi. Kitab hərənin həyatında bir cür rol oynayır”.

ShareTweetSendSendShareScan
Bizim Video
Previous Post

Luqanskda uşaq bağçası vurulub – Müharibə başlayır…

Next Post

Təmas xəttində atışma: Kremldən dərhal açıqlama

Next Post
Təmas xəttində atışma: Kremldən dərhal açıqlama

Təmas xəttində atışma: Kremldən dərhal açıqlama

Bakıda qadın narkotacir saxlanıldı – VİDEO

Bakıda qadın narkotacir saxlanıldı - VİDEO

8 rus hərbçi həlak oldu

8 rus hərbçi həlak oldu

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

Xırdalanda “Jest dilində vətən və vətənpərvərlik mövzusu” layihəsinin yekun tədbiri keçirilib

Xırdalanda “Jest dilində vətən və vətənpərvərlik mövzusu” layihəsinin yekun tədbiri keçirilib

2022-05-21
Sabiq nazirin səhhəti pisləşdi, müalicə müəssisəsinə köçürüldü

Sabiq nazirin səhhəti pisləşdi, müalicə müəssisəsinə köçürüldü

2022-05-21
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

2022-05-21
Kəlbəcər istiqamətində atəşkəs yenidən pozuldu

Kəlbəcər istiqamətində atəşkəs yenidən pozuldu

2022-05-21
Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi

Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi

2022-05-21
Bakı Nəqliyyat Agentliyi Prezidentin açdığı mərkəzi şirniyyat dükanına çevirir

Bakı Nəqliyyat Agentliyi Prezidentin açdığı mərkəzi şirniyyat dükanına çevirir

2022-05-21
Azərbaycana may ayında qar yağdı – FOTO/VİDEO

Azərbaycana may ayında qar yağdı – FOTO/VİDEO

2022-05-21
Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

2022-05-21
Daha 12 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Daha 12 nəfər koronavirusa yoluxub, ölən olmayıb

2022-05-20
Abşeronda Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin xatirəsinə həsr edilmiş mini futbol turniri keçirilib

Abşeronda Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin xatirəsinə həsr edilmiş mini futbol turniri keçirilib

2022-05-20
Prezident Gündüz Kərimovu sədr təyin etdi – SƏRƏNCAM

Prezident Gündüz Kərimovu sədr təyin etdi – SƏRƏNCAM

2022-05-20
Azərbaycan artıq donor ölkəsinə çevrilib

Azərbaycan artıq donor ölkəsinə çevrilib

2022-05-20
Fuad Muradov və Diaspor Komitəsi tənqid atəşinə tutuldu

Fuad Muradov və Diaspor Komitəsi tənqid atəşinə tutuldu

2022-05-20
Milli Müdafiə Universiteti yaradıldı – RƏSMİ

Milli Müdafiə Universiteti yaradıldı – RƏSMİ

2022-05-20
“Meymun çiçəyi” virusu epidemiyaya çecvrilə bilər

“Meymun çiçəyi” virusu epidemiyaya çecvrilə bilər

2022-05-20
Paşinyan erməniləri qonşularla sülhə ÇAĞIRDI

Paşinyan erməniləri qonşularla sülhə ÇAĞIRDI

2022-05-20
Mətbuat Şurası Qadir İbrahimli ilə bağlı nekroloq yaydı

Mətbuat Şurası Qadir İbrahimli ilə bağlı nekroloq yaydı

2022-05-20
DTX-dən ƏMƏLİYYAT: “Azəri Camaatı”nın üzvü həbs olundu

DTX-dən ƏMƏLİYYAT: “Azəri Camaatı”nın üzvü həbs olundu

2022-05-20
Ruslar rəisi girov götürdü, işçiləri ayağa qalxdı

Ruslar rəisi girov götürdü, işçiləri ayağa qalxdı

2022-05-20
Ukrayna Belarusla sərhəddə beton bloklar tikir

Ukrayna Belarusla sərhəddə beton bloklar tikir

2022-05-20

Seçmə

  • Bütün
  • SEÇMƏ
Kəlbəcər istiqamətində atəşkəs yenidən pozuldu
Manşet

Kəlbəcər istiqamətində atəşkəs yenidən pozuldu

2022-05-21
Bakı Nəqliyyat Agentliyi Prezidentin açdığı mərkəzi şirniyyat dükanına çevirir
Cəmiyyət

Bakı Nəqliyyat Agentliyi Prezidentin açdığı mərkəzi şirniyyat dükanına çevirir

2022-05-21
Milli Müdafiə Universiteti yaradıldı – RƏSMİ
SEÇMƏ

Milli Müdafiə Universiteti yaradıldı – RƏSMİ

2022-05-20
Ruslar rəisi girov götürdü, işçiləri ayağa qalxdı
SEÇMƏ

Ruslar rəisi girov götürdü, işçiləri ayağa qalxdı

2022-05-20
İran sərhədçiləri Azərbaycan vətəndaşını öldürüb
Manşet

İran sərhədçiləri Azərbaycan vətəndaşını öldürüb

2022-05-19
Qadir İbrahimli reanimasiyaya yerləşdirilib
SEÇMƏ

Qadir İbrahimli reanimasiyaya yerləşdirilib

2022-05-19
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

Xırdalanda “Jest dilində vətən və vətənpərvərlik mövzusu” layihəsinin yekun tədbiri keçirilib

Xırdalanda “Jest dilində vətən və vətənpərvərlik mövzusu” layihəsinin yekun tədbiri keçirilib

2022-05-21
Sabiq nazirin səhhəti pisləşdi, müalicə müəssisəsinə köçürüldü

Sabiq nazirin səhhəti pisləşdi, müalicə müəssisəsinə köçürüldü

2022-05-21

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.