12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır

18 Oktyabr 2018, 16:30
Uncategorized
A A
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır

Oktyabrın 19-da Ali Məhkəmənin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovu şərti azadlığa buraxacağı iddiası var. 

Oktyabrın 19-da Ali Məhkəmədə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu Beytulla Hüseynovun vaxtından əvvəl azadlığa buraxılmasına dair müraciətinə baxılacaq. Belə məlumatlar var ki, Beytulla Hüseynovun cəzası 4 ilə endiriləcək və şərti hesab olunmaqla azadlığa buraxılacaq.

Eldar Mahmudovun yaxın qohumu azadlığa çıxması üçün sabiq nazirin əlaqələrindən istifadə etdiyi bildirilir.

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri olan Beytulla Hüseynovun azadlığa çıxmaq üçün böyük pullar xərclədiyi və bu məbləğin 1 milyon manatı aşdığı iddiası da var. Uzun illər “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinə rəhbərlik etmiş B.Hüseynov həmin dövrdə “MTN çetesi”nin qanunsuz dinləmələri həyata keçirmələrini mümkün edən avadanlıqların müxtəlif rabitə-telekommunikasiya qovşaqlarında quraşdılmasına yardımçı olub, lazımi texniki dəstək verib. 2015-ci ilin oktyabrında MTN-də gerçəkləşdirilən “təmizləmə” əməliyyatından bir neçə gün sonra Beytulla Hüseynov da istintaqa cəlb edilib. Onun həbsinin əsas səbəbi kimi “MTN çetesi”nə ölkə rəhbərliyini qanunsuz dinləməkdə yardımçı olması göstərilirdi. Barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri ilə cinayət işi başlandı. 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Beytulla Hüseynov barəsində ittihamedici hökm çıxardı.

13 il azadlıqdan məhrum edilən Beytulla Hüseynovun dövlətə 21 milyon 379 min manat ziyan vurduğu da hökmdə əksini tapmışdı. Ötən ilin noyabrında Bakı Apelyasiya Məhkəməsi Beytulla Hüseynovun barəsində gözlənilməz qərar verdi –  cəzasını ittihamlar üzrə minimum həddə qədər – 7 il 6 aya endirdilər. Bu gözlənilməz qərarın ardından Beytulla Hüseynov Ali Məhkəməyə üz tutdu. Bu dəfə də cəzasının azaldılması ilə yanaşı əmlaklarının üzərinə qoyulmuş həbsin götürülməsi iddiası ilə çıxış etdi. Ali Məhkəmədədə möcüzə hesab oluna bilən qərar verildi – dövlətə külli miqdarda ziyan vurmuş Beytulla Hüseynovun 50-yə yaxın mülkünün üzərindən həbs götürüldü. Cəzasının azaldılması ilə bağlı hissədə isə ona qarşı addım atılmadı. Həmin qərarın verilməsindən 10 ay keçib və gələn məlumatlar onu deməyə əsas verir ki, Beytulla Hüseynov azadlığın bir addımlığındadır. Bu dəfə Ali Məhkəməyə müraciətinin müsbət qarşılanacağı haqda Beytulla Hüseynov və ətrafındakılarda əminlik var. B.Hüseynovu azadlığa aparan yolun üzərindəki dəmir qapıların açılmasında Eldar Mahmudovun rol alması onda şərti cəzaya məhkum ediləcəyinə əminlik yaradıb.  Odur ki, illər əvvəl, Eldar Mahmudovun nazirliyi dövründə əl qoyduğu, lakin 2015-ci ildə MTN-dəki təmizləmə əməliyyatından sonra başa çatdıra bilmədiyi işlərə də yenidən baş vurub.

Belə aydın olur ki, Beytulla Hüseynov artıq mal-mülk davalarını da davam etdirməyə başlayıb.

Bakı sakini Ağaisa Mahmudovun sözlərinə görə, 2012-ci ildə ev alıb. Evi alandan 2 il sonra Beytulla Hüseynovun qaynı Bayram onunla görüşüb.  Deyib ki, aldığı ev vaxtilə Beytulla Hüseynovun olub. Evi kimdən, hansı qiymətə alması ilə maraqlanıb.

“Evin alqı-satqı sənədlərinə baxdı, dedi ki, sən vicdanlı alıcısan, üzr istəyib çıxıb getdi. Belə danışdı ki, guya evin neçə aldığımı dəqiqləşdirmək istəyirlər. Bu söhbətdən bir müddət sonra Beytulla Hüseynov mənə xəbər göndərdi ki, evdən çıxın. Tələblərinin qanunsuz olduğunu dedim. Pul verib ev almşam, niyə çıxmalıyam axı? Xəbər göndərdi ki, Eldar Mahmudovun qohumuyam, uşaqlara 100 min vermişəm, səni evdən çıxaracaqlar, xoşluqla çıx” – Ağaisa Mahmudov bildirir.

Onun sözlərinə görə, 2014-cü ildə evi girov qoymaqla 400 min manat bankdan pul götürüb və iş qurmağa başlayıb:“Günlərin birində məni tutub MTN-ə apardılar. Orada gördüm ki, mənə kredit verən 2 bank işçisini də tutub gətiriblər. Şərt qoydular ki, evi boşaltmasan, bank işçilərini də, səni də həbs edəcəyik. 2015-ci ilin yanvarında başlanan təzyiqlər həmin ilin avqustuna qədər davam etdi. Bankdan aldığım 400 min manata yaxın krediti Sübahir Qurbanovun rəhbərliyi altında Füzuli Əliyev və Natiq Alıyev banka ödətdirdilər. Həmin ilin sentyabrında Beytulla Hüseynov mənimlə ”Alov qülləsi”ndəki çayxanada görüşdü. Dedi ki, evi 2016-cı il yanvarın 10-na qədər boşalt çıx, özünü bizimlə pis eləmə. 3-4 aya bizim kim olacağımızı görəcəksən. 1 ay sonra, 2015-ci ilin oktyabrında Eldar Mahmudov MTN-dən qovulandan və generallar həbs ediləndən sonra Beytullanı da tutdular. Mənimlə evin alqı-satqısı olundu. Evi Beytulla Hüseynovun qaynı Tariyel Zamanovun adına keçirdilər. Dəyəri 100 minlərlə olan əmlakın alqı-satqı müqaviləsində 10 min manata satıldığını göstərdilər. 10 min manatı da özümüzdən aldılar. Oktyabrda MTN ləğv olundu, Beytullanın arxa-dayağı Eldar Mahmudov vəzifədən oldu. Məhkəməyə müraciət edib evin saxta alqı-satqı müqaviləsini ləğv etdirdim”.

Ağaisa Mahmudovun sözlərinə görə, 2016-cı il yanvarın 10-da evi aldığı Tariyel Zamanov onun ünvanına gəlib:“Beytullanı söyüb təhqir edir, deyirdi ki, ev bizimdir, çıx evdən. Xətai məhkəməsinin saxta alqı-satqı müqaviləsini ləğv etməsi haqda qərarını göstərdim. Dedim ki, bu mülkü xaricdə qazandığım pulları verib almışam. 10 min manata alqı-satqı edib məndən necə ala bilərsiz axı? Oyun qurdular. Başladılar ki, guya Tariyel Zamanov 2012-ci ildə evi alqı-satqı edərkən həyat yoldaşı Nəzakət Zamanova razılıq verməyib”.

Ağaisa Mahmudov deyir ki, bu gün də Beytulla Hüseynov ona hədə-qorxu gəlməyə davam edir: “Təkidlə evimi əlimdən alacağını bildirir. Hətta Beytulla Hüseynov əminliklə Ali Məhkəmənin qərarı ilə azadlığa çıxacağını da söyləyir, bunun üçün lazımi olan ”işlər” etdiyini və azadlığa çıxmasına az qaldığını deyir. Azadlığa çıxdıqdan sonra isə mənim işlərimi tamamilə pozacağını, mənə işləməyə imkan verməyəcəyini açıq şəkildə söyləməklə hədə-qorxu gəlir. Maraqlı məqam isə odur ki, dövlət əmlakını mənimsəməklə dövlətə xəyanət etmiş biri necə belə əminliklə azadlığa çıxacağını söyləyir? Belə görünür ki, Beytulla Hüseynov hələ baş tutmamış məhkəmə prosesində elan ediləcək qərarın nəticəsini indidən bilir. Buna görə də məhkum olsa da, cəzaçəkmə müəssisəsində cəza çəkməkdə davam etsə də, mənə açıq şəkildə hədə-qorxu gələ bilir. Beytulla Hüseynovun belə əmin danışmasından sonra mənə də aydın olur ki, Zamanovların adı ilə Nəsimi Rayon Məhkəməsində başlanmış və Apelyasiya Məhkəməsində davam etmiş mülki işin taleyinə Beytulla Hüseynov birbaşa təsir göstərib”.

Əvvəlki yazı

Kral ailəsi yeni vəliəhd axtarır

Sonrakı yazı

“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.