25-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rəsulzadədən Paşinyana: “Ağzınıza gələni danışmayın…”

17 May 2020, 20:30
Manşet
A A
Rəsulzadədən Paşinyana: “Ağzınıza gələni danışmayın…”

Belə iddialara arxiv sənədləri ilə ən mükəmməl cavabı Mamuliya (Fransa Strateji Araşdırmalar İnstitutunun professoru Georgi Mamuliya – red.) verib. Sübuta yetirib ki, Njde ilə Rəsulzadəni heç vaxt eyniləşdirmək olmaz. Araşdırmaçı alim yazmışdı ki, Njdə nə ilə məşğul olub, Rəsulzadə hansı faəliyyəti göstərib.

Əslində o cavabdan sonra Rəsulzadə ilə bağlı iddialara əhəmiyyət verməyə dəyməz. Kimlər belə iddialar irəli sürürsə, demək olar ki, gedin, tarixi yaxşı öyrənin, orda-burda eşitdiklərinizə əsasən, ağzınıza gələni danışmayın.

Bu fikirləri Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rəis Rəsulzadə Musavat.com-a açıqlamasında deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın M.Ə.Rəsulzadənin ünvanına şər-böhtan səsləndirməsinə cavabında R.Rəsulzadə bildirib ki, Məhəmməd Əminə Almaniya hökuməti ilə əməkdaşlıq təklifi edilsə də, bu təklif qəbul olunmayıb:

“Çünki almanlar Azərbaycanın dövlət müstəqilliyini tanımaq istəmirdilər. Ona görə də Rəsulzadə legionerlər qarşısında çıxış edərkən bildirmişdi ki, siz ancaq öz Vətəniniz uğrunda mübarizə apara bilərsiniz, sizin başqa xalqlarla işiniz yoxdur. Belə olduqda ona 24 saat vaxt vermişdilər ki, sən təcili şəkildə Almaniyanı tərk etməlisən! Beləliklə, Rəsulzadəni “persona non qrata” (“arzuolunmaz şəxs” – red.) elan etdilər. Bu mövzuda danışanlar gərək əvvəlcə tarixi yaxşı öyrənsinlər, sonra danışsınlar”.

R.Rəsulzadə Paşinyanın iddialarına toxunaraq qeyd edib ki, Rəsulzadə faşistlərin ideologiyasına tam zidd gedirdi:

“Hətta Məhəmməd Əmin bu barədə yazı da yazmışdı və Nəsiman Yaqublu həmin yazını mətbuatda dərc etdirmişdi. Amma bu gün bizim ən böyük dərdimiz Qarabağın işğal altında olmasıdır. Bir şeyi anlamaq lazımdır ki, bu, düşməndir. Biz ona nəsə deyəndə, o da nə istəsən, deyə bilər. Şuşada 8-9 mayda nə oyunlar çıxartdılar, rəqs elədilər, indi də Qarabağda saxta “prezident”in andiçmə mərasimini keçirməyə hazırlaşırlar. Bu məsələləri qaldırmalıyıq. Ermənistanda iddia edirlər ki, “demokratik seçki” keçiriblər və üzlərini Qərbə doğru çeviriblər. Bu məsələdə Paşinyan xal qazandı. Baxmayaraq ki, ermənilər Rusiyadan asılıdır. İndi biz əsas məsələləri qoyub, olmayan məsələlərdən danışmalı deyilik. Bilməliyik ki, bu, düşməndir və nə istəsə, deyə bilər”.

Rəis bəy onu təəssüfləndirən bir məqama da toxunub:

“Moskvadan mənə zəng etmişdilər ki, bizim özümüzkülərdən də kimsə nəsə yazıb. Belələri özləri araşdırmır, sovet tarixini oxuyur, ona uyğun nəsə yazırlar. Belələri Azərbaycanın müstəqilliyinin, istiqlalının düşmənləridir. Onlar yenə də Azərbaycanı Rusiyaya calamaq istəyirlər. Rəsulzadənin Rusiyaya qarşı hər hansı ittihamı yox idi. Deyirdi, biz bütün xalqlarla dinc, yanaşı, qonşuluq şəraitində yaşaya bilərik, amma biz onlarla azad, müstəqil ölkə kimi əməkdaşlıq edə bilərik, müstəmləkə kimi yox. Təbii ki, Rusiya neçə əsrlərdir işğalçılıq siyasətindən əl çəkmir, bu gün də o əlamətləri görürük. Gürcüstanda, Ukrayndada baş verənlər, Krımın işğalı faktdır. Bu siyasət o dövlətin mahiyyətindədir. Ona görə də bu məsələləri qarışdırmaq lazım deyil”.

R.Rəsulzadə qeyd etdi ki, düşmənin bu saxta iddiaları növbəti dəfə Rəsulzadə ilə bağlı məsələni aktuallaşdırır:

“Sual olunur, bizdə Rəsulzadəyə abidə niyə qoyulmur?”

Rəis bəy hesab edir ki, Bakının mərkəzində Məhəmməd Əminə möhtəşəm abidə qoyulsa, bu, düşmənə tutarlı cavab olar:

“Bu, çox ciddi məsələdir və buna baxmaq lazımdır. İkincisi də biz Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan dövlətin vətəndaşlarıyıq, bütün dünya bunu qəbul edir. Bu günlərdə Prezident Tramp da Respublika günü münasibətilə Azərbaycan Prezidentini təbrik etdi. Azərbaycanın bütün ictimaiyyəti, mediası, alimləri ortaya mövqe qoymalıdır ki, Paşinyan kimilər susdurulsun. Eyni zamanda Qarabağ haqqında ciddi düşünmək lazımdır. Fakt budur ki, Minsk Qrupu heç bir iş görmür”.

Əvvəlki yazı

Sabahdan SMS ləğv olunur, hamı küçəyə çıxır…

Sonrakı yazı

Prezidentin işdən çıxardığı icra başçısının oğlunun şadlıq sarayı, oteli… (FOTOLAR)

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.