77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Rəşad Mahmudovun seçiciləri ilə görüşləri davam edir.
Reportyor.info xəbər verir ki, deputatlığa namizəd Astaranın Səncərədi kəndində, şəhid Ağayev Elman Nəsir oğlunun anası Ağayeva Zöhrə Pilağa qızını ziyarət edib.
Şəhid oğlu haqqında xatirələrini paylaşan Zöhrə ana, dövlətimizin şəhid ailələrinə olan xüsusi qayğısından razılığını bildirib.