Azərbaycanın dünya miqyasında tanınan kardiocərrahı, tibb elmləri doktoru, Rəşad Mahmudov daun sindromlu körpə üzərində əməliyyat icra edib.
Reportyor.info xəbər verir ki, son dərəcə mürəkkəb və risk tələb edən uğurlu əməliyatdan sonra pasiyentin heç bir həyati təhlükəsi yoxdur və o özünü yaxşı hiss edir.
Əməliyyat öncəsi Rəşad Mahmudov öz duyğularını bu cür ifadə edib: “Daun (down sindromu) xəstəlik yox, genetik bir fərqlilikdir, daha doğrusu bir ayrıcalıqdır. Səbəbi, hamımızda olan 46 xromosom yerinə, 47 xromosomun olmasıdır. Demək ki, daun genetik 1 əksiklik yox, əksinə +1 üstünlükdür!..
Onlar dünyamızı gözəl və saf gülüşləri ilə bəzəyirlər. Amma bəzən xəstələnir, bəzən də əməliyyata bir az gecikirlər…”




















