10-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rəşad Dağlının qardaşı: “İsgəndər zəng edib dedi ki, Rəşadla görüşməliyəm, sonra gec olacaq”

19 May 2023, 17:35
Cəmiyyət
A A
Rəşad Dağlının qardaşı: “İsgəndər zəng edib dedi ki, Rəşadla görüşməliyəm, sonra gec olacaq”

Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rəşad Dağlının qardaşı Ağamalı Əmirov dindirilib.

Şahid bildirib ki, Rəşadın media ilə bağlı və digər işlərini görür: “Hadisə günü gecə saat 4 radələrində Rəşad zəng elədi qapının ağzına çıx. Qapıya çıxanda dedi ki, evdə gödəkcəm var, onu gətir. Əynində gödəkcəsi suya batmışdı. Qalxıb gödəkcəni gətirəndə gördüm Rəşad yoxdur. Zəng elədim, telefonu açmadı, narahat oldum. Çünki, Rəşad nə olur olsun, mənim telefonumu götürür. Avtomobilimə minib Yasamalda Rəşadı axtarmağa başladım. Bir neçə saat sonra Rəşad zəng elədi. Görüşdük, dedi ki, məni polisə təslim elə. Səbəbini soruşdum, dedi İsgəndəri öldürmüşəm. Səbəbini soruşdum, danışmadı, hiss elədim ki, şokdadır. Bircə onu dedi ki, gözümü açanda İsgəndər qanın içindəydi. Başqa heç nə danışmadı, mən də soruşmadım, polisə getdik”.

Şahid qeyd edib ki, zərərçəkəni tanımır: “Adını eşitmişəm. Bir də hadisədən bir müddət qabaq İsgəndər mənə zəng edib. Özünü İsgəndər kimi təqdim etdi və meyxanaçı Ələkbər Yasamallının qohumu olduğunu dedi. O, telefonda Rəşadla görüşmək istədiyini, vacib söhbətinin olduğunu bildirdi. Mən əvvəl ciddiyə almadım. Bir gün keçəndən sonra yenidən zəng elədi. Dedim gəl, səninlə mən görüşüm. Düşündüm, pula ehtiyacı var. Dedi mütləq Rəşadla danışmalıyam, sonra gec olacaq. Mən İsgəndərin dediklərini Rəşada dedim. Rəşad mənə “boş ver” dedi. Noyabrın 2-də yenidən İsgəndər mənə zəng elədi, götürmədim. Sonra mesaj yazdı, mən də bloka atdım”.

Şahid daha sonra hakim və vəkillərin suallarını cavab verib. O qeyd edib k, qardaşı mülayim adam olub, heç zaman bıçaq gəzdirməyib.

Prosesdə daha sonra şahid Yaşar Abdullayev ifadə verib. Şahid qeyd edib ki, aksessuarlar satan obyekti var:

“Rəşad müştərimiz olub. Hadisə günü dükanda gəlib. Həmin vaxt satıcıdan aksessuar kimi bıçaq alıb. Hadisə olandan sonra Rəşadın axşam mağazaya gəldiyini və bıçaq aldığını eşitmişəm”.

Prosesdə şahid qismində Azər Quliyev dindirilib. Şahid mərhum İsgəndər Mehdiyevin qohumu olduğunu deyib:

“İsgəndəri hadisədən bir müddət əvvəl məclisdə gördüm. Məndən konturum olub-olmadığını soruşdu, dedim var. Bir nömrəyə zəng elədi, götürən olmadı. Mən kimə zəng elədiyini soruşanda dedi ki, Rəşad Dağlıya zəng edir. Sonra dedi ki, Rəşada mesaj yaz ki, zəng edən İsgəndərdir. Mesajı yazandan bir dəqiqə sonra Rəşad zəng elədi. İsgəndər danışanda dedi ki, görüşməliyik, telefon söhbəti deyil. Sonra sağollaşdılar. İsgəndər söhbətin nə barədə olduğunu mənə demədi, mən də heç soruşmadım”.

Şahid vəkilin sualına cavab olaraq bildirib ki, İsgəndərin bıçaq kolleksiyası olub: “Çöldə və yaxud üstündə bıçaq gəzdirdiyini bilmirdim. Amma evində müxtəlif növ bıçaqları vardı”.

İş üzrə iki nəfər şahid kimi dindirilməyə çağırılsa da, prosesdə iştirak etməyib.

Hakim qeyd edib ki, şahidlərdən Xankişi Cəfərquliyev hərbi xidmətdədir. Rəşad Dağlının vəkili həmin şahidin də məhkəmədə dindirilməsini tələb edib.

Proses iyunun 9-da davam etdiriləcək.

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.

Əvvəlki yazı

Əsəd 12 ildən sonra Ərəb Liqasının Sammitində

Sonrakı yazı

Çavuşoğlunun Ştutqartda yandırma cəhdinə reaksiyası

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.