Rəqsanə İsmayllovanın əri Fazil Əmiraslanovun hüquqlarını müdafiə edən vəkil Ramal Şahmarov Reportyor.info-ya açıqlama verib.
Onun sözlərinə görə, Fazil Əmiraslanov istintaqa dəvət edilib. Dindirildikdən sonra ona da Azərbaycan Respublikasının CM-nin 178.4-cü maddəsi ilə ittiham elan edilib.
Hal-hazırda Fazil Əmiraslanov Bakı şəhərindədir.
Qeyd edək ki, Rəqsanə İsmayllova polisdə aparılan istintaqla cinayət məsuliyyətinə cəlb edilib. Onun haqda polis müstəntiqinin vəsatəti, prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Müğənninin ittiham olunduğu maddənin (178.4-dələduzluq xüsusilə külli miqdarda törədildikdə) sanksiyasında 14 ilə kimi həbs var.