04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rəqibindən Ülviyyə Ağayevaya şok – İttihamlar

19 Fevral 2020, 13:07
Gündəm
A A
Rəqibindən Ülviyyə Ağayevaya şok – İttihamlar

Ötən həftə MSK-nın legitimliyini şübhə altına alıb sənədlərini geri qaytardığı dairələrdən biri də 106 saylı seçki dairəsi idi. Qeyd edək ki, bu dairədən deputat mandatı verilən Ülviyyə Ağayevanın əsas rəqiblərindən biri də Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimlidir. Görünən budur ki, MSK Mütəllim bəyin şikayətlərini haqlı görərək bu addımı atıb. Bəs Ədalət yetkilisi MSK-nın bu qərarını necə qiymətləndirir və bundan sonra hansı addımları atacaq?

Mütəllim Rəhimlinin Ovqat.com-a verdiyi müsahibəni təqdim edirik:

– Mütəllim bəy, sanki indi belə bir görüntü yaranıb ki, seçkilərə qatılanların hamısı nəticələrdən narazıdır və şikayət edir.

– Əslində son vaxtlar geniş ictimaiyyətin seçkilərə heç bir marağı olmayıb. Xalq illərdi görürdü ki, onun iradəsindən asılı olmayaraq nəticələr hakimiyyətin diqtəsi əsasında formalaşır. Ona görə də seçkilərə münasibətdə passiv və ümidsiz mövqedə idi. Sanki taleyi ilə də barışmışdı ki, bu belə də olmalıdır. Lakin son vaxtlar başlayan islahatlar prosesi, bürokratik əngəlin, xalqla hakimiyyət arasında birliyə və anlaşmaya mane olan qüvvələrin uzaqlaşdırılması əhval-ruhiyyəni dəyişdi. Bu da onu göstərirdi ki, xalq islahatlar prosesini dəstəkləyir. Ona görə də daha çox insan – istər namizəd, istərsə də seçici kimi seçkilərə getdi.

– Ancaq sonu ümid edilən kimi olmadı. Hər halda sizin şikayətləriniz bunu sübut edir. 106 saylı dairədə nə baş verdi ki, siz də şikayətçilərin içərisindəsiniz

– Çox təəssüf ki, xalqın içində yaranmış ümidlərin üstündən xətt çəkilməyə çalışılır. 106 saylı dairədə kütləvi saxtalaşdırmalar, nəticələrin Ülviyyə Ağayevanın xeyirinə dəyişdirilməsi müşahidə edildi. Bu adamı elə əvvəldən – təbliğat kampaniyası dövründən seçicilərin istəmədiyi bəlli olmuşdu. Hansı kəndə gedirdisə etirazla qarşılanırdı. Bu haqda mediada da kifayət qədər məlumatlar gedib və bizim əlimizdə də video görüntülər var. Bütün dövlət idarə və təşkilatları səfərbər edildilər ki, seçki günü Ü.Ağayevanın xeyirinə işləsinlər, saxtalaşdırmada iştirak etsinlər. Hətta bunun üçün “onbaşı”, “yüzbaşı”, “minbaşı” vəzifələri də təyin etmişdilər. Qəribədir ki, insanlar saxtakarlığa, yalana səfərbər olunmuşdular. Nəticədə o baş verdi ki, həmin saxtakarlar xalqın böyük müqaviməti ilə qarşılaşdı. Seçkilərə müdaxilələr video yaddaşa köçürüldü və yayıldı. Bu gün bizim əlimizdə 35 video görüntü, 14 ədəd foto, onlarla akt, Aşağı Quşçu kəndində məntəqə sədrinin saxtalaşdırmaları planlaşdırdığı barədə sövdələşməni əks etdirən 1 ədəd video görüntünü var.

– Şikayətinizə ədalətli baxılacağına inanırsınızmı. Doğurdanmı, sadəlövhcəsinə inanırsınız ki, saydığınız bu boyda saxtakarlıq edənlər verdiyiniz şikayətə görə geri addım atacaq.

– Məsələni düzgün qoymursunuz. Əsas diqqət ona yetirilməlidir ki, biz dövlətimizin güclü və nüfuzlu olmasını istəyirik. Onu təmsil edənlər də yüksək keyfiyyətə malik insanlar olmalıdır. Mənim missiyam özümün seçilməyimi gözə soxmaq deyil, Ülviyyə Ağayeva kimi Milli Məclisə yaraşmayan birinə yüksək status verilməsinə nail olmaq istəyənlərin qarşısını almaqdır. Onları ifşa etməkdir. Axı onlara yüksək dövlət postunu veriblər, bəs niyə bundan sui-istifadə edirlər. Bu insanlar dövlətə xəyanət edirlər. Bu insanlar ailəsinə xəyanət edirlər. Bu insanlar onlara olan etibara xəyanət edirlər. Mənim şikayətimə də həmin xəyanətkarların təqdim etdiyi kimi qarşıdurma, tərslik, şəxsi iddianın qəbul etdirilməsi aspektindən yanaşılmamalıdır. Bunu hakimiyyətdə təmsil olunub, etibardan sui-istifadə edənlərin qarşına könüllü çəkilən sədd kimi qəbul etməlidirlər.

– Sizcə doğurdanmı Ülviyyə Ağayeva Milli Məclisdə təmsil oluna bilməz. Deputat olsa nə baş verəcək?

– Ülviyyə Ağayeva deputat olduğu ötən 5 ildə bir dəfə də olsun Milli Məclisdə ağzını açıb danışmayıb. Seçicilərin problemlərini qaldırmayıb. Heç onları bilmir də. Hətta təbliğat vaxtı ondan soruşurdular ki, niyə indiyə qədər bir dəfə də olsun seçicilərlə görüşə gəlməyibsən. Digər tərəfdən, Ü.Ağayevanın Tovuz, Qazax və Ağstafa ilə bağlılığı yoxdur. O əslən başqa bölgədəndir, bu regionun xarakterik xüsusiyyətləri ona yaddır. Hərəkətləri göstərir ki, o da özünü bu zonaya ögey hiss edir. Seçki Məcəlləsinə görə biz 15 məntəqədə saxtalaşdırma haqqında sənəd təqdim etsək, nəticələr ləğv olunmalıdır. Hazırda 30 yaxın məntəqədə barəsində bunu etmişik. Saxtakarlıq o həddə olub ki, kor da gördü ki, o seçilməyib. Qanun Ülviyyə Ağayevanın deputat olmasına imkan vermir, əgər zorakılıqla oturtmaq istəyirlərsə bu başqa məsələ.

– Ancaq ötən müddətdə o, Azərbaycanı Avropa Şurasında təmsil edib…

– Mənə kimsə inanmaya bilər. Onun Avropadakı fəaliyyəti barədə axtarış verin və görün nə çıxacaq. Heç nə. Olmağı ilə olmamağı arasında heç bir fərq yoxdur. Prezident özü gedib Avropada Paşinyana cavab verir, erməni təbliğatının qarşısına çıxırsa, bəs onda Ü.Ağayeva niyə fəaliyyət göstərmir? Özünün dediyi kimi, görünür, missiyasını Avropanı gəzməkdə və alış-veriş etməkdə görür. Belə bir adam niyə bizim təmsilçimiz olmalıdır!? Amma bu dəfə Avropa Şurası PA-da da təmsil oluna bilməyəcək. Çünki əlimdə olan bütün faktları, o cümlədən video görüntüləri Avropa Şurasına təqdim edəcəm. Avropa Şurasına müraciət hazırlamışam. Müraciətdə deyilir ki, ciddi pozuntular nəticəsində ilkin olaraq qalib hesab edilmiş U.Ağayevanın demokratiya evi sayılan Avropa Şurasında təmsil olunması heç bir qanuna və məntiqə sığmır. Bu cür şəxslərin Avropa Şurasının mötəbər qurumunda təmsil olunması insan hüquqlarının qorunmasını özünün ali məqsədi hesab edən beynəlxalq təşkilatın mövqeyini zəiflədər və insanların bu quruma etimadını sarsıdar. Umid edirəm ki, təqdim edilən pozuntunu təhlil etdikdən sonra Ulviyyə Ağayevanın Avropa Şurasında təmsil olunması mümkünsüz hesab ediləcək.

Əvvəlki yazı

Bakıda əməliyyat: “google map”la narkotik satanlar yaxalandı

Sonrakı yazı

Avstraliyada iki təyyarə toqquşdu: 4 ölü

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.