03-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Rənglənib, maskalanıb çıxırlar efirə” – Akif İslamzadə

10 Avqust 2019, 10:48
Cəmiyyət, Seçmə
A A
“Rənglənib, maskalanıb çıxırlar efirə” – Akif İslamzadə

“Yeni Müsavat”ın əməkdaşı təkrarolunmaz ifaçı Akif İslamzadə ilə əlaqə saxlayaraq, doğum günü təəssüratlarını öyrənməyə çalışıb, həmsöhbət olub. Həmin müsahibəni təqdim edirik:

“- Akif bəy, bu yaşda özünüzü necə hiss edirsiniz?

– Özümü şükür ki, yaxşı hiss edirəm, hər şey yaxşıdır.

– “Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim”. Bu ifanız hələ də qəlblərdə sevilir, dinlənilir. Mahnıda ifa etdiyiniz kimi, ötən günləriniz üçün gələcək günlərinizi qurban verərdinizmi?

– Bu sualı mənə çox veriblər. Ötən günlər mənim üçün nostalji ola bilər. Yaşamışıq o dövrü. Hər halda ötən günlərimiz müstəmləkə dövründə olub.

– Özünüzün hazırda dinlədiyiniz müğənnilər varmı?

– Çox əfsuslar olsun ki, indi musiqi elmini əksəriyyəti başa düşmür. Kainatın yaranması səslə olub. Biz bu gün onu səslə də itiririk. Bu gün musiqi sənətini əyləncəyə çevirirlər. Bəzən görürsən ki, səs, görünüş var, amma elmi yoxdur.

Ümumiyyətlə, yaşadığımız dövür tarixin sonuna doğru gedilən yoldur. Hələ bəşər tarixində bu cür əxlaqsız dövr olmayıb. Qədim dövrlərdə olanlar bunun yanında “toya gediləsidir”. İndi kafirlər, pisliklər dövrüdür. Deyirlər ki, guya demokratiya, müxalifət, liberal dəyərlərlə yaşayırlar. Son yüz ildə bəlkə cinayət azalıb? Bunlar hamısı kafirlərin ortaya atdıqları fikirdir, insanları azdırmaq üçündür. İnsanlar Allahın göndərdiyi qayda-qanun əvəzinə insani qanunlarla yaşayırlar. Ona görə də gördüyümüz bu cür mənzərə yaranıb. Baxın görün yaşadığımız dünya nə gündədir. Əgər insanın əlinin altında nüvə silahının düyməsi durursa, hər şeyi pulda görürsə elə beləcə də olmalıydı. Mən Donald Tramıpı nəzərdə tuturam. 30 il bundan əvvəl elə adama heç əl uzatmaz, evə buraxmazdılar. Amma indi adi qarşılayırlar. Çünki indi insanların beyni, düşüncə tərzi də dəyişib. İndi “siqaret çəkməyək” deyə kampaniya aparılır. Belə edirlər ki, baxıb görsünlər ki, kütlə öz-özülüyündə sürüyə çevrilir, ya yox. Yəni indi belə bir əxlaqsız, mənəviyyatsız dövrdə yaşayırıq. Bunu da Allah qəbul etməz, bu da yer üzünün sonuna gətirib çıxaracaq. Çox böyük təlatümlər olacaq, həm təbiət,həm də insanlar arasında. Bunu bəlkə də bizlər görməyəcəyik, amma gənclər görəcəklər. Bu barədə müəqqədəs kitabımızda da var.

Baxın dünya televiziyalarına, “Evronews” kanalına, orda daha çox nəyi təbliğ edirlər? İndi baxırsan ki, daha çox qadınlar dünyanı idarə edir, matriarxatlıqdı. Bunun axrı olmayacaq.

– Sizcə cəmiyyətdəki bu neqativləri necə aradan qaldırmaq olar?

– Ən birinci təhsil sistemi dəyişilməlidir. Gənclər daha da elmləşməli, savadlı olmalı, hadisələri kənardan izləməyi bacarmalıdır. Bəzən gənclərə sual verəndə onların nə qədər savadsız olduğunu görürük, bu çox təəssüfləndirici haldır. Məsələn, əksəriyyəti bilmir ki, Quran sözünün mənası nədir. Halbuki bunun mənası elə kitabın üzərində yazılıb – “oxu” deməkdir.

– Bir qədər öncə dünya televiziyalarından söz açdınız, bəs yerli kanallara da baxırsınızmı?

– Yerli televiziyalarımızda baxılası heç nə yoxdur axı. Hamısı rənglənib, maskalanıb çıxırlar efirə. Bəzən üzdəniraqları, pozğunları göstərirlər, hansı ki, tanrı Nuh dövründə o cür insanları yox eləmişdi. İndi isə bu adi hala çevrilib. Bunları necə qəbul etmək olar?

– İndi çoxları sual edir ki, 30 ildən çoxdur ki, oxumayan Akif İslamzadə indi haradadır, nə işlə məşğuldur?

– Akif İslamzadə indi papağının altındadır.

– Bəs bu yaşda özünüzə nə arzulayırsınız?

– Bu yaşa qədər heç bir vaxt zəmanə adamı olmamışam, Allah bundan sonra da məni zəmanə adamı eləməsin. Həmişə zəmanə adamı olmaqdan qorxmuşam… “

Əvvəlki yazı

“İqtidar Əli Kərimli ilə gizli əməkdaşlıq edib” – Müsahibə

Sonrakı yazı

Anardan Əkrəmə ağır sözlər: “Belə nankor və nanəcib…”

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25
Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

02 Sentyabr 2025, 10:23
Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

02 Sentyabr 2025, 10:20
“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

02 Sentyabr 2025, 10:19
Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

02 Sentyabr 2025, 10:15
İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

02 Sentyabr 2025, 10:14
Bu kanalın baş redaktoru vəzifəsindən getdi

Bu kanalın baş redaktoru vəzifəsindən getdi

02 Sentyabr 2025, 10:12
Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

02 Sentyabr 2025, 10:09
Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

02 Sentyabr 2025, 10:08
Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

01 Sentyabr 2025, 15:56
İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

01 Sentyabr 2025, 15:55
Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

01 Sentyabr 2025, 15:45
“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

01 Sentyabr 2025, 15:24
ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

01 Sentyabr 2025, 15:22
Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

01 Sentyabr 2025, 15:19
İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

01 Sentyabr 2025, 14:27
Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

01 Sentyabr 2025, 14:24

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.